Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:39

Putin: Rusiyanın omikron dalğasına hazırlaşmağa iki həftə vaxtı var


Rumıniya
Rumıniya

Dünya Bankı bu il dünyada 4.1 faizlik iqtisadi artım proqnozlaşdırır. Ötən il artım 5.5 faiz olmuşdu

Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq edir ki, koronavirusun omikron ştammına yoluxmalara hazırlaşmaq üçün ölkənin iki həftə vaxtı var.

“Dünyada nə baş verdiyini görürük. Hazırlaşmağa azı iki həftəmiz var”, – Putin yanvarın 12-də hökumətin iclasında söyləyib.

Rusiya Avropada COVID-19-dan ən çox ölümün qeydə alındığı ölkədir. Ancaq omikrona yoluxmaların sürətlə artmasına baxmayaraq, məhdudiyyətlərin demək olar, hamısı qaldırılıb.

Putin ölkənin “həddən artıq çətin vəziyyətə” düşdüyünü deyərək regional və federal hakim orqanlara omikronu yoluxmaları məhdudlaşdırmaq üçün tədbir görməyi tapşırıb.

***

Bolqarıstan və Almaniyada rekord yoluxmalar

Yanvarın 12-də Almaniya və Bolqarıstanda koronavirusa rekord sayda yoluxmalar aşkarlanıb.

Almaniyada 80 min 430 yoluxma qeydə alınıb ki, bu, pandemiya başlanandan ən yüksək göstəricidir. Hazırda bu ölkədə ümumi yoluxma sayı 7 milyon 600 mindən yuxarıdır. Ümumi ölü sayı isə 115 minə yaxındır.

Ölkənin 83 milyondan artıq əhalisinin 75 faizindən azına peyvəndin azı bir dozasının vurulduğu bildirilir.

Bolqarıstanda isə bir günə 7 mindən çox yoluxma qeydə alınıb. Bolqarıstan Avropa İttifaqının vaksinasiya səviyyəsi ən aşağı həddə olan ölkəsidir, 6.9 milyonluq əhalinin 28 faizindən çoxu tam peyvənd olunub.

Ölkədə virusdan 32 minə yaxın insan dünyasını dəyişib.

Ötən ay vəzifə başına keçmiş yeni mərkəzçi hökumət tam peyvənd olunan, yaxud buster doza vurduran təqaüdçülərə 44 dollarlıq birdəfəlik ödəniş vəd edib.

Ultramillətçi Dirçəliş partiyası isə yanvarın 12-nə antivaksin etirazları planlaşdırıb.

***

Martadək Avropada əhalinin yarıdan çoxu koronavirusa yoluxa bilər

Avropada əhalinin yarıdan çox martadək COVID-19-a yoluxa bilər. Dünya Səhiyyə Təşkilatı (DST) belə bir açıqlama ilə çıxış edərək qitə boyunca “qərbdən şərqə yeni dalğa”nın getdiyini bildirib.

DST-nin Avropa üzrə regional direktoru Hanz Kluge yanvarın 11-də Səhiyyə Göstəriciləri və Dəyərləndirmə İnstitutunun proqnozuna əsasən xəbərdarlıq səsləndirib. Proqnoza görə, növbəti altı-səkkiz həftə ərzində regionda əhalinin 50 faizindən çoxu omikron ştammına yoluxacaq.

DST-nin Avropa regionuna 53 ölkə və ərazi daxildir. Orta Asiya da bu regiona salınır. Kluge deyib ki, omicron hazırda qərb ölkələrində dominant ştamma çevrilir və hazırda Balkanlara yayılmaqdadır.

Avropa regionu üzrə proqnozlar yanvarın ortasınadək günə 12 milyondan çox yoluxmanın qeydə alınacağını göstərir. Ölkələr üzrə pik yoluxma həddi fərqlənəcək, Orta Asiyada yoluxmaların pik həddi daha gec baş verəcək.

“Fürsət pəncərəsi qapanmaqdadır”

Kluge indiyədək omikrona yoluxmalarda kəskin artım baş verməyən ölkələri vaxtdan yararlanaraq önləyici tədbirlər görməyə səsləyib. O xəbərdarlıq edib ki, ölkələrin səhiyyə sistemlərinin yüklənməsini önləyə biləcək “fürsət pəncərəsi qapanmaqdadır”.

Omikronun yayılmaqda olduğu ərazilərdə isə zəiflərin qorunmasına üstünlük verilməlidir, deyən Kluge ölkələri qapalı məkanlarda maskadan istifadəni məcburi etməyə, risk qrupunda olan əhaliyə, tibb işçiləri və daha yaşlılara sürətlə peyvənd vurmağa çağırıb.

DST rəsmisi təsdiqlənmiş vaksinlərin omikron daxil xəstəliyin ağırlaşmasından və ölümdən yaxşı qoruduğunu deyib. Onun sözlərinə görə, vaksinasiyanın aşağı səviyyədə olduğu yerlərdə ölüm göstəriciləri yüksəkdir.

DST həmçinin yayılmaya qarşı daha yaxşı qorumadan ötrü yeni vaksinlərin yaradılmasına çağırıb. Qurum ilkin COVID-19 vaksinlərinin buster dozalarının effektli strategiya olmadığını bildirir.

4.1 faiz artım

Bu arada yüksək yoluxucu omikron ştammı dünyada sürətlə yayılmaqdadır. Hökumətlər isə yeni qadağalar tətbiq edirlər.

Dünya Bankı koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirinə dair yeni dəyərləndirməsini yayıb. Bank 2022-ci ildə dünyada iqtisadi artımın yavaşıyacağını proqnozlaşdırır. Çünki omikron işçi çatışmazlığını, təchizat zəncirində pozuntuları gücləndirə bilər.

Bank bu il dünyada 4.1 faizlik iqtisadi artım proqnozlaşdırır. Ötən il artım 5.5 faiz olmuşdu.

Çin

COVID-19-dan ilk ölümün təsdiqlənməsindən isə düz iki il ötür. Xəstəliyin ilk dəfə aşkarlandığı Çinin Vuhan şəhərində 2020-ci il yanvarın 11-də 61 yaşlı bir kişi vəfat etmişdi. O vaxtdan pandemiya 5.5 milyona yaxın həyata son qoyub.

Çin sərt lokdaunlar, sərhədlərin bağlanması, kütləvi testlərlə xəstəliyin yayılmasını önləyə bilib. Amma Pekin Qış Olimpiadası öncəsi böyük şəhərlərdə yeni yoluxmalar qeydə alınır.

Henan vilayətindəki Anyanq şəhərinin 5 milyon sakininə evdən çıxmamaq göstərişi verilib. Xəbəri Çinin rəsmi Sinxua agentliyi yayıb. Yujou və Sian şəhərlərində də sərt lokdaun hökm sürür.

Yaponiya sərt sərhəd qadağasını gələn ayın sonunacan uzadıb, ölkəyə əcnəbilərin girişi əsasən qadağan olunub. Meksika Prezidenti Andres Manuel Lopez Obrador isə artıq ikinci dəfə COVID-19-a yoluxduğunu açıqlayıb.

XS
SM
MD
LG