Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:31

Ukraynaya F-16 qırıcıları üçün qanadlı raketlərin verilməsi məsələsinə baxılır – Qərb mediası


Polşada keçirilən sərgidə JASSM raketinin maketi
Polşada keçirilən sərgidə JASSM raketinin maketi

ABŞ hökuməti Ukraynaya F-16 qırıcıları üçün JASSM qanadlı raketlərinin verilməsi məsələsinə baxır.

Politico bu barədə məlumatı ABŞ prezidenti administrasiyasındakı məmura və müzakirələrin gedişi ilə tanış olan daha iki mənbəyə istinadla verib.

Administrasiya məmuru bildirib ki, bu istiqamətdə hələ çox iş görülməlidir, çünki Kiyevin sovet təyyarələrinin və F-16 qırıcılarının bu raketləri 370 kilometr məsafəyə ata biləcəyindən əminlik olmalıdır.

Məmur bildirib ki, son qərar hələ qəbul olunmayıb.

Politico yazır ki, bir qrup Konqres üzvü prezident administrasiyasından Kiyevin Rusiya ərazisini ABŞ silahları ilə vurmasına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması zərurətinə inandırmağa çalışır.

Kiyevə 79 ədəd F-16 qırıcı təyyarəsi vəd olunub. Təyyarələrin ilk partiyası Ukraynaya iki həftə əvvəl çatdırılıb.

The Telegraph qəzetinin məlumatına görə bu təyyarələr artıq ilk döyüş əməliyyatı uçuşlarını ediblər.

Qırıclar “göy-göy” raketləri ilə hava hücumundan müdafiə məqsədilə atəş açıblar.

Son dərəcə dəqiq raketlər

The Wall Street Journal mənbələrə istinadla yazır ki, Vaşinqton Kiyevə “göy-göy” tipli AIM-120C-8 AMRAAM və AIM-9X raketləri, habelə “göy-yer” tipli antiradar AGM-88 HARM raketləri verməyi planlaşdırır.

Qəzet yazır ki, Ukraynaya F-16 təyyarələri üçün başqa “müasir silahlar” da veriləcək.

“Göy-yer” tipli JASSM (Joint Air-to-Surface Standoff Missile) raketləri yüksək vuruş dəqiqliyi ilə fərqlənir.

Lockheed Martin şirkətinin məlumatına görə bu raketlərin vurma məsafəsi 926 kilometrə çatır, döyüş başlığının çəkisi isə 450 kiloqramdır.

Hazırda JASSM raketləri Polşa, Avstraliya və Finlandiya ordularının istifadəsində var. Belə raketlərin alınması üçün Yaponiya və Niderland da saziş imzalayıblar.

Britaniyanın öz mövqeyi

Bu arada Britaniyanın Times qəzeti yazır ki, London məxfi qaydada müttəfiqlərini Ukrayna ordusuna onun istehsalı olan Storm Shadow qanadlı raketləri ilə Rusiya ərazisinin vurulmasına icazə verilməsinə çağırır.

Britaniyanın Moskvadakı keçmiş hərbi attaşesi Con Forman deyib ki, bu raketlər Rusiya hakimiyyət dairələrində vahimə yaradır, çünki onlarla hərbi komandanlıq mərkəzlərini və digər əsas obyektləri vurmaq mümkündür.

Qərb ölkələri hələ ki, Ukraynaya Storm Shadow raketləri ilə Rusiya ərazisinə zərbələr endirmək icazəsi verməyiblər.

Bu mənada Britaniyanın rəsmi mövqeyi də dəyişməyib. London hesab edir ki, Ukrayna Rusiya zərbələrinə Britaniya raketləri ilə lazım bildiyi şəkildə cavab verə bilər.

XS
SM
MD
LG