Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:38

Ukrayna ilk hərbi cinayət şübhəlisini elan etdi


Buçadakı məzarlıqlardan birində eksqumasiya
Buçadakı məzarlıqlardan birində eksqumasiya

Ukraynanın baş prokuroru İrina Venediktova mayın 2-də bildirib ki, bu şübhəli Rusiya milli qvardiyasının komandirlərindən Sergey Kolotseydir

Ukraynanın baş prokuroru İrina Venediktova Kiyev yaxınlığındakı Buça şəhərinin işğalı zamanı dinc sakinləri öldürməkdə şübhəli bilinən Rusiya hərbçisinin adını elan edib.

Venediktova mayın 2-də bildirib ki, bu şübhəli Rusiya milli qvardiyasının komandirlərindən Sergey Kolotseydir.

Baş prokuror özünün Facebook səhifəsində yazıb:

"Buça prokurorları müəyyən ediblər ki, məhz bu hərbçi martın 18-də dörd silahsız adamı qətlə yetirib. O həm də martın 29-da mülkilərə işgəncələr verərək Rusiya qoşunlarına qarşı təxribatlar törətdiklərini boyunlarına almalarına çalışıb”.

Venediktovanın sözlərinə görə Kolotsey ukraynayönlü mülkini zirzəmidə məhbuis edib, onu əvvəlcə yumruqları, daha sonra isə avtromatın qundağı və bıçağın sapı ilə döyüb.

“Sonra bu adamı güllələmə yerinə apararaq qulağının yanından atəş açmaqla qorxudublar. Alçaltma və hədələrin ən pis forması bu olub ki, adamı ölü cəsədi iyləməyə məcbur ediblər”.

Şübhəlilər və “xainlər”

Venediktova bildirir ki, Kolotsei cinayətdə şübhəli bilindiyi haqda rəsmi qaydada məlumatlandırılıb. Lakin baş prokuror şübhəliyə qarşı rəsmi ittihamın irəli sürülüb-sürülmədiyi barədə heç nə yazmır.

Baş prokuror ötən həftə Rusiya 64-cü motoatıcı bqriqadasının 10 əsgərinin hərbi cinayətlərdə şübhəli olduqlarını bildirmiş və əlavə etmişdi ki, şübhəlilər haqda əlavə məlumatlar toplanır.

O söhbətin məhz Buça şəhərində törədilən qətllərdən getdiyini demişdi.

Bu arada Ukrayna Təhlükəsizlik Xidməti - SBU-nun sözçüsü Artyom Dextyarenko mayın 2-də deyib ki, onun təşkilatı Kiyev rayonunda mülkilərə qarşı cinayətlər törədən 900-dək Rusiya hərbçisinin və 100-dək onlara əlaltılıq edənlərin kimliyini müəyyənləşdirib.

Dextyarenko deyib ki, SBU müharibə cinayətlərinin şahidi olmuş 7000 nəfərdən ifadələr alıb.

SBU habelə hərbi cinayətlər barədə məlumat vermək istəyənlər üçün qaynar xətt açıb.

XS
SM
MD
LG