Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:42

Prezident Mövlam Şixəliyevi general-mayor rütbəsindən məhrum etdi


Mövlam Şıxaliyev
Mövlam Şıxaliyev

Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.

Prezident İlham Əliyev bununla bağlı bu gün, iyulun 24-də sərəncam imzalayıb.

Habelə Mövlam Şixəliyevlə birgə keçmiş "MTN işi"ndə mühakimə edilən Sahib Ələkbərov və Yasin Məmmədovdan da “Vətən uğrunda” medalı alınıb.

Sərəncamda bu onların "məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Bakı Hərbi Məhkəməsinin təqdimatları" ilə əsaslandırılır.

Hələlik, sərəncama adı çəkilən şəxslər və onların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Onlar nədə ittiham edilirdi?

Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Həmin il sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində ona və vaxtilə MTN-də tabeliyində çalışmış daha üç polkovnikə - keçmiş şöbə rəisləri Yasin Məmmədov və Vüsal Ələkbərov, rəis müavini Sahib Ələkbərova hökm oxunub. Hökmə əsasən, Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Şıxəliyevdən başqa digər üç nəfər həbsdə deyildi. Onlar hökm oxunanda məhkəmə zalından həbs olunublar.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

Xatırlatma

Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv olunub. Bu fərmanla Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizlik Xidməti yaradılıb.Ondan sonra nazirliyin 20-dən çox yüksək rütbəli keçmiuş əməkdaşı müxtəlif ittihamlarla üzləşərək həbs ediliblər.

XS
SM
MD
LG