Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:37

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasında


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycan hakimiyyəti ölkədə media azadlığının təmin olunduğunu desə də, bir sıra müstəqil və müxalif media saytlarının bağlanması, bu ilin əvvəlində qüvvəyə minmiş yeni media qanunu bunun əksini deməyə əsas verir

Ötən il dekabrın sonunadək Avropa Şurası üzvləri ərazisində 56 jurnalist və media işçisi həbsdə olub. Həmin ölkə və ərazilər Azərbaycan, Rusiya Federasiyası, Ukraynanın Rusiya tərəfindən qanunsuz ilhaq olunmuş Krım yarımadası, Türkiyə və Böyük Britaniyadır.

Aprelin 27-də Avropa Şurasının Jurnalistikanın Qorunması və Jurnalistlərin Təhlükəsizliyinin Təbliği Platformasının illik hesabatını açıqlayıb. Hesabat “Gərginlik və münaqişə vaxtı mətbuat azadlığının qorunması” adlanır.

Medianın zəbti

Hesabatda deyilir ki, medianın zəbti, yəni özəl mediaya dolayısı ilə hökumətin nəzarət etməsi azalmayıb. Bu nəzarət ya media sahibləri ilə rahat münasibət qurmaq, ya da onlara təzyiq göstərməklə həyata keçirilir. Nəticədə hökumətə dost güclü media sistemi formalaşır, bu media ölkəboyu ideya və informasiyanı yayır, müxalif və fərqli düşünənləri çıxdaş edir.

“Türkiyə, Azərbaycan və Rusiya Federasiyasının rəhbərləri illərdir bu taktikadan istifadə edirlər. Onların dizayn verdiyi “model” Macarıstan və Polşa kimi digər üzv ölkələrdə mənimsənilir. Bu iki ölkə medianı nəzarətə almaq cəhdlərinə görə Avropa İttifaqının nəzarəti altındadır. Sloveniya da bu yolla gedir”, – hesabatda deyilir.

Azərbaycan hakimiyyəti ölkədə media azadlığının təmin olunduğunu desə də, bir sıra müstəqil və müxalif media saytlarının bağlanması, bu ilin əvvəlində qüvvəyə minmiş yeni media qanunu bunun əksini deməyə əsas verir. Beynəlxalq media və insan haqları təşkilatları Azərbaycan hakimiyyətini dövlətin mediaya nəzarətini gücləndirə biləcək qanunu ləğv etməyə çağırıb.

Pegasus, minalar, həbslər

Hesabatda Avropa Şurasının üç üzvünün – Azərbaycan, Macarıstan və Polşanın mətbuata qarşı Pegasus izləmə proqramından istifadə etdiyi vurğulanır. Ötən il yayılmış hesabatda deyilirdi ki, Azərbaycan da bir sıra ölkələr kimi fəalları, jurnalistləri bu proqramla izləyib. Hakimiyyətdən isə bu iddiaları cavablandıran olmamışdı.

Hesabatda ötən il həlak olan jurnalistlər sırasında Azərbaycanda minaya düşən AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun adları çəkilir. Onlar iyunun 4-də Kəlbəcər rayonunda minaya düşərək həlak olublar. Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Ancaq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənmə prosesi davam edir.

Hesabatda Azərbaycanda dörd jurnalistin – Əfqan Sadıqov, Aslan Qurbanov, Elçin MəmmədPolad Aslanovun həbsdə olduğu vurğulanır.

Ancaq hakimiyyət təmsilçiləri indiyədək dəfələrlə qeyd ediblər ki, ölkədə işinə görə həbsdə olan jurnalist yoxdur, konkret əməllərə görə cəzalananlar var.

XS
SM
MD
LG