Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:41

Gediş haqqının qaldırılması işçi qrupun təklifindən asılı olacaq


Milyonlar xərclənən "BakuBus"lar depoda istifadəsiz qalıb - EKSKLÜZİV görüntülər
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Milyonlar xərclənən "BakuBus"lar depoda istifadəsiz qalıb - EKSKLÜZİV görüntülər

Bugünlərdə Azərbaycanda sərnişindaşıyıcı şirkətlər avtobuslarda gediş haqlarının qaldırılması ilə bağlı bir ildə üçüncü dəfə Tarif Şurasına müraciət ediblər. Şirkətlər gediş haqqının xərclərə adekvat olmadığını, koronavirus pandemiyası zamanı ciddi ziyana məruz qaldıqlarını bildirməklə bundan əvvəl də iki dəfə ( yanvar və apreldə) hökumətə müraciət etsələr də, müsbət cavab almamışdılar. Hazırkı müraciətdə də şirkətlər ya qiymətlərin qaldırılmasını, ya da dövlətin onlara dotasiya ayırmasını istəyirlər.

Hələ 2020-ci ilin martında Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda mənfi təsirlərinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzlamışdı. Tədbirlər Planına əsasən, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə (hava nəqliyyatı daxil) dəstək proqramına dövlət büdcəsindən 280 milyon manat ayrılmışdı.

"Sərnişindaşımada da qiymətlər qalxa bilər"
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

"Dizelin qiyməti 33 faiz artırılaraq…"

Amma Tarif Şurasına müraciət edən şirkətlərdən biri –"Xaliq Faiqoğlu" MMC-dən "Turan"a bildirilib ki, üç ilə yaxındır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub. Qeyd olunub ki, 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiyməti 33 faiz artırılaraq 80 qəpik müəyyən edilib.

Habelə bildirilib ki, avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtgü yağları, şin və s. bütün növ ehtiyat hissələrinin qiyməti 50 faizə qədər artıb: "Bu hallar da şirkətlərin gəlirlərinin kəskin azalmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına səbəb olur".

​ Yeni 'Bakubus' niyə gecikir?
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

"Təklif edirik ki, rüsum azaldılsın"

Şirkətdən əlavə edilib ki, hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5 faizini "Bakı Kart"a ödəyirlər: "Bu, kifayət qədər böyük faizdir. Təklif edirik ki, rüsum azaldılsın".

MMC-dən həmçinin iddia edilib ki, maliyyə dəstəyinin verilməsi üçün ayrılan 280 milyon manatın bir hissəsi Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətləri üçün nəzərdə tutulsa da, bu vəsaitdən özəl avtobus şirkətlərinə ödənilməyib.

Bu deyilənlərə, hələlik, Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.

E.Muradlı
E.Muradlı

"Məmurlar, oliqarxlar öz marağını güdür"

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının isə AzadlıqRadiosuna deməsinə görə, sərnişindaşıyıcı şirkətlərin müraciətindəki fikirləri Bakı Nəqliyyat Agentliyi (BNA) yaymalı idi: "Çünki BNA publik hüquqi şəxs olaraq nəqliyyat sektorunda tənzimləyici qurumdur".

Ekspert qeyd edib ki, özəl sərnişindaşıyıcı şirkətlər illərdir borc içindədir: "Çünki yanacaq, ehtiyat hissələri, sürtgü yağları bahalaşdı, üstəlik də, sürücüyə normal əməkhaqqı vermək lazımdır. Şirkətlərə tələb qoyulur ki, 200-300 min manatlıq avtobuslar al gətir, amma bir sərnişini 30 qəpiyə daşımalısan…".

Onun fikrincə, "Bakı Kart"a ödənilən 5 faizlik rüsum çox böyükdür: "Nəzərə alınmalıdır ki, kassaya daxil olan vəsaitin hamısı xalis gəlir deyil, bunun işçilərin maaşı, təmir xərcləri var. Şirkətlər bu puldan vergi ödəyir, sosial ödənişləri edir. Burada hansısa məmurlar, oliqarxlar öz marağını güdür".

Bakı sakini ödəniş terminallı dayanacaq üçün 3-6 km arası məsafə getməlidir
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00

"Bizdə gələn dağıdır, gedən dağıdır"

E.Muradlının sözlərinə görə, məsələnin həlli üçün beynəlxalq təcrübə öyrənməlidir: "Dünyanın ən inkişaf etmiş ölkələrində belə ictimai nəqliyyat ya bələdiyyələrin, ya da seçki yolu ilə seçilən merin əlindədir. Onlar da göstərilən xidməti daha da yaxşılaşdırmaq üçün və növbəti il yenidən seçilmək üçün çaba göstərir. Bizdə isə gələn dağıdır, gedən dağıdır".

O qeyd edib ki, dövlət başçısı sırf nəqliyyat sektoruna (avtobuslara) dəstək üçün 7.5 milyon manat ayırıb: "Bakı Nəqliyyat Agentliyi rəsmi etiraf edib ki, bu pulun hamısını "BakuBus" MMC-yə köçürüblər. Sənədin harasında yazılmışdı ki, pulun hamısı "BakuBus"a köçürülməlidir?! Deməli, Bakı Nəqliyyat Agentliyi tənzimləyici qurum olaraq dövlət şirkətini digərlərindən üstün tutur. "BakuBus"ın bazarda payı 18-20 faiz civarındadır. 80 faiz özəl sektorun əlindədir".

Bakı Nəqliyyat Agentliyindən isə "Turan"a bildirib ki, qiymət və dotasiyaların verilməsi ilə bağlı məsələlər onların səlahiyyətlərinə aid deyil. Qeyd olunub ki, pandemiya zamanı dəstək məqsədilə verilən 7.5 milyon manatın hamısının "BakuBus" şirkətinə köçürülməsi ilə bağlı deyilənlərə ayrıca münasibət bildiriləcək.

Kimdir o? Həm benzinin bahalaşmasını əsaslandırır, həm də təsdiqləyir
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Tarif Şurası: "Təkliflər hökumətə təqdim olunacaq"

Tarif Şurasından "Turan"a özəl şirkətlərin ictimai nəqliyyatda nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və qiymətlərə yenidən baxılması barədə müraciət etmələrini təsdiqləyiblər. Şuradan bildirildiyinə görə, Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırıb ki, bu sahədə rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumları və iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrup yaradılsın: "Qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq".

Bəs təkliflər hansı istiqamətdə gözlənilir? Hələlik, mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG