Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:19

Məktəbi əlaçı bitirənlərin 10 faizi imtahanda 200-dən az bal toplayıb


Bölgələrdə az qala hamı uşağını repetitor yanına göndərir
Gözlə

No media source currently available

0:00 0:06:24 0:00

Bölgələrdə az qala hamı uşağını repetitor yanına göndərir

Dövlət İmtahan Mərkəzi (DİM) ötən ilədək qəbul imtahanına dair statistik təhlilini yayımlayıb. Bəlli olub ki, Azərbaycanda orta məktəbi bitirənlərin böyük bölümü hələ də universitetə qəbul üçün tələb edilən minimum göstəriciyə nail ola bilmir. Ötən il birinci-dördüncü qruplarda qəbul imtahanına qatılan abituriyentlərin 16 faizi 100 baldan aşağı nəticə göstərib. 700 ballıq sistemdə 200-dən də az bal toplayanlarsa bütün abituriyentlərin 43 faizi olub. Başqa deyimlə, az qala, hər iki abituriyentdən biri 200-dən az bal yığa bilib. İmtahana qatılanların daha 22 faizinin topladığı bal 200-300 arasında olub. Abituriyentlərin 25.6 faizi 300-500, təxminən 10 faizi 500-dən çox bal toplayıb.

DİM abituriyentlərin topladığı balların ənənəvi "2", "3", "4", "5" qiymətləri ilə analogiyasını yaradıb. Həmin hesablamaya görə, 2022-ci ildə qəbul imtahanında iştirak edənlərin 42.8 faizi imtahandan "2" alıb. Bəzi bölgələrin göstəriciləri digərləri ilə müqayisədə daha çox pisdir. Siyəzən, Şabran, Ağsu, Xocalı, Beyləqan, Lənkəran, Xaçmaz, Sabirabad, Daşkəsən rayonlarının və Gəncə şəhəri məzunlarını təmsil edən abituriyentlərin 20 faizindən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub. Ölkə üzrə 100-dən aşağı bal toplayanların toplam abituriyent sayına nisbəti də öncəki iki illə müqayisədə yüksəlib.

100-dən az bal yığan əlaçılar

Abituriyentlərin məktəbi bitirdikləri göstəricilərə görə qəbul imtahanındakı nəticələri də maraq doğurur. DİM-in açıqladığı bilgilərdən aydın olur ki, ötən il orta məktəbi "əlaçı" kimi bitirmiş 149 abituriyent qəbul imtahanında 0-100 bal arası nəticə göstərib. Məktəbi əlaçı kimi bitirən daha 907 abituriyentin balı isə 100-200 aralığında olub. Beləcə, ötən il məktəbi əlaçı kimi başa vuran şagirdlərin təxminən 10 faizi qəbul imtahanında 200-dən aşağı nəticə göstərib. Məktəbi əlaçı kimi bitirən şagirdlərin cəmi 35 faizi qəbul imtahanında 500-dən çox bal toplaya bilib. Ancaq diqqətçəkən bir başqa bilgi də var: orta attestat balı 3.5 olan şagirdlərin altı nəfəri qəbul imtahanında 500 baldan yüksək nəticə göstərib.

Nəticələrin təhlili göstərir ki, özəlliklə coğrafiya fənnindən məktəb və qəbul imtahanlarındakı qiymətlər arasında uyğunsuzluq var. Coğrafiya fənnindən "5" alan abituriyentlərin 40 faizi qəbul imtahanında bu fənn üzrə sualların 20 faizindən azına cavab verə bilib. Daha bir diqqətçəkən göstərici isə odur ki, qəbul imtahanına qatılanların 23 faizi - 17 min abituriyent, ən azı, bir fəndən 0 bal toplayıb. Ayrı-ayrı fənlərə göz atınca üzə çıxır ki, ikinci qrup üzrə imtahan verən abituriyentlərin 22 faizi riyaziyyatdan 0 bal alıb. Üçüncü qrupda imtahan verənlərin 19 faizi coğrafiya fənnindən, birinci qrupda imtahana daxil olanlarınsa 15 faizi kimyadan eyni nəticəni göstərib. Dördüncü qrupda da abituriyentlərin ən çox 0 bal topladığı fənn kimya olub (9 faiz).

Lisey və digər məktəblər arasında fərq böyükdür

Azərbaycanda orta təhsilin keyfiyyəti tez-tez dartışılır. Əslinə baxılsa, abituriyentlərin təxminən yarısının minimum keçid balını toplaya bilməməsi ölkədə təhsilin yarıtmaz durumunu açıqca göstərir. Qəbul imtahanlarına dair statistik rəqəmlər də təsdiqləyir ki, ölkədə fəaliyyət göstərən lisey və orta məktəblər arasında ciddi fərqlər var. Rəsmi bilgiyə görə, qəbul imtahanlarındakı bütün fənlər üzrə ən yüksək nəticəni lisey məzunları göstərib. Bakıdakı digər məktəblərin orta göstəricisi ilə müqayisədə həmin göstərici 36 faiz daha yüksəkdir. Ölkənin bəzi rayonları ilə müqayisədə bu fərq daha da artır. Ancaq onu da nəzərə almaq lazımdır ki, adıçəkilən liseylərin əksəriyyətində təhsil pullu olduğundan belə təhsil ocaqlarının xidmətlərindən yararlanmaq heç də hər kəsə əlçatan deyil.

Ən yüksək qəbul faizi olan bölgələr

Açıqlanan bilgilər göstərir ki, məzunlar arasında ali təhsil ocaqlarına qəbul olunanların ən çox paya sahib olduğu bölgə Naxçıvan Muxtar Respublikasıdır. Ötən il Naxçıvan şəhərindəki məktəblərdən məzun olan 793 məzundan 62.4 faizi universitetlərə qəbul edilib. Bu, ölkə üzrə ən yüksək göstəricidir. Naxçıvan şəhəri ilə yanaşı, Şahbuz, Ordubad və Culfa rayonları da həmin göstərici baxımından ölkə üzrə ilk beşlikdədir. Ən yaxşı dördüncü nəticə isə Qubadlı rayonundadır. Ötən il Qubadlı məktəblərindən məzun olan 649 şagirdin 375-i (58 faizi) tələbə adını qazanıb.

Məzunların tələbə adı qazanması baxımından ən zəif nəticə Sabirabad rayonunda qeydə alınıb. Ötən il Sabirabad məktəblərindən məzun olan şagirdlərin cəmi 22 faizi ali təhsil ocaqlarına qəbul olub. Bu göstərici baxımından Qusar (24 faiz) və Şabran (26 faiz) rayonları da ən zəif göstəricisi olan üç rayon arasındadır.

XS
SM
MD
LG