Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

İran millisinin məğlubiyyətini bayram edən iranlılar (Video)


Iran millisinin uduzmasına Tehranda belə sevinirlər
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

Iran millisinin uduzmasına Tehranda belə sevinirlər

Bəzi iranlılar özlərinin milli yığmasının ABŞ komandasına məğlub olmasını və nəticədə Dünya Kubokunu tərk etməsini sevinclə qarşılayıblar

Bəzi iranlılar özlərinin milli yığmasının ABŞ komandasına məğlub olmasını və nəticədə Dünya Kubokunu tərk etməsini sevinclə qarşılayıblar.

The Guardian yazır ki, oyundan əvvəl və oyun zamanı iranlı etirazçılar Qətərdəki stadionun qarşısında İrandakı soydaşlarına dəstək olaraq etiraz aksiyası keçirirdilər.

Qəzet yazır ki, Qətər hökuməti aralarındakı diplomatik münasibətlər 40 il əvvəl kəsilmiş iki ölkənin yığmaları arasında matç ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirmişdilər.

Məqalədə deyilir ki, İran komandası uduzduqdan sonra Məsih Əlinejad adlı istifadəçi Twitter-də bəzi videolar yerləşdirib və yazıb:

“İran insanların futbolu sevdikləri bir ölkədir. Amma indi iranlılar komandamızın ABŞ yığmasına məğlubiyyətini qeyd etmək üçün Sənəndəc şəhərinin küçələrinə çıxıblar”.

Əlinejad habelə polisdə ölmüş gənc qadın Məhsa Əmininin doğma Saqqız şəhərindəki atəşfəşanlığın videosunu post edib.

İranlılar komandanın məğlubiyyətini habelə kürdlərin kompakt yaşadıqları Mərivan şəhərində bayram ediblər.

Noyabrın 21-də polis bu şəhərdə etirazçılara atəş açıb.

Tehranda və Kürdüstan ostanının mərkəzi şəhəri Sənəndəcdə də İran millisinin məğlubiyyətini bayram ediblər.

Reuters xəbər verir ki, Dohada matçın keçirildiyi stadionu tərk edən azarkeşlər də İran hökumətinə qarşı şüarlar səsləndiriblər.

“Mollaların komandası”

Bu matçdan əvvəl Tehrandan telefonla danışan 21 yaşlı İlham deyib ki, o İran komandasının məğlubiyyətini istəyir, əks halda onun ABŞ üzərində qələbəsi rejim üçün “hədiyyə” olacaq.

O deyib ki, “bu mənim komandam yox, mollaların komandasıdır”.

Xəbər verilir ki, ikinci taymdan əvvəl bir qrup iranlı azarkeş “Məhsa Əmini” adının hərflərini başları üzərinə qaldırıb.

Təhlükəsizlik qüvvələri hərflərdən ibarət plakatları onların əllərindən alsa da, matça tamaşa etmələrinə icazə verib.

Reuters xəbər verir ki, matçdan sonra stadionun ətraflarında hakimiyyətyönlü İran azarkeşləri ilə iranlı etirazçılar arasında toqquşmalar baş verib.

İran komandası İngiltərə yığmasına 6-2 hesabı ilə məğlub olanda da etirazçılar Tehranın bir sıra yerlərində bunu bayram etmişdilər.

Bu da xəbər verilir ki, İran-ABŞ matçının ikinci taymından əvvəl Rusiyanın Pussy Riot qrupunun 5 üzvü üzərində “Qadın, Həyat, Azadlıq” sözləri yazılmış köynəklər geyinmişdi.

İranda etiraz və toqquşmalar davam edir, yeni itkilər var
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Qrupun üzvlərindən Nika Nikulşina Reuters agentliyinin müxbirinə deyib ki, onlar İran qadınlarını dəstəkləyirlər.

Reuters yazır ki, Qətər təhlükəsizliyinin əməkdaşları qrupu “nəzakətlə” stadiondan çıxarıblar.

XS
SM
MD
LG