Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Azərbaycan Delyaqini beynəlxalq axtarışa verib


Mixail Delyaqin
Mixail Delyaqin

Azərbaycan Bakını bombalamağa çağırış etdiyi bildirilən Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mixail Delyaqini beynəlxalq axtarışa verdiyini açıqlayıb.

Bununla bağlı Baş Prokurorluğun məlumatında bildirilir.

Məlumata görə, M.Delyaqin martın 28-də Rusiyanın "Rossiya 1" telekanalında Azərbaycana qarşı müharibəyə çağırışlar edərək bu ölkənin neft sənayesinin məhvi üçün taktiki nüvə silahından istifadə barədə çıxış edib. Üstəlik, onun sosial mediada bu barədə kütləvi sorğu keçirdiyi qeyd edilir.

Rəsmi açıqlamada vurğulandığına görə, Baş prokuror bəzi maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılmasını İstintaq idarəsinə həvalə edib. Söhbət Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə) və başqa maddələrindən gedir: "Mixail Delyaqin Cinayət Məcəlləsinin göstərilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilib".

Bu açıqlamaya, hələlik, M.Delyaqindən münasibət almaq mümkün olmayıb.

Rusiya-Azərbaycan gərginliyi: Qarabağda nələr baş verir?
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Peskov Duma üzvünün Azərbaycana zərbə endirmək çağırışını emosiyalarla izah edir

Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanın neft infrastrukturunun vurulmasına çağırması Rusiya hakimiyyətinin mövqeyinə uyğun deyil. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyir.

"Bu bəyanat Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun deyil, uyğun gələ də bilməz. Bu bəyanat daha çox aşıb-daşan şəxsi emosiyalarla bağlıdır", – Peskov vurğulayıb.

Onun sözlərinə görə, Kreml emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırır. "Xüsusilə də tərəfdaşlarımızla münasibətdə. Azərbaycan tərəfdaş ölkələr kateqoriyasına aiddir. Rusiya Qarabağda sülhün təmin olunmasına, tərəflərin öz öhdəliklərini yerinə yetirməsinə böyük cəhdlər edir", – sözçü qeyd edib.

Fərrux kəndindən ziddiyyətli xəbərlər
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Martın 28-də Rusiyanın "Rossiya 1" dövlət telekanalında yayımlanan "60 minut" siyasi tok-şousunda Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin Azərbaycanı "proksi dövlət" adlandırıb. Verilişdə Azərbaycan Qarabağda atəşkəsi pozmaqda, üçtərəfli bəyanatın müddəalarına riayət etməməkdə suçlanıb. Delyaqin Azərbaycanı Rusiya üçün real təhlükə adlandırıb. Deputat sonradan Telegram kanalında Azərbaycanın neft sənayesinə nüvə silahı ilə zərbələr endirmək çağırışı ilə bağlı sorğu keçirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bu bəyanatları, hələlik, şərh etməyib.

Qarabağda nə baş verir

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən həftədən Qarabağda, Əsgəran rayonunun Fərrux və Pirlər kəndlərində vəziyyətin gərginləşməsi xəbərləri gəlir. Regiondakı separatçı erməni qurumları Azərbaycan silahlı qüvvələrini əraziyə girməkdə ittiham edib. Azərbaycan yalnız qüvvələrini dislokasiya etdiyini bəyan edib.

Rusiyanın Müdafiə Nazirliyi Azərbaycanı 2020-ci il 9 noyabr atəşkəs razılaşmasını pozmaqda ittiham edib, Azərbaycan bölmələrinin Fərrux ərazisindən çıxarıldığını bildirib. Azərbaycanın Müdafiə Nazirliyi isə bu məlumatı təkzib edib, Azərbaycan Ordusunun Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş vermədiyini açıqlayıb.

XS
SM
MD
LG