Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Yandeks xəbərləri VK-ya satır


Yandeks-in yemək çatdırma xidməti
Yandeks-in yemək çatdırma xidməti

Yandeks bəyanatında bildirir ki, “media bizneslərindən strateji çıxış, digər texnologiyalara və xidmətlərə fokuslanma” şirkətin səhmdarlarının “maraqlarına çox uyğundur”

Rusiyanın Yandeks internet nəhəngi xəbər bölümünü və yandex.ru ana səhifəsini rəqibi, dövlətin nəzarətində olan VK-ya satır. Bu şirkət eyniadlı sosial şəbəkənin sahibidir. Sözügedən addım Rusiyada müstəqil mediaya çıxışa daha bir zərbə vura bilər.

Avqustun 23-də açıqlanmış məlumata görə, Yandeks onlayn kontentin yayılmasına nəzarəti Kremlə yaxın şirkətə satır. Əvəzində Yandeks VK-nın sahibi olduğu “Delivery Club” yemək çatdırılması xidmətini 100 faiz əldə edir.

Yandex texnologiya və xidmətlərə fokuslanır

Moskva fevralın sonunda Ukraynaya tammiqyaslı hücuma başlayandan Rusiya müstəqil mediaya sərt təzyiqləri daha da gücləndirib. Ordu barədə “saxta informasiya” qadağan edilib, bir çox media orqanlarının senzurasız xəbər yayması məhdudlaşdırılıb.

Yandeks bəyanatında bildirir ki, “media bizneslərindən strateji çıxış, digər texnologiyalara və xidmətlərə fokuslanma” şirkətin səhmdarlarının “maraqlarına çox uyğundur”.

Sövdələşmə yekunlaşandan sonra hazırkı əsas səhifə dzen.ru adlanacaq, VK tərəfindən idarə ediləcək.

“Rusiyanın Google-u” adlanan Yandeks son illər Moskvanın tələblərinə boyun əyib, Roskomnadzor dövlət qurumun qadağan etdiyi saytlara çıxışı məhdudlaşdırıb, dövlət propaqandasının yayılmasındakı roluna görə tənqid olunub.

Xəbər, yoxsa propaqanda?

Yayın əvvəlində YandexMaps tətbiqindən dövlət sərhədlərini pozmaqla siyasi təzyiqdən yan keçməyə çalışdı. Proqramın Ukraynanın dövlət sərhədlərini necə çəkməsi qalmaqal yarada bilərdi.

Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnı ilin əvvəlində Yandeks-i “güclü abırsız yalan”da ittiham edib. Belə ki, ana səhifəsində xəbərləri yaydığını deyən axtarış sistemi əslində, dövlət propaqandasına meydan verirdi.

Avropa İttifaqı Yandeks-in bir sıra aparıcı rəsmilərini sanksiya siyahısına salıb. Ancaq şirkətin özünə indiyədək rəsmi sanksiya qoyulmayıb.

Yandex News-un keçmiş rəhbəri Lev Gerşenzon martın 1-də Yandeks-i Ukraynadakı münaqişə haqda informasiyanı gizlətməyin əsas elementi adlandırıb. Yandeks isə senzurada əlbir olmadığını bildirir.

XS
SM
MD
LG