Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:45

'Qanuni oğru' və korrupsiyaçı məmurla əlaqələrinə görə 180 dövlət qulluqçusu işdən qovulub


Kamçı Kolbayev (solda) və Raim Matraimov
Kamçı Kolbayev (solda) və Raim Matraimov

Qırğızıstanda hüquq-mühafizə işçiləri tərəfindən öldürülmüş “qanuni oğru” Kamçı Kolbayev və gömrük rəisinin keçmiş müavini Raim Matraimovla əlaqələrinə görə son vaxtlar 180-dən çox dövlət qulluqçusu vəzifəsindən qovulub.

Bu barədə məlumatı AzadlıqRadiosunun Qırğız xidməti ölkə Dövlət Milli Təhlükəszilik Komitəsinə (DMTK) istinadla verib.

DMTK-nın versiyasına görə müxtəlif ranqlı 226 dövlət qulluqçusu məxfi şəkildə Kolbayev və Matraimovla əlaqədə olub.

DMTK bildirir ki, təkcə Qırğızıstan dövlət gömrük xidmətində 85 nəfər belə işçi aşkar edilib. Onlardan 76-sı vəzifələrindən kənarlaşdırlıb.

Kolbayevin öldürülməsi

DMTK ölkə Daxili İşlər Nazirliyində Kolbayev və Matraimovla bağlı 26 əməkdaşı aşkara çıxarıb. Onlardan 14 nəfəri işdən qovulub.

Qırğızıstan xüsusi orqanları bundan başqa yerli bələdiyyələrin 6 deputatının Kolbayevin mütəşəkkil cinayətkar qriplaşması ilə bağlı olduğunu müəyyənləşdiriblər. Onların hamısı mandatlarını təhvil verib. Yerli hakimiyyət orqanlarından 65 nəfər uzaqlaşdırılıb.

Bundan əvvəl Qırğızıstan Gömrük Xidmətinin Kolbayev və Matraimovla əlaqli olmaqda şübhəli bilinən 58 əməkdaşının işdən çıxarıldığı xəbər verilmişdi.

Kamçı Kolbayev oktyabrın 4-də Bişkekdə aparılmış əməliyyat zamanı öldürülüb. O DİN-in siyahısında mütəşəkkil cinayətkar qruplaşma başçısı kimi qeydiyyatda idi.

ABŞ Dövlət Departamentinin məlumatı

ABŞ Dövlət Departamentinin məlumatına görə bu kriminal şəbəkə narkotiklərin, silahların və adamların ticarəti və reketlə məşğul olub. Bu da deyilir ki, sözü gedən cinayətkar qruplaşma bir neçə Avrasiya kriminal qruplaşmasından ibarət “Bratski kruq” şəbəkəsinə daxildir.

Krımınal avtoritetin, onun qohumlarının vəı yaxınlarının 850 daşınmaz əmlaka – malikanələrə, koteclərə, elit ev klublarına, tikilməkdə olan binalardakı mənzillərə, istirahət mərkəzlərinə, restoranlara, torpaq sahələrinə, atçılıq tövlələrinə və ovlaqlara sahib olduqları bildirilir.

DMTK bildirir ki, Kolbayevin mülkiyyətinin bir hissəsi qanunsuz olaraq dövlət mülkiyyətindən çıxarılıb və faktiki olaraq sahibkarların əllərindən alınıb.

Komitə bildirir ki, bu əmlakın bir hissəsinin dövlət mülkiyyətinə və zərərçəkənlərə qaytarılması prosesinə artıq başlanıb.

Kolbayevin “kriminal imperiyası”

DMTK bildirir ki, Kamçı Kolbayev “planlı və məqsədyönlü şəkildə” özünün “kriminal imperiyasını” yaradır, bu ona qanunsuz olaraq varlanmaq və dollar milyardçısına çevrilmək imkanı verirdi.

Bu da xəbər verilir ki, istintaqın gedişində cinayətkar qruplaşmanın reket yolu ilə ələ keçirilən əmlak və aktivləri leqallaşdıran 40-ədək fəal üzvü saxlanıb.

Onlar habelə bir çox ağır cinayətlərin törədilməsində şübhəli bilinirlər.

AzadlıqRadiosu yazır ki, Qırğızıstanda müstəqil jurnalistlər bir xeyli müddətdir Kolbayevin keçmiş gömrük rəis müavini Matraimovla əlaqələrindən bəhs edirdilər.

Jurnalistlər habelə yazırdılar ki, gömrük orqanlarında kriminal avtoritetlərin qohumları çalışırlar.

Məsələn məlum idi ki, Matraimovun ailəsi İssık-Kul gölü sahilində Kolbayevə məxsus qapalı kurortda istirahət edirdi.

XS
SM
MD
LG