Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:31

İmtahan sualları əvvəlcədən ötürülübmüş - 'Bilmədən olub'


Müəllimlərin işə qəbulu imtahanı
Müəllimlərin işə qəbulu imtahanı

Təhsil İnstitutu iyulun 14-də müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı keçirilən imtahanda riyaziyyat fənnindən test tapşırıqlarının öncədən paylaşılması haqqında səslənən iddiaları araşdırıb və onların gerçək olduğu üzə çıxıb.

Bu haqda Təhsil İnstitutundan bildirilir.

İnstitutdan deyilir ki, test bankına daxil etmək üçün fənn mütəxəssislərinə sualların hazırlanması sifarişi verilir və onların məxfiliyinin qorunmasına, üçüncü tərəflə paylaşılmamasına dair sual müəllifləri ilə müqavilə bağlanılır.

Tİ-dən verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq hazırladığı test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib.

"Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub",- Tİ-dən bildirilir.

Qurumdan deyilir ki, müqavilənin şərtlərini pozduğuna görə S.Quluzadə ilə bağlı müvafiq hüquqi addımlar atılacaq.

'Hamı bilir ki, direktorlar vakant yerləri gizləyib pulla satır'
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

"Qarışıqlıq nəticəsində, səhvən, bilmədən olub"

S.Quluzadə isə "Turan"a açıqlamasında sualların təlim mərkəzlərindən birinə satılması haqda iddiaları rədd edib. Onun sözlərinə görə, sadəcə təlim mərkəzinə verdiyi suallardan üçünü qarışıqlıq nəticəsində səhvən, bilmədən MİQ imtahanının sual bankına daxil edib.

"Bundan özümün də imtahan günü xəbərim olub. Əvvəlcədən hansısa bir təlim mərkəzi ilə heç bir anlaşmam olmayıb",- S.Quluzadə söyləyir.

Təhsil İnstitutu bu hadisənin imtahan nəticələrinə təsirləri ilə bağlı elmi-statistik təhlil apardığını, nəticələr barədə ictimaiyyətə məlumat veriləcəyini bildirir.

Sualların öncədən paylaşılması haqqında ilkin olaraq təhsil ekspertləri sosial şəbəkələrdə paylaşım etmişdilər.

Bundan öncə də müəllimlərin işə qəbulu imtahanının keçirilməsi, sualların təlim mərkəzlərinə ötürülməsi, sualların qoyuluşu ilə bağlı iddialar səslənib. Amma hər dəfə Təhsil Nazirliyi deyilənləri təkzib edib.

XS
SM
MD
LG