Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:39

Rusiyada rekord yoluxma


Pekin
Pekin

Oyunlar atletlər, heyət, media üçün sərt qaydalarla keçiriləcək, ictimaiyyətin onlarla təmasına icazə verilməyəcək

Rusiyada yanvarın 31-də koronavirusa 124 mindən çox yoluxma qeydə alınıb. Bu, pandemiya başlanandan ən yüksək yoluxma sayıdır və yüksək yoluxucu omikron ştammı ilə izah olunur.

Səhiyyə orqanları son 24 saat ərzində virusdan 621 ölüm halının aşkarlandığını bildirir.

Pandemiya başlanandan Rusiyada COVID-19-dan 329 mindən çox ölüm qeydə alınıb. Amma Rosstat dövlət statistika xidmətinin rəsmi ölü sayı bundan iki dəfə çoxdur.

Rusiyada bir neçə vaksin hazırlanmasına baxmayaraq, əhali arasında peyvəndlə bağlı skeptisizm böyükdür.

***

Olimpiya iştirakçılarında daha 37 yoluxma aşkarlanıb

Yanvarın 30-da Çində Qış Olimpiya Oyunlarına bağlı şəxslərdə COVID-19-a 37 yeni yoluxma aşkarlanıb. Bir gün öncə 34 yoluxma qeydə alınmışdı.

Yeni yoluxmaların 28-i aeroporta çatanlarda üzə çıxıb. Onlardan səkkizi atletlər, yaxud Qış oyunlarına qatılacaq komanda rəsmiləridir.

Qış Olimpiya Oyunları fevralın 4-dən 21-dək keçiriləcək.

Oyunlar atletlər, heyət, media üçün sərt qaydalarla keçiriləcək, ictimaiyyətin onlarla təmasına icazə verilməyəcək.

Pekində karantində qalmaq

Atletlər və digərləri çarter reysləri ilə birbaşa Pekinə uçmalı, tədbirlə bağlı hər kəs hər gün test verəcək.

Rusiyalı biatlonçi Valeriya Vasnetsovanın testi müsbət çıxdığından yarışmaya qatıla bilməyəcək, Rusiya Biatlon Birliyi bildirib.

24 yaşlı Vasnetsova hazırda Pekində karantindədir.

“Təəssüf ki, Olimpiya arzum elə arzu olaraq qalacaq. Ola bilsin, bir gün yenidən qalxmağa güc taparam, amma bu tamam fərqli hekayət olacaq”, – idmançı Instagram hesabında yazıb.

Ukraynaya səfərdən sonra ABŞ Nümayəndələr Palatasının üzvü Kolin Olredin COVID-19 testi müsbət çıxıb. O, Ukraynaya Konqresin nümayəndə heyəti ilə gedib, Prezident Volodimir Zelenski ilə də görüşüb.

Səfər boyu test veriblər

Texasdan olan demokrat Olred Dallasa qayıdandan sonra, yanvarın 30-da testinin müsbət çıxdığını açıqlayıb.

38 yaşlı konqresmen Brüsseldə və Ukraynada 10 həmkarıyla birlikdə olub. O, bəyanatında bildirib ki, Texasa qayıdarkən uçuşdan öncə və uçuşdan sonra testi mənfi çıxıb. Yalnız yanvarın 30-da testin müsbət çıxdığı bəlli olub. Olred tam peyvənd olunduğunu, buster doza da vurdurduğunu, hazırda yüngül simptomlar hiss etdiyini deyib.

Konqresin nümayəndə heyətinin bütün üzvləri səfər boyunca, Zelenski ilə görüşdən öncə də test veriblər, Olred vurğulayıb.

Konqresin nümayəndə heyəti Kiyevə Rusiyanın Ukraynaya mümkün hücumu sarıdan narahatlıq fonunda səfər edib. Moskva hücum planı olmadığını deyir.

Konqresdəki hər iki partiya üzvləri Kiyevə güclü dəstək verir.

XS
SM
MD
LG