Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Blinken: NATO Ukraynaya güclü dəstək paketi verəcək


Entoni Blinken
Entoni Blinken

NATO-nun baş katibi Yens Stoltenberq iyunun 1-də bəyan edib ki, Moskva Ukraynanın alyansın üzvü olmasının qarşısını ala bilməz.

Reuters yazır ki, NATO-nun iyulun ortalarında Vilnüsdə keçiriləcək sammiti ərəfəsində alyansa üzv ölkələr arasında Ukraynanın bu bloka qoşulması perspektivləri ilə bağlı fikir ayrılıqları var.

Bu fikir ayrılıqlarının aradan qaldırılmasına çalışan Stoltenberq deyib ki, “alyansın genişlənməsi üçün Moskvanın veto hüququnun olmaması fikri ilə bütün üzv ölkələr razıdırlar”.

NATO nazirlərinin Osloda keçirilən iclasında baş katib bəyan edib:

“Biz hərəkətdəyik. Müttəfiqlər razıdırlar ki, Ukrayna üzv olacaq”.

2008-ci ildə keçirilmiş sammitlərindən birində NATO müttəfiqləri Ukraynanın nəticə etibarilə alyans üzvü olacağına dair razılığa gəlmişdilər.

Lakin bunun ardınca proses dayanmış, Ukraynaya, məsələn üzvlük üçün hərəkət planı verilməmişdi. Bu sənəd Ukraynanın NATO üzvü olması üçün təxmini vaxt cədvəli müəyyən edə bilərdi.

NATO müttəfiqləri Vilnüs sammitində Ukraynaya çox böyük dəstək mesajı verməyə hazırlaşırlar.

Bununla belə Ukraynaya nə kimi bir dəstək verilməsinə dair də fikir ayrılıqları var.

“NATO-nun cavabını gözləyərkən iki dəfə müdaxiləyə məruz qalıb”

Kiyev və onun Şərqi Avropadakı yaxın müttəfiqləri Ukraynanın alyans üzvlüyünə yaxın gətirilməsi üçün konkret addımların atılmasını istəyirlər.

Lakin ABŞ və Almaniya başda olmaqla Qərb, alyansı Rusiya ilə birbaşa münaqişəyə çəkə biləcək addımlardan çəkinirlər.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib ki, Kiyev NATO-dan cavab gözlədiyi son 14 ildə iki dəfə hərbi müdaxiləyə məruz qalıb.

O deyib ki, Ukraynanı alyansa necə yaxınlaşdırmaq barədə oturub müzakirə etməyin vaxtı çatıb.

Estoniyanın xarici işlər naziri Marqus Tsakina isə bildirib ki, Kiyevə NATO üzvlüyü ilə bağlı möhkəm qarantiyalar verilməlidir:

"Ukraynanın ona NATO üzvlüyünə qəbul üçün növbəti addımlara dair yol göstərilməsinə ehtiyacı var”.

Habelə Stoltenberq Kiyevin Rusiyanın gələcək təcavüzündən müdafiəsi üçün təhlükəsizlik qarantiyaları çərçivəsinin yaradılmasına çağırıb.

Xankəndidə Kişinyov təşvişi: Qarabağdakı separatçılar Əliyevin ultimatumuna cavab verir
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Qərb müttəfiqlərinin narahatlığı

Almaniya və Lüksemburq isə Ukraynanın alyansa qəbulu ilə bağlı tələsik addımların riskləri barədə xəbərdarlıq ediblər.

Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib:

"NATO-nun açıq qapı siyasəti qüvvəsində qalır, lakin biz müharibənin içində olan yeni üzvlərin qəbulundan danışa bilmərik”.

Lüksemburqun xarici işlər naziri Jan Asselborn isə bildirib ki, Ukraynanın indiki şəraitdə üzvlüyə qəbulu Rusiya ilə müharibə deməkdir.

NATO ölkələri xarici işlər nazirlərinin Osloda keçirilən sammitini yekunlaşdırarkən ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ukraynaya alyansın Vilnüs sammitində “güclü dəstək paketi” veriləcək.

O bu paketin nədən ibarət olduğunu açıqlamayıb.

Kiyev Vilnüsdə keçiriləcək sammitdə alyans üzvlərindən Ukraynanın üzvlüyünə dair “prinsipial qərarların” qəbul edilməsini istəyir.

Ukrayna prezidenti Volodimir Zelenski iyunun 1-də Kişinyovda keçirilən Avropa sammitində deyib ki, onun ölkəsi NATO üzvlüyünə hazırdır, lakin bu qərar üzv ölkələr tərəfindən verilməlidir.

XS
SM
MD
LG