Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

Xarkov atəşə tutulub


Hadisə yeri
Hadisə yeri

Ukrayna ordusunun Baş Qərargahı iyulun 11-də səhər bildirib ki, Rusiya qüvvələri ölkənin şərqində Ukrayna yaşayış məntəqələrini atəşə tutmaqdadır

Donetskdəki Çasov Yar şəhərində beşmərtəbəli binanın Rusiya raketləri ilə vurulması nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Rusiya Ukraynanın “demilitariziyası” üçün “xüsusi hərbi əməliyyat” apardığını, mülkiləri hədəfə almadığını bildirir. Müdafiə Nazirliyinin sözçüsü İqor Konanşenkov deyib ki, Çasov Yarda Ukrayna hərbi briqadasının toplaşma məntəqəsi vurulub, bu zaman dəqiq silahlardan istifadə olunub.

Müharibədə bir çox insidentlərdə olduğu kimi, bu dəfə də iddiaları müstəqil təsdiqlətmək mümkün olmayıb.

***

Ukraynanın ikinci böyük şəhəri Xarkovun da atəşə tutulduğu xəbər verilir. Vilayət qubernatoru Oleq Sineyhubov bir yaşayış binası və bir məktəbin vurulduğunu, 3 nəfərin öldürüldüyünü, 28 nəfərin xəsarət aldığını bildirib. Xarkovda 1.45 milyon nəfər yaşayır.

Sineyhubov mülki hədəflərin atəşə tutulduğunu deyib. “Bu, mütləq terrorçuluqdur!” – o, sözlərinə əlavə edib.

Ukraynanın Müdafiə naziri Oleksey Reznikov Britaniyanın “Times” qəzetinə deyib ki, Kiyev ölkənin cənubundakı əraziləri geri almaq üçün yeni qərb silahları ilə təchiz olunmuş bir milyonluq qoşun yığır. Onun sözlərinə görə, Prezident Volodimir Zelenski orduya ölkə iqtisadiyyatı üçün kritik, hazırda Rusiyanın işğal etdiyi sahil əraziləri geri almaq göstərişi verib.

Bu arada Ukrayna qüvvələrinin Xersondakı İvanivka kəndini geri alması xəbəri gəlib.

“Rusiya işğalçıları İvanivkada dəhşətli xatirələr, ‘ölü’ hərbi avadanlıq qoyub gedib”, – briqada rəsmiləri deyiblər. Ancaq bu xəbəri müstəqil təsdiqlətmək mümkün olmayıb.

***

Ukraynanın şərqi Donetsk vilayətində beşmərtəbəli binanın Rusiya raketləri ilə vurulması nəticəsində ölənlərin sayı 18-i keçib.

“İyulun 11-də səhər 8:45-ə olan məlumata görə, 18 nəfər həlak olub, altı nəfər dağıntılar altından çıxarılıb, 137 tona yaxın dağıntı təmizlənib”, – yerli fövqəladə xidmət idarəsi bildirib.

Rusiyanın dəstəklədiyi separatçı qüvvələr iyulun 11-də Bohorodiçne kəndini ələ keçirdiklərini bildirib, bunu kəndin 24 km-də yerləşın Slovyansk şəhərinə hücum üçün “güclü körpüqabağı” mövqe adlandırıblar.

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin iyulun 10-da Slovyansk yaxınlığındakı ərazilərə hücum etdiyini, ancaq geri çəkilməyə məcbur edildiklərini bildirib.

Şərqi Luqansk vilayətinin qubernatoru Sergey Qaydayın sözlərinə görə, Rusiya əsgərləri Slovyanskdan 50 km şərqdə yerləşən Bilohorivka kəndində də toplaşmaqdadır.

***

Ukrayna xilasediciləri şərqi Donetsk regionunda Rusiya raketlərinin partlatdığı beşmərtəbəli binada axtarış işlərini davam etdirirlər. Hücumda azı 15 nəfər həlak olub. Ukrayna hərbi komandanlığı Kremlin ölkənin şərqində hücumları intensivləşdirməyə hazırlaşması haqda xəbərdarlıq edib.

Rusiya qüvvələri Luqanskın böyük hissəsini ələ keçirəndən sonra Donetskdə hücumu gücləndiriblər.

Rəsmilər Çasov Yar şəhərindəki binanın dağıntıları altında onlarla adamın qala biləcəyini deyirlər.

“Xilasetmə əməliyyatı zamanı hadisə yerindən 15 meyit tapılıb, beş nəfər dağıntılar altından çıxarılıb”, – təhlükəsizlik xidməti əməkdaşları iyulun 11-də Çasov Yardan Facebook-da canlı yayımda deyiblər.

Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko isə daha öncə Telegram-da qeyd edib ki, Rusiyanın Uraqan raketilə vurulmuş binanın dağıntıları altında azı 30 nəfər “qalıb”.

Hərbi cinayətlər

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Çasov Yara hücum onu bu həftə öz gündəminə hərbi cinayətlər mövzusunu salmağa vadar edib.

“İşğal başlayandan Ukraynanın hüquq-mühafizə əməkdaşları işğalçıların cinayətlərini sənədləşdirmək və dəlil toplamaq üçün gərəkən hər şeyi ediblər”, – Zelenski iyulun 10-da videomüraciətində deyib.

Onun sözlərinə görə, planlaşdırdığı danışıqlar “Rusiya hərbi cinayətkarlarının cəzalandırılmasına töhfəsini verəcək”.

Kirilenko hücumun iyulun 9-da axşam baş verdiyini deyib. Çasov Yar son vaxtlar Rusiya qüvvələrinin hücumuna məruz qalan Kramatorsk şəhərinin 20 kilometrliyində yerləşir, 12 minədək sakini var.

Ukrayna prezident idarəsinin başçısı Andrey Yermak zərbəni “daha bir terror hücumu” adlandırıb, Rusiyanın “terrorçuluğu dəstəkləyən dövlət” kateqoriyasına salınmalı olduğunu deyib.

Cəbhədə vəziyyət

Rusiyanın Müdafiə Nazirliyi iyulun 10-da keçirdiyi brifinqdə Çasov Yardakı hücumdan danışmayıb.

Donetsk və Luqansk Ukraynanın Donbas regionuna daxildir. Rusiya fevralın 24-də Ukraynanı işğala başlayanda paytaxt Kiyevi tuta bilməyəndən sonra bu region tam ələ keçirməyə fokuslanıb.

Rusiya qüvvələri Ukraynanın cənubunda böyük ərazilər ələ keçirərək onları 2014-cü ildə ilhaq etdikləri Krım yarımadasına birləşdirib.

Ukrayna ordusunun Baş Qərargahı iyulun 11-də səhər bildirib ki, Rusiya qüvvələri ölkənin şərqində Ukrayna yaşayış məntəqələrini atəşə tutmaqdadır. Donetsk istiqamətində, Kramatorsk və Baxmutda əməliyyatların intensivləşməsinə hazırlıq əlamətlərinin olduğu deyilir. Marinka istiqamətində hücumun iflas etdiyi bildirilsə də, bu iddiaları müstəqil təsdiqlətmək mümkün olmayıb.

Xerson

TASS iyulun 10-da Xersonda Rusiya havadan müdafiə sistemlərinin işə salındığını, şəhərin mərkəzində dörd partlayış eşidildiyini yazır.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk dinc sakinləri şəhəri və Xerson vilayətini tərk etməyə çağırıb.

“Döyüş, artilleriya atəşi olacağı aydındır… buna görə də adamları dərhal çıxmağa çağırırıq”, – o, iyulun 10-da dövlət televiziyasına deyib.

Xerson şəhərində müharibəyədək 300 minədək sakin yaşayırdı. Müharibənin ilk həftələrində Xerson vilayətinin böyük hissəsi Rusiyanın nəzarətinə keçib və şəhərdə indi nə qədər sakinin qaldığı bəlli deyil.

ABŞ iyulun 8-də Ukraynaya əlavə dörd ədəd HIMARS artilleriya raket sistemləri göndərəcəyini açıqlayıb. Ukraynannın müdafiə naziri Oleksey Reznikov isə iyulun 10-da deyib ki, ABŞ-ın uzaq hədəfli yaylım atəşi sistemləri döyüş zonasında artıq “böyük fərq” yaradıb.

XS
SM
MD
LG