Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:37

'Rusiya-Ukrayna müharibəsi uzun sürsə, Azərbaycanda…'


Azərbaycanın ərzaq ehtiyatı varmı?
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Azərbaycanın ərzaq ehtiyatı varmı? (Müharibədən əvvəl)

Martın 18-də Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" Qərar imzalayıb.

Qərara görə, siyahısı hazırlanan ərzağın, onların istehsalında istifadə olunan malların gömrükdən aparılması ölkədə ehtiyatlar və əhalinin təminatı ilə bağlı proqnoza əsasən İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək. Siyahıya 30-a yaxın mal və məhsul (dənli bitkilər daxil) daxildir.

Qərar iqlim dəyişiklikləri, son dövrlər geosiyasi proseslər səbəbindən dünya bazarlarında ərzaq mallarının qiymətlərində artım və habelə qonşu ölkələrin bazarlarında logistika-təchizat zəncirində problemlərin yaranması ilə izah edilir.

A.Hüseynov
A.Hüseynov

"Tənzimlənmə prosesidir"

Milli Məclisin deputatı Aydın Hüseynov "Turan"a bildirib ki, hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsi ərzaq təhlükəsizliyidir: "Ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı çoxsaylı proqramlar tərtib olunub. Eyni zamanda, daxili bazarın qoruması məqsədilə ərzaq bolluğu yaratmaq istiqamətində çoxlu proqramlar var. Ancaq elə bir proseslər baş verir ki, bəzən bu, ərzaq təminatı, qiymətlərin tənzimlənməsi kimi istiqamətlərə təsir göstərir".

Onun sözlərinə görə, hökumətin qəbul etdiyi bu qərarın başlıca məqsədi ərzaq bolluğunun yaradılması və qiymətlərin stabil qalmasıdır. Deputat hesab edir ki, burada hər hansı narahatlıq doğuran amillər yoxdur: "Ərzaq məhsullarının ölkədən çıxarılması ilə bağlı da qadağa yoxdur. Sadəcə olaraq, bu, tənzimlənmə prosesidir. Hüquqi şəxslər göstərilən ərzaqların çıxarılması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edir və nazirlik mövcud ərzaq təminatı ilə bağlı prosesləri nəzərə aldıqdan sonra onlara icazə verir".

N.Əliyev
N.Əliyev

İqtisadçı Nemət Əliyev də AzadlıqRadiosuna bildirib ki, bu qərar Rusiya-Ukrayna müharibəsi fonunda qabaqlayıcı tədbir kimi qəbul olunub: "Rusiya ölkədən kənara çıxarılan ərzaq və qeyri-ərzaq məhsullarının bir çoxuna məhdudiyyət tətbiq edib. Azərbaycan isə ərzaq mallarına olan tələbatın böyük bir hissəsini idxal hesabına ödəyir və burada Rusiya birinci yerdə olan ölkədir".

"Azərbaycan hökuməti də, heç olmasa,…"

İqtisadçının fikrincə, Rusiya məhdudiyyətlər tətbiq etdiyinə görə Azərbaycanda ərzaq tələbatının ödənilməsində problem yaranacaq: "Azərbaycan hökuməti də, heç olmasa, ölkədə olan ərzaq məhsullarının ixrac formasında çıxarılmasını məhdudlaşdırmaq istəyir ki, ölkə daxilində həmin çatışmazlıqların miqyası böyüməsin".

Rusiyaya sanksiyalar Azərbaycanda çörəyi bahalaşdıra bilər
Gözlə

No media source currently available

0:00 0:06:30 0:00

N.Əliyev hesab edir ki, Rusiya-Ukrayna müharibəsi uzun sürsə, Azərbaycanda ərzaq çatışmazlığı bir müddətdən sonra qabarıq şəkildə özünü göstərə bilər: "İxrac mallarına qoyduğumuz məhdudiyyətlər də tam şəkildə bizim yaralarımızı sağaltmağa bəs etməz. Proseslər növbəti bahalaşmaya əlavə təkan verəcək".

İqtisadçının sözlərinə görə, bunun baş verməməsi üçün hökumət ərzaq təminatını təcili gücləndirməlidir.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan bu sanksiyalara qoşulmur.

XS
SM
MD
LG