Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:23

Çinin Huawei şirkəti Rusiyadakı filialını bağlayır


Çinin elektronika istehsalçısı Huawei Rusiyadakı Enterprise Business Group filialını bağlayıb.

Bu filial informasiya və kommunikasiya texnologiyaları sahəsində həllərin tapılması, korporativ müştərilər üçün məlumatların saxlanması ilə məşğul idi.

Bu barədə mənbələrə istinadən Kommersant qəzeti yazır.

Qəzet yazır ki, bu filialda 2000-dək işçi çalışırdı və onlara ya MDB ölkələrindən birinə keçirilmək, ya da işdən getmək təklif olunub.

Məqalənin mənbələrindən biri deyib ki, əməkdaşların çoxu işdən getmək barədə ərizələrini yazıb, amma ofis “nominal” olaraq saxlanacaq.

Şirkət bildirib ki, Ukraynada hərbi əməliyyatların dayandırılması təqdirində qayıtmağa hazırdır.

Mənbənin sözlərinə görə Huawei Rusiyadakı istehlak elektronikası və AppGallery mobil xidmətləri üçün tədqiqat mərkəzlərini saxlayacaq.

Huawei qərarını “dolayısı ilə sanksiya” təhlükəsi ilə izah edib, beləki şirkətin avadanlığından dövlət sektorunda istifadə oluna bilər.

“Paralel idxal” kömək etməyəcək

Mənbə qeyd edib ki, paralel idxal xətti ilə Rusiyaya gətirilmiş cihazların proqramları ilə bağlı məhdudiyyətlər ola bilər və buna görə də Huawei şirkətinin informasiya və kommunikasiya texnologiyaları bazarındakı fəaliyyəti getdikcə azaldılacaq.

Kommersant yazır ki, şirkət Rusiyada istehlak elektronikasının, məsələn smartfon, noutbuk və başqa məhsulların satış bazarını saxlayacaq.

Huawei şirkəti xəbər barədə heç bir şərh verməyib.

Qəzet yazır ki, Huawei şirkətinin korporativ sahədə satış və dəstək fəaliyyətini dayandırması nəticəsində avadanlığın alınması daha da çətinləşəcək, beləki “paralel idxal lazımi çeşid və sürətlə ayaqlaşmayacaq”.

Bunu Rusiya Mobil Telesistemlər şirkətinin vitse-prezidenti Pavel Voronin deyib.

O əlavə edib ki, Huawei şirkətinin məhsulları Rusiyada işləyir, onlara xidməti isə yerli şirkətlər də göstərə bilərlər.

Moskvanın Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəsi başlanandan sonra mindən çox xarici şirkət Rusiyanı tərk edəcəyini bildirib.

XS
SM
MD
LG