Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:45

Ukrayna kəşfiyyatı: Ukraynalı əsirlərin saxlandığı yeri ‘Vaqner’ vurub, məqsəd...


Azovstal-dan çıxarılmış döyüşçülər
Azovstal-dan çıxarılmış döyüşçülər

Ukrayna kəşfiyatı iddia edir ki, əsirlərin saxlandığı yeri Putinə yaxın olan biznesmen Yevgeni Priqojinin göstərişi ilə Vaqner törədib və məqsəd də korrupsiyanı gizlətmək olub

Ukrayna kəşfiyyatı Yelenovkada ukraynalı əsirlərin saxlandığı binanın vurulması ilə bağlı yeni məlumat yayıb.

Məlumatda iddia olunur ki, Yelenovkada ukraynalı hərbi əsirlərin ölümü ilə nəticələnən partlayış Putinə yaxın biznesmen Yevgeni Priqojinin göstərişi ilə həm də Rusiya Müdafiə nazirliyinin "razılıq olmadan" "vaqnerçilər" tərəfindən həyata keçirilib.

Kəşfiyyatın bəyanatında deyilir partlayış sənaye zonasının ərazisində Azovstaldan çıxarılan məhbusların saxlanması üçün xüsusi təchiz edilməli olan yeni binada baş verib. Bina 2 gün əvvəl tamamlanıb, bundan sonra saxlanılan ukraynalı hərbçilərin bəziləri ora köçürülüb.

Ukrayna kəşfiyyatı bildirir ki, "terror aktının əsas məqsədi ukraynalı məhbusların saxlanması üçün ayrılmış vəsaitin tam mənimsənilməsi faktlarını gizlətmək olub. Məlum idi ki, avqustun 1-də Moskvadan “obyektə” ayrılan vəsaitin xərclənməsini və məhbusların saxlanma şəraitini yoxlamaq üçün komissiya gəlməli idi. Binanın faktiki vəziyyəti və şəraiti orada məhbusların saxlanması Rusiya rəhbərliyinin tələblərinə cavab vermədiyindən, "problem " ukraynalı hərbi əsirlərlə birgə binanın dağıdılması yolu ilə həll edilib".

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun hesab edir ki, ukraynalı hərbi əsirlərin təhlükəsizliyinin və lazımi şəraitdə saxlanılmasının təminatçılarından biri olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hadisələrə düzgün qiymət verməli və Ukrayna müdafiəçilərinin öldürülməsinin real şərait və səbəblərini aydınlaşdırmaq üçün səy göstərməlidir. Kiyev həm də vəziyyəti öyrənmək və şəraitə nəzarət etmək üçün Ukrayna nümayəndələrinin dərhal hadisə yerinə buraxılmasını tələb edir.

Rusiya Yelenovkaya hücumda Ukraynanın özünü ittiham edir.

Rusiyanın Böyük Britanıyadakı səfirinin ukraynalı hərbi əsirlərin asılması arzusu

Azadlıq Radiosunun rus xidməti (www.svoboda.org) ukraynalı hərbi əsirlərin saxlandığı ünvanın vurulmasından qısa müddət sonra Rusiyanın Böyük Britaniyadakı səfirinin tvitter hesabında "Azov" ayalı döyüşçülərinin nəyinki edam ediləcəyi, asılacağı ilə bağlı arzusunu paylaşıb.

Tvit Kiyevin Rusiyanı ittiham etdiyi Yelenovkada (Donetsk vilayəti) koloniyada onlarla ukraynalı hərbi əsir, o cümlədən Azov döyüşçülərinin ölümündən bir neçə saat sonra dərc edilib.

Kiyev hərbi əsirlərin vurulması iddialarını rədd edir

Ukrayna şərqi Donetsk vilayətində azı 40 hərbi əsirin öldürülməsi ilə nəticələnmiş hücumla bağlı Rusiyanın ittihamlarını rədd edib.

Bundan öncə Rusiyanın Müdafiə Nazirliyi və Ukraynanın Donetsk vilayətində Moskvanın dəstəklədiyi separatçılar təsdiqlənməmiş məlumat yayıblar. Onların iddiasına görə, Ukrayna iyulun 29-da separatçıların nəzarətində olan ərazidə həbsxananı ABŞ istehsalı HIMARS raketləri ilə vurub, 40 ukraynalı hərbi əsir öldürülüb, 75 nəfər yaralanıb. Hərbi əsirlərin Mariupol liman şəhərində döyüşlər zamanı ələ keçirilmuiuş şəxslər olduğu bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanatında bildirib ki, Rusiyanın iddialarında məqsəd müharibədə tutulmuş ukraynalıların başına gələnləri gizlətməkdir. Qərargah Ukrayna qüvvələrinin əraziyə hər hansı raket atmadığını bildirib.

“Rusiya Federasiyasının silahlı qüvvələri Donetsk vilayətindəki Olenivka şəhərində ukraynalı məhbusların saxlandığı cəzaçəkmə müəssisəsini artilleriya atəşinə tutub”, – bəyanatda deyilir və Rusiya informasiya müharibəsində suçlanır.

Tərəflərdən heç birinin iddialarını müstəqil təsdiqlətmək mümkün olmayıb.

***

Donetskdə separatçıların sözçüsü Daniil Bezsonov Telegram-da yazıb ki, Olenivka şəhərindəki həbsxananın atəşə tutulması nəticəsində azı 40 ukraynalı hərbi əsir öldürülüb, 130 nəfər yaralanıb.

“Rəqəmlər arta bilər”, – o, sözlərinə əlavə edib.

Ukrayna hələlik, məlumatı şərh etməyib, iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Rossiya-1 televiziyası dağılmış barakları, qarışıq metal çarpayıları göstərsə də, videoda ölü, yaralı görünməyib.

Ukraynalı döyüşçülər Mariupol uğrunda ağır döyüşlərdə əsir götürülüb. Onlar aylarla Azovstal polad zavodunda mühasirədə qalıblar.

Döyüşçülər Rusiyanın nəzarətində olan ərazilərə, o cümlədən Donetsk vilayətinə aparılıblar.

XS
SM
MD
LG