Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:45

Yazar Zümrüd Yağmur saxlanıb, buraxılıb


Zümrüd Yağmur
Zümrüd Yağmur

O, iki il əvvəl azyaşlı qızının zorlanmasında ittiham olunan şəxs  barəsində məhkəmə qərarının olmamasına etiraz edib

Yazar Zümrüd Yağmur avqustun 1-də Azərbaycan paytaxtı Bakıda Prezident Administrasiyasının qarşısında "Təcavüzkarı Qoruma!" şüarı ilə aksiya keçirib.

O, iki il əvvəl azyaşlı qızının zorlanmasında ittiham olunan şəxs barəsində məhkəmə qərarının olmamasına etiraz edib.

Yağmur iddia edib ki, qərar verməməklə siyasi hakimiyyət qızı vasitəsilə ondan qisas alır.

Polis əməkdaşları Zümrüd Yağmuru saxlayıb, bir qədər sonra isə onun sərbəst buraxıldığı bildirilib.

Aksiya zamanı hüquq-mühafizə əməkdaşları reportyorların fəaliyyətinə mane olublar, onların əlindən telefon və kameraları alıblar.

Məsələ ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və başqa rəsmi qurumlardan münasibət öyrənmək isə, hələlik, mümkün olmayıb.

Məhkəmə İstintaqı yekunlaşıb

İctimai fəal S-ya qarşı cinsi təcavüz ittihamı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində yarım ildir davam edən məhkəmə araşdırmaları bu yaxınlarda yekunlaşmaq üzrədir.

Ötən ay, iyulun 13-də məhkəmədə prokuror təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror bildirib ki, cinayət məcəlləsinin 149.2.3 (zorlama - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə irəli sürülən ittiham məhkəmə istintaqında sübuta yetirilib.

"Əməlini boynuna almır"

Qarşı tərəf – zərərçəkən kimi tanınan şəxsin anası və məhkəmədə onun nümayəndəsi qismində iştirak edən müxalif mövqeli yazar Zümrüd Yağmur isə prokurorun tələb etdiyi cəzadan narazı qalıb. O, hesab edir ki, dövlət ittihamçısı yüngül cəza istəyib.

Təqsirləndirilən şəxs isə ümumiyyətlə, özünü təqsirli bilmir, ona qarşı ittihamın şər-böhtan olduğunu deyir.

Bu cinayət işində təqsirləndirilən və zərərçəkmiş iki bacının övladlarıdır.

"İttiham şər-böhtandır"

Təqsirləndirilən şəxsin anası oğlunun günahsız olduğunu, bacısı və onun övladı tərəfindən məqsədli şəkildə böhtana məruz qaldığını iddia edir.

Cinayət işinin materiallarına əsasən, S. 2020-ci ilin avqustunda cinsi təcavüzə məruz qalıb.

Bu iş bir ilə yaxın Yasamal Rayon Prokurorluğunda araşdırılıb, lakin hazırda təqsirləndirilən şəxs haqqında cinayət işi başlanması rədd edilib.

Daha sonra Zümrüd Yağmur mətbuat konfransı keçirərək məsələni ictimailəşdirib. Bundan sonra onun barəsində cinayət işi başlanıb, o, həbs edilib.

XS
SM
MD
LG