Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:16

Müharibəyə son qoymağa çağıran deputatlar fraksiyadan çıxarılıb


Donetskdə dağıdılmış məktəb
Donetskdə dağıdılmış məktəb

Fraksiya üzvləri deputatlarla bağlı qərarı yekdilliklə dəstəkləyiblər

Rusiyanın Uzaq Şərq regionundakı Primorsk diyarında iki deputat Kommunist Partiyasının region parlamentindəki fraksiyasından çıxarılıb. Deputatlar ötən həftə Prezident Vladimir Putini Ukraynadakı hərbi əməliyyatları dayandırmağa, bütün qoşunları çıxarmağa çağırmışdılar. Bu, Rusiyada görünməmiş siyasi etiraz hesab olunur.

İki deputata töhmət

Kommunist partiyasının regiondakı ikinci katibi Yevgeni Lyaşenko mayın 31-də deyib ki, Leonid VasyukeviçGennadi Şulqa “partiyanı nüfuzdan salan hərəkətlər”ə görə partiya fraksiyasından çıxarılıb. O, parlament fraksiyasında olan iki deputatın Kommunist Partiyasının üzvləri olmadığını sözlərinə əlavə edib.

Fraksiya üzvləri deputatlarla bağlı qərarı yekdilliklə dəstəkləyiblər. Vasyukeçiv və Şulqa iclasda iştirak etməyiblər.

Region parlamentinin daha iki üzvünə – Natalya KoçuqovaAleksandr Sustov Vasyukeviç və Şulqaya dəstəyə görə rəsmi töhmət alıblar.

Vasyukeviç “Kommersant” qəzetinə deyib ki, Şulqa ilə parlamentdə müstəqil deputat kimi fəaliyyəti davam etdirəcəklər.

Hərbi yolla uğur qazanmaq mümkün deyil...

Mayın 26-də Vasyukeviç özünün və daha 3 deputatın imzaladığı bəyanatı oxuyub. Bəyanatda Putinə Ukraynada müharibəni dayandırmaq çağırışı edilirdi. Sənəddə deyilirdi ki, Rusiya əsgərləri Ukraynada böyük itkilər verirlər, hərbi yolla uğur qazanmaq mümkün deyil.

İclasda iştirak edən vilayət qubernatoru Oleq Kojemyako Vasyukeviç və Şulqanı binadan çıxarmaq göstərişi verib, onları “satqın” adlandırıb.

Koçuqova və Sustov onda bəyanata imza atmadıqlarıını dedilər.

Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya ukraynalıların sərt müqavimətilə üzləşib.

Ukrayna və Qərb rəsmiləri müharibədə minlərlə rusiyalı əsgərin öldürüldüyünü bildirir. Moskva isə martın sonunda 1351 əsgərin həlak olduğunu açıqlayıb.

XS
SM
MD
LG