Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:48

Saakaşvili biznesmenin ölümündə indiki hakimiyyəti suçlayır


Mixeil Saakaşvili məhkəmədə
Mixeil Saakaşvili məhkəmədə

“Ona öz universitetində israfçılıq üzrə cinayət  iş açıldığı üçün əsəbiləşirdi. Kaxanı onlar öldürdülər!” – eks-prezident vurğulayıb

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili hesab edir ki, biznesmen və siyasətçi Kaxa Bendukidzenin ölümündə ölkənin indiki hakimiyyəti günahkardır. Saakaşvili bunu dekabrın 2-də büdcə vəsaitlərinin mənimsənilməsi üzrə məhkəmə prosesində bildirib. Keçmiş prezident Bendukidze ilə ölümündən iki gün qabaq Brüsseldə görüşdüyünü söyləyib.

“Ona öz universitetində israfçılıq üzrə cinayət iş açıldığı üçün əsəbiləşirdi. Kaxanı onlar öldürdülər!” – eks-prezident vurğulayıb.

Hakimiyyət təmsilçilərinin bu ittihama münasibəti bəlli deyil.

Bendukidze kim idi

Saakaşvili onu da qeyd edib ki, “dahi gürcü islahatçısı”nı onların son görüşündən üç gün sonra Ukraynanın iqtisadiyyat naziri və baş nazirinin müavini təyin etməliydilər.

Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Bendukidze 2004-cü ildə Gürcüstanda iqtisadiyyat naziri, 2004-2008-ci illərdə iqtisadi islahatların koordinasiyası üzrə dövlət naziri, 2008-2009-cu illərdə isə hökumət dəftərxanasının başçısı olub.

Siyasətçi 2007-ci ildə Tbilisi Azad Universiteti və Gürcüstan Aqrar Universitetinin əsasını qoyub.

2014-cü ilin mayında isə Bendukidze Ukrayna Prezidenti Petro Poroşenkonun Ukrayna hökuməti nəzdində İqtisadi və məşvərət şurasının üzvü olmaq təklifini qəbul edib.

Bendukidze 2014-cü ilin noyabrında 58 yaşında Londonda bir mehmanxanada vəfat edib.

Xatırlatma

Saakaşvili oktyabrın 1-də səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıdandan sonra saxlanıb, onun ölkəyə qanunsuz girdiyi bildirilib.

2004-2013-cü illərdə prezident olmuş Saakaşvili 2013-cü il prezident seçkisindən az sonra ölkəni tərk edib. O, 2018-ci ildə hakimiyyətdən sui-istifadədə və müxalifətdən olan deputatın döyülməsinə dair dəlilin ört-basdır olunmasında qiyabi təqsirli bilinib.

Özü və tərəfdarları ittihamları siyasi motivli sayır.

XS
SM
MD
LG