Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:17

Bakı Qarabağa görə Rusiya dövlət xəbər agentliyini blokladı


RIA Novosti agentliyinin “Dağlıq Qarabağın dövlət naziri” kimi təqdim etdiyi Artak Beqlaryan
RIA Novosti agentliyinin “Dağlıq Qarabağın dövlət naziri” kimi təqdim etdiyi Artak Beqlaryan

İyunun 3-də Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bu hadisə ilə bağlı açıqlama ilə çıxış edib

İyunun 3-də axşam saatlarından Azərbaycanda Rusiyanın dövlət RİA-Novosti agentliyinin saytına giriş bloklanıb.

Bu barədə məlumatı Turan agentliyi verib. Bu da qeyd olunur ki, RIA Novosti agentliyi Dağlıq Qarabağ separatçılarından Artak Beqlaryanla müsahibə dərc edib.

İyunun 3-də Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bu hadisə ilə bağlı açıqlama ilə çıxış edib:

“Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur”.

Bəyanatda daha sonra deyilir:

“Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə”müddəaları ilə ziddiyyət təşkil edir”.

Leyla Abdullayeva bildirib ki, “RİA-Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır”.

RIA Novosti agentliyinin “Dağlıq Qarabağın dövlət naziri” kimi təqdim etdiyi Artak Beqlaryan bildirmişdi ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin sayı artırılmalı və onun mandatına vaxt məhdudiyyəti qoyulmamalıdır.

Beqlaryan daha sonra bildirirdi ki, o yaxın gələcəkdə Dağlıq Qarabağ probleminin həllini görmür.

O habelə Azərbaycanı təxribatlar törətməkdə ittiham edib.

Beqlaryan bildirib ki, Qarabağ Azərbaycan üçün “prestij”, Qarabağ erməniləri üçünsə “ölüm-dirim” məsələsidir.

Fərrux dağında nə baş verir? Erməni sakinlər narazıdır
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

Xatırlatma

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq Dağlıq Qarabağın bir hissəsinə Rusiya sülhməramlı kontingenti yeridilib.

Dağlıq Qarabağdan Ermənistana yol – “Laçın dəhlizi” də sülhməramlıların nəzarətindədir.

Bu kontingentə 1960 hərbçi, 90 zirehli transportyor, 380 avtomobil və başqa texnika daxildir.

Eyni zamanda atəşkəsə nəzarət üçün Ağdam rayonunda birgə Rusiya-Türkiyə monitorinq mərkəzi qurulub.

Sülhməramlılar 5 il müddətinə yeridilib və əgər tərəflərdən heç birinin etirazı olmazsa bu müddət avtomatik olaraq daha 5 il uzadılmalıdır.

Tərəflər sülhməramlılarla bağlı rəsmi etirazı mandat müddətinin bitməsinə 6 ay qalanadək təqdim etməlidirlər.

XS
SM
MD
LG