Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:38

İranda su etirazında saxlananlar olub


Həmədan, avqust, 2022-ci il
Həmədan, avqust, 2022-ci il

Həmədan rəsmiləri neçə həftədir problemi həll edəcəklərini vəd edirlər, amma indiyədək vəziyyətin düzəlməsi üçün heç bir iş görülməyib

İran hakimiyyəti qərbi Həmədan vilayətində suyun kəsilməsinə etiraz aksiyasında 25 nəfərin saxlandığını təsdiqləyib.

Həmədan valisi Məhəmməd Əli Məhəmmədi üç fərqli nümayişdə saxlananları ictimaiyyət arasında təhlükə və çaxnaşma yaratmaqda suçlayıb.

Verilən su da içməli deyil

Vilayətdə suyun kəsilməsi həftələrdir küçə etirazlarına səbəb olur. İlkin dövrdə təhlükəsizlik qüvvələri aksiyalara tolerant yanaşıb, ancaq məsələn, 24 avqust etirazında xeyli etirazçını saxlayıb.

Həmədan rəsmiləri neçə həftədir problemi həll edəcəklərini vəd edirlər, amma indiyədək vəziyyətin düzəlməsi üçün heç bir iş görülməyib.

Günün 20 saatı şəhərin böyük ərazilərində su kəsilir, sakinlər əldə etdikləri suyun içməli olmadığını deyirlər.

Artan etirazlar

Artıq bir çox şəhərlərdə su qıtlığı və buna etirazlar aksiyaları yayılmaqdadır.

Su təchizatının azalması İranın varlığına təhdid törədir. Su resurslarının pis idarə olunması, quraqlıq, korrupsiyaya bulaşmış infrastruktur layihələri su qıtlığına töhfəsini verib.

Ekspertlərin fikrincə, iqlim dəyişikliyi İranda quraqlıq və daşqınların sayını artırıb, bu tendensiyaların intensivləşməsi ərzaq təhlükəsizliyinə hədədir.

İranın Meteorologiya Təşkilatı İranın 97 faizində müəyyən dərəcədə quraqlıq olduğunu bildirir.

Hakimiyyətin pis idarəçiliyi də su böhranına əsas səbəblərdən biri sayılır.

XS
SM
MD
LG