Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:40

Azərbaycan Qarabağda 'prezident seçkisi'ni təxribat sayır


“Bu qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır.”

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 8-də yaydığı açıqlamada yer alır. XİN Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə cari vəziyyət ilə əlaqədar brifinq keçirib. Brifinqlə bağlı məlumatda habelə qeyd edilib ki, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil.

Sabah, sentyabrın 9-da Qarabağda tanınmayan qurumun “parlamenti” “prezident” seçməlidir. Məsələ burasındadır ki, Qarabağ separatçılarının lideri Araik Arutyunyan (Araik Harutyunyan) avqustun 31-də "prezident" vəzifəsindən istefa verib. Bu barədə o, Facebook səhifəsində yazmışdı. Onun sözlərinə görə, istefa qərarını son həftələrdə daxili və xarici oyunçular, geniş ictimaiyyətlə qarşılıqlı əlaqələr əsasında bir neçə gün əvvəl qəbul edib.

Araik Arutyunyan
Araik Arutyunyan

"Bu, məndə olan məlumatlara və təhlillərin nəticələrinə əsaslanaraq tərəfimdən verilən balanslaşdırılmış qərardır", - Arutyunyan yazıb.

Azərbaycan XİN-in açıqlamasına, hələlik, Ermənistan rəsmiləri və Qarabağda tanınmayan qurumun təmsilçilərinin münasibəti bəlli deyil.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi 1988-ci ildə yaranıb. Bu münaqişə Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bununla belə vaxtaşırı istər Qarabağdan, istərsə də iki ölkənin sərhəddindən atəşkəs pozuntusua aid məlumatlar gəlir.

Tərəflər buna görə, birqayda olaraq bir-birlərini günahlandırırlar.

XS
SM
MD
LG