Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Rusiya Çinin ən böyük neft təchizatçısına çevrilib


Rusiya-Çin neft kəməri
Rusiya-Çin neft kəməri

Çin Rusiyadan 520 min 530 tondan çox mayeləşdirilmiş təbii qaz (LNG) da idxal edib. Bu isə 2021-ci ilin əvvəlindən ikinci aylıq rekorddur

Artıq ikinci aydır Rusiya Çinin əsas neft təchizatçısına çevrilib. Alıcılar Səudiyyə neftindənsə Moskvanın endirimlə təklif etdiyi neftə üstünlük verirlər.

“Reuters”in iyulun 20-də yaydığı bazar datasına görə, iyunda Çin Rusiyadan 7.29 milyon ton neft idxal edib. Bu bir il öncəylə müqayisədə 10 faizədək çoxdur. Çin əsas təchizatçısı Səudiyyə Ərəbistanından isə bundan 2 milyondan az neft idxal edib.

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan sonra Qərb alıcıları ondan neft almağı məhdudlaşdırıb. Moskva isə Asiya bazarlarına üz tutub.

“Bloomberg”in iyulun 19-da yaydığı məlumata görə, vaxtilə Rusiyadan heç neft idxal etməyən Hindistan iyunda günə 1 milyon barrel neft alıb.

Rusiyadan LNG idxalı da artıb

Agentlik həmçinin son həftələr Rusiyadan Çinə neft axınının dayandığını xəbər verib. Bu isə Asiyanın Rusiyadan daha çox neft almaq üçün yetərincə avadanlıqla təchiz olunmamasının göstəricisi ola bilər.

Çin Rusiyadan 520 min 530 tondan çox mayeləşdirilmiş təbii qaz (LNG) da idxal edib. Bu isə 2021-ci ilin əvvəlindən ikinci aylıq rekorddur.

Rusiya Avropanın bir sıra ölkələrinə təchizatı dayandırıb, çünki onlar Moskvanın rublla ödəniş mexanizmindən imtina ediblər.

Fevralın 24-də başlanmış işğaldan sonra Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkəni və onun maliyyə qurumlarını beynəlxalq tranzaksiya sistemlərindən çıxarıb.

XS
SM
MD
LG