Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:18

'Bu, Rusiya tərəfindən qızışdırılır'


Yerevandakı təhlilçilər Rusiyanın təsirindən çıxmağın zamanı çatdığını deyirlər
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Yerevandakı təhlilçilər Rusiyanın təsirindən çıxmağın zamanı çatdığını deyirlər

Aprelin 23-də Ermənistanın paytaxtı Yerevanda keçirilən yürüşdə hakimiyyət əleyhinə şüarlar səsləndirilib. Aksiya iştirakçıları Azərbaycan və Türkiyə ilə sülh danışıqlarının əleyhinə çıxışlar ediblər...

Sərhəddə saxlanan var

Dünən, aprelin 24-də isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə, Ermənistan ərazisindən gələn diversiya qrupu zərərsizləşdirilib, bir nəfər saxlanıb.

Ermənistandan cavab

Ermənistanın Müdafiə Nazirliyi (EMN) də, öz növbəsində, məlumatı əvvəl təkzib etmişdi. Nazirliyin yaydığı açıqlamada qeyd olunurdu ki, Ermənistan ordusunun təxribat-diversiya qrupunun təxribat törətməsi ilə bağlı Azərbaycan tərəfinin yaydığı məlumat həqiqəti əks etdirmir. Lakin bir qədər sonra EMN hərbçisinin saxlanması ilə bağlı Azərbaycanın yaydığı məlumatı təsdiqləyib. Qurum aprelin 23-də N saylı hərbi hissəyə gedən əsgərlə yolda əlaqənin kəsildiyi bildirilib: "Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə aparılan iş nəticəsində məlum olub ki, Eduard Martirosov elə həmin gün, hələ də naməlum şəraitdə Ermənistan-Azərbaycan sərhədini keçib və hazırda həmin ərazidədir. Azərbaycan tərəfi ilə E.Martirosovun Ermənistan tərəfinə qaytarılması üçün lazımi addımlar atılır".

Rusiya Azərbaycan-Ermənistan komissiyasında - proses hara gedir?
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

Lakin buna qədər…

Lakin buna qədər - aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra nikbin bəyanatlar səslənmişdi. Orada Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması, iki ölkə sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı işçi qrupların yaradılması barədə qərar verildiyi açıqlanmışdı.

Bəs iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasını istəməyən üçüncü tərəfmi var?

Yeri gəlmişkən, bu gün - aprelin 25-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri telefonla danışıblar. Onların Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəldikləri, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə etdikləri açıqlanıb.

E.Nəsirov
E.Nəsirov

Bundan sonra…

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərin normallaşma prosesi getməkdədir, ancaq yol hamar deyil: "Ermənistanın ali siyasi rəhbərliyi martın ortalarında Azərbaycanın irəli sürdüyü beş baza prinsipini qəbul edir və gələcək sülh müqaviləsini imzalayarkən həmin baza prinsiplərini əsas götürməyə razılıq verib".

Azərbaycanın təklif etdiyi baza prinsipləri iki ölkənin bir-birlərinin ərazilərini, suverenliyini, müstəqilliyini tanımaqdan, sərhədlərin müəyyən edilərək nəqliyyatın bərpasından ibarətdir.

Ermənistan isə, öz növbəsində, Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi.

Nazirlərin birbaşa telefon danışığı nələri dəyişə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

"Bu, Ermənistandakı revanşist qüvvələrin addımlarıdır"

Deputatin sözlərinə görə, bütün bu reallıqlar fonunda ikinci bir proses da gedir: "Bu, artıq Ermənistandakı revanşist qüvvələrin addımlarıdır. Onlar heç bir halda bu reallıqlarla barışmaq istəmirlər, mütləq istəyirlər ki, gərginlik qorunub saxlanılsın. Ermənistan müxalifəti Paşinyana qarşı uzunmüddətli itaətsizlik kampaniyasına başlamaq istəyirlər. Bununla paralel Zəngilan istiqamətində dövlət sərhədimizin pozulması faktı qeydə alınıb".

Komitə üzvünün fikrincə, bu mübarizədə sülhün yaranmasının tərəfdarı olanlar qalib gələcəklər.

Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna xatırladıb ki, Brüsseldə tərəflər heç kəsin iştirakı olmadan müzakirə apara biliblər. Onun fikrincə, bütün bunlar Azərbaycan və Ermənistanın maraqlarına cavab verir: "Ermənistanda çox ciddi problemlər var, ölkə iki türk dövləti arasındadır, dünyaya açıla bilmir, iqtisadi problemləri var, hərbi baxımından, demək olar ki, çöküb. Ona görə də Azərbaycan və Türkiyə ilə problemləri həll etməlidirlər".

A.Qasımlı
A.Qasımlı

"İstəyir ki, proseslər Rusiyanın nəzarətində olsun"

Politoloqun fikrincə, N.Paşinyan bunu anlayır: "Amma digər tərəfdən Rusiyanın apardığı bir proses var. O istəmir ki, Avropa İttifaqı platformasında Azərbaycan və Ermənistan olsunlar, Qarabağ məsələsini müzakirə etsinlər və öz aralarında problemlərini müzakirə etsinlər. O istəyir ki, bu proseslər məhz Rusiyanın nəzarətində olsun".

A.Qasımlının sözlərinə görə, Rusiya başqa bir platformada danışıqların qarşısını almaq üçün Ermənistanda öz təsiri altında olan qüvvələri hərəkətə gətirir: "Bu, sülh danışıqların qarşısını almaq məqsədini daşıyır və Rusiya tərəfindən qızışdırılır".

Bu fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri bir neçə dəfə vurğulayıblar ki, onlar Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəkləyirlər.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağın niyə vacib olduğunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Ermənistan rəhbərliyinin açıqlaması

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bir qədər əvvəl-aprelin 13-də ölkəsinin parlamentində çıxışında demişdi ki, Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanması onların planlarına daxildir: "Bu gün beynəlxalq ictimaiyyət bizə aydın şəkildə deyir ki, dünyada Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq təkcə Artsaxa (Qarabağ) deyil, Ermənistana da böyük təhlükədir".

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG