Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:41

Müharibədə həlak olan və yaralananların adıyla toplanan pullar: 'Dedim ki, balamın qanpuludur...'


İstintaq görüntüləri
İstintaq görüntüləri

"Yeni İctimai Nəzarət Şurası" adlı təşkilatın sədri Ramil Şükürov, onun müavini Koroğlu İbrahimov və təşkilatın daha iki üzvü Qarabağ döyüşlərində həlak olan, yaralananların adıyla dələduzluq etməkdə suçlanır. İddia olunur ki, onlar "şəhid və qazi ailələrinə yardım" adı altında ianələr toplayıb və mənimsəyib. Həmçinin müxtəlif işlər görməyə (musiqi məktəbinə direktor təyin etdirmək, tikilini daha bir mərtəbə qaldırmaq və s.) söz verib adamlardan rüşvət almaqda da ittiham olunurlar.

Amma onlar özlərini təqsirli bilmirlər, dələduzluq, yeyinti kimi ittihamlarla da razılaşmırlar. Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

"Prezidentin çağırışı ilə bunu yaratdıq"

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu vurğulayan Şükürov deyir ki, Prezident İlham Əliyevin çağırışı ilə 2021-ci ildə təşkilatı yaratmağa qərar verib. Buna qədər isə o, "Azpetrol"da, "Riad" mühafizə xidmətində işləyib.

O bildirir ki, bu cinayət işində zərərçəkmiş kimi adı keçənlərin əksəriyyətini tanımır. Tanıdıqları ilə bağlı da hadisələr ittihamda yazıldığı kimi olmayıb. Məsələn, Bakının mərkəzindəki obyektə əlavə üçüncü mərtəbə artırmaq istəyən Bəxtiyar Mirzəyevdən bu işi başqalarından xahiş edib düzəltdirmək üçün min manat aldığı iddia olunur. Şükürov isə deyir ki, aralarında obyekt söhbəti olub, amma bunun min manata dəxili yoxdur, çünki pulu Mirzəyev ona aztəminatlı ailələrə yardım adıyla verib: "Bəxtiyarın xahişi ilə obyekti artırmaq məsələsini Səbail rayon İcra Hakimiyyətindəki tanışımdan soruşdum. Dedi ki, bu işlərlə artıq Şəhərsalma İdarəsi məşğul olur. Bəxtiyara dedim, bildirdi ki, orada tanış olsa, 60 min verməyə hazırdır. Sonradan Elçin dedi ki, bu işi 135 minə elətdirə bilər. Bəxtiyar 100 min verməyə razılaşdı...".

Rey Kərimoğlu: 'Şəhid ailələrinə hər ay 1500-2000 manat verilməlidir'
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

"Bilirdik ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin adamıdır"

Təşkilat rəhbəri deyir ki, Bəxtiyar Mirzəyev pulu gətirməliydi. Onlar təyin etdikləri vaxtda görüşsələr də, 100 mini gətirməyib, cəmi min manat pul verib: "Dedi ki, bunu aztəminatlı ailələrə yardım üçün təşkilata verir, obyektin pulunu yaxın günlərdə gətirib verəcək. Amma gəlmədi, bəhanələr gətirirdi. Bir həftə sonra bizi həbs edib o min manatı da götürdülər".

Şükürov vurğulayıb ki, Mirzəyevin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin adamı olmasından şübhələnmişdi.

"Bunlar mənim balamın haqqını tapdalayıblar"

Digər təqsirləndirilən Koroğlu İbrahimov deyir ki, saxta ittihamla həbs edilib. Onun sözlərinə görə, həbsdə olduğu dövrdə baş vermiş cinayətdə suçlanır: "Mən necə dələduzluq eləmişəm ki, o hadisə baş verəndə həbsdə olmuşam? Kürdəxanıdakı istintaq təcridxanasından sorğu ilə cavab alsanız, görərsiniz ki, mən orada olmuşam. İki qardaşımın şəhid olmasını Abşeron məhkəməsi yüngülləşdirici hal kimi nəzərə aldı, mənə azadlığın məhdudlaşdırılması cəzası verib həbsdən buraxdı".

Müharibədən sonra veteranlar: 'Gərək pul verəsən ki...'
Gözlə

No media source currently available

0:00 0:05:49 0:00

Bu cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb. Onlardan ikisinin – Sevda Şıxıyeva Sevda Verdiyevanın övladları – Orxan Şıxıyev və Röyal Verdiyev 2020-ci ildə 44 günlük Qarabağ döyüşlərində həlak olub. Təqsirləndirilən İbrahimovun Verdiyevadan 6 min, Şıxıyevadan isə 5 min manat alıb onları aldatdığı iddia olunur.

"Bunlar mənim balamın haqqını tapdalayıblar. Dedim ki, Koroğlu, bu, mənim balamın qanpuludur. And içdi ki, mən şəhid anasını aldatmaram...", – Şıxıyeva belə deyib.

"Həmin pul istintaqın depozitində saxlanılır"

İbrahimov adları çəkilən hər iki qadından pul aldığını təsdiqləyib. O bildirib ki, onlara dəymiş ziyanın ödənilməsi üçün prokurorluğun depozit hesabına vəsait qoyulub: "Bu şəxslərdən iş görmək üçün pul almışdıq. Amma sonradan iş elə gətirdi ki, düzəlmədi. Mən onların pulunu müstəntiqə vermişəm. Həmin pul istintaqın depozitində saxlanılır".

Bu cinayət işi ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Bu işdə zərərçəkənlərə ümumilikdə 220 min manata yaxın ziyan dəydiyi iddia olunur. Təqsirləndirilən dörd nəfərə CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG