Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:20

YSK-nın ilkin açıqlaması: Ərdoğan qalibdir


Ərdoğan, 28 may 2023
Ərdoğan, 28 may 2023

Türkiyə Ali Seçki Şurasının(YSK) rəhbəri Ahmet Yener son açıqlamasında Rəcəb Tayyib Ərdoğanın qalib olduğunu bildirib. Onun dediyinə görə, Ərdoğan 52,14 faiz, Kamal Kılıcdaroğlu isə 47,86 faiz səs toplayıb.

Bu, açılan səsvermə qutularının 99,8 faizindən əldə olunan nəticələrdir.

***

Türkiyədə prezident seçkilərinin ikinci turunda səsvermə bitib və hazırda səslər sayılmaqdadır. Türkiyə xəbər agentlikləri ilkin, qeyri-rəsmi nəticələri açıqlamaqdadırlar.

Associated Press (AP) Dövlət Anadolu xəbər agentliyi yazır ki, Ərdoğanı 53%, rəqibi Kamal Kılıçdaroğlu isə 47% səs toplayıb.

Bu arada müxalifətə yaxın ANKA xəbər agentliyi isə Ərdoğan üçün 51%, Kılıçdaroğlu üçün isə 49% nəticə göstərib.

Türkiyə Ali Seçki Şurasının (Yüksek Seçim Kurulu) rəhbəri Ahmet Yenerin son açıqlamasına görə, səslərin 64,6 faizi sayılıb.

Ərdoğan İstanbulda avtobusun üzərində çıxış edib, səs verənlərə təşəkkürünü bildirib.

“Ölkəmizin hər bir üzvünə qarşıdakı beş il ərzində bu ölkəni idarə etmək məsuliyyətini bir daha mənə həvalə etdiyinə görə təşəkkür edirəm” deyib.

O, rəqibini uduzduğuna görə məsxərəyə qoyub, tərəfdarları fitə basarkən o, “bye bye bye, Kamal” deyib.

Daha sonra “Bu gün yeganə qalib Türkiyədir”, - deyə Ərdoğan bildirib.

Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

O çıxışı zamanı bir qədər əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ona zəng etdiyini deyib.

Azərbaycan prezitentinin mətbuat xidmətinin yaydığı məlumata görə, İlham Əliyev Ərdoğana zəng edərək onu prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Kamal Klıcdaroğlu çıxışında "mübarizəyə davam etdim və etməyə davam edəcəyəm" deyib. Amma o, Ərdoğanı təbrik etməyib.

İYİ Partinin başqanı Meral Akşener səsvermə sonrası çıxışında Ərdoğanı təbrik edib.

Ərdoğanı Avropa liderlərindən Fransanın prezitenti Emmanuel Makron təbrik edib. O, təbrik tvittini həm türkcə, həm də fransızca yazıb.

Onu ilk təbrik edənlər arasında Ermənistanın baş naziri Nikol Paşinyan da var.

Onun Ərdğana ünvanalan təbrikində "ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik"-deyə qeyd olunur.

***

Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Seçkinin ikinci turunda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla müxalifət lideri Kamal Kılıcdaroğlu mübarizə aparır.

Mayın 14-də seçkilərin birinci turu keçirilib. Namizədlərdən heç biri qalib gəlmək üçün lazım olan 50% səs toplaya bilməyib. Seçicilərin 49,5%-i Ərdoğana, 45%-i Kılıcdaroğluna səs verib.

Türkiyədə tarixi günlər: Ərdoğan növbəti dəfə prezident seçilə biləcək?
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Seçkidə 5 faiz səslə üçüncü olmuş millətçi namizəd Sinan Oğan ikinci turda öz tərəfdarlarını Ərdoğana səs verməyə çağırıb.

Mayın 28-də keçirilən ikinci tur seçkilər Türkiyə cümhuriyyət tarixinin ən gərgin seçkilərindən biri hesab olunur. Beləki Türkiyəki bu seçkilər ölkənin cənub-şərqində 50 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələnin nəticələri də daxil olmaqla bir sıra narahatlıqlar dövrünə təsadüf edib.

Ötən il Türkiyədə inflyasiya 80%-i keçib. Ərdoğanı tənqid edənlər onun yenidən seçiləcəyi təqdirdə ölkənin nəhayət avtokratiyaya çevriləcəyindən ehtiyat edirlər.

Kılıcdaroğlu Bakı yerinə İranı seçir: Türkiyədəki seçkilər Azərbaycana necə təsir edəcək?
Gözlə

No media source currently available

0:00 0:15:57 0:00

Kamal Kılıcdaroğlu seçki kampaniyası zamanı bəyan etmişdi ki, hakimiyyətə gəlsə, ölkdə “bir neçə illik dövlət repressiyasından sonra demokratiyanı dirçəldəcək” və Qərblə əlaqələri bərpa edəcək yeni məcraya yönəldəcək.

O, həmçinin Rusiya ilə dostluq münasibətlərini qoruyacağına söz verib, lakin seçkiyə bir neçə gün qalmış Kılıçdaroğlu Kremli seçki kampaniyasının gedişinə müdaxilə etməkdə ittiham edib.

XS
SM
MD
LG