Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:43

Soros Çin prezidentini dünyaya ‘ən böyük hədə’ hesab etdiyini deyib


Corc Soros
Corc Soros

Yanvarın 31-də ABŞ-ın Huver İnstitutunda çıxış edən 91 yaşlı Sorosun fikrincə 2022-ci il müasir dünya  tarixinin ən mühüm ili olacaq

Məşhur Amerika maliyyəçisi və xeyriyyəçisi Corc Soros Pekində keçiriləcək Qış Olimpya oyunlarının ərəfəsində Çin Kommunist Partiyasını və bu ölkənin lideri Si Tsinpini kəskin tənqid edib.

Sorosun sözlərinə görə Si “zəmanəmizin açıq cəmiyyətlərinə ən böyük hədədir”.

Sorosun xeyriyyə fondları dünya boyunca bir çox ölkələrdə çoxsaylı qeyri-mənfəət təşkilatlarını dəstəkləyir.

Yanvarın 31-də ABŞ-ın Huver İnstitutunda çıxış edən 91 yaşlı Sorosun fikrincə 2022-ci il müasir dünya tarixinin ən mühüm ili olacaq.

Sorosun sözlərinə görə “Avropanın taleyini” Fransada, habelə onun öz vətəni Macarıstanda qarşıdan gələn seçkilər, prezident Putinin Ukrayanaya hücum qərarı qəbul edib-etməməsi müəyyənləşdirə bilər.

Bütün bunlarla yanaşı Soros ən mühüm hadisələrin Çində baş verdiyini düşünür.

Xeyriyyəşi Çini “dünyanın ən güclü avtoritar dövləti” adlandırıb.

O bu qış Pekində keçiriləcək Olimpiadanı 1936-cı ildə Berlində keçirilmiş Olimpiya oyunları ilə müqayisə edib.

Soros hesab edir ki, Çin də nasist Almaniyası kimi Olimpiadadan təbliğat vasitəsi kimi faydalanmağa çalışır.

Sorosun sözlərinə görə, hazırda demokratiyalar, yəni “açıq cəmiyyətlərlə” – aralarında Rusiya və Çin də olan avtoritar rejimlər arasında qarşıdurma müşahidə olunur.

O əlavə edib ki, Çinin Tayvan üzərində nəzarəti ala almaq cəhdi dünya müharibəsi ilə nəticələnə bilər.

Kommunizmə inam, Leninə pərəstiş

Corc Soros çıxışında deyib ki, Si Tsinpin öz ölkəsinin sakinlərini tam nəzarəti altına almaq üçün müasir texnologiyaların nailliyyətlərindən istifadə edib.

Sorosun sözlərinə görə Si kommunizmə həqiqətən də inanır və Mao Tze Duna və Leninə pərəstiş edir.

Lakin Soros bu qənaətdədir ki, Çinin uğur fasadının arxasında onun zəiflikləri gizlənir. Bu çətinliklər iqtisadiyyatdakı böhran, demoqrafiya problemi, habelə COVID-19 pandemiyasıdır.

Soros deyir ki, Çin bütün sərt karantinlərinə baxmayaraq Omikron ştammının yayılmasının qarşısını ala bilməyəcək.

Xeyriyyəçi hesab edir ki, çox tezliklə Sinin hakimiyyətinin sonunun başlanğıcı ola bilər.

O ümid edir ki, Çin hakimiyyətində Sini əvəz edəcək şəxs daxili siyasətdə onun qədər repressiv, xaricdə isə onun qədər aqressiv olmayacaq.

Bu çıxışa rəsmi Pekin hələki reaksiya verməyib.

ABŞ və Çin arasında münasibətlər son illərdə nəzərəçarpacaq dərəcədə pisləşib.

Birləşmiş Ştatlar Sintzyan və Honq Konqda insan haqlarının kobud pozulmasına etiraz olaraq Pekin Olimpiadasını boykot edir.

Bunun əksinə bu Olimpiya Oyunlarına Rusiya prezedenti Vladimir Putinin gələcəyi gözlənilir.

XS
SM
MD
LG