Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:41

Fikrət Qoca. Süzen D"ark və ya məhəbbət piri (2)


əvvəli

Qə­fər ki­şi Əş­rə­fi "Gü­nəş­li"­nin qa­pı­sın­da qar­şı­la­dı.
- Xoş gəl­din. Az qa­la ümi­di­mi üzür­düm.
- Ge­cə çox gec yat­dım. Sə­hər də gec oyan­dım. Bir az lən­gi­dim. Ba­ğış­la­yın.
- Al­lah ba­ğış­la­sın. Yox, is­ti­ra­hət evi­nə yox, ya­xın­da ba­la­ca bağ var, xud­ma­ni bir yer­di, gö­zəl ye­mək­lər ve­rir­lər. Sə­nin iki oxu­cun, mə­nim dost­la­rım otu­rub bi­zi göz­lə­yir. Ge­dək.
Bir müd­dət ya­na­şı ad­dım­la­dı­lar. Sü­ku­tu Əş­rəf poz­du:
- Sə­ni gör­düm, uç­dum o il­lə­rə. Sən­dən kən­di­mi­zin ət­ri­ni al­dım.
- Ona gö­rə ya­ta bil­mə­din.
- Yox! Əs­lin­də, hə... o il­lə­ri xa­tır­la­dım. Az şey ya­dım­da qa­lıb.
- Uşaq idin axı.
- O qı­zın kən­di­mi­zə ilk gə­li­şi ya­dım­da­dı. Mi­li­so­ner Mus­ta­fa gə­tir­miş­di.
- Düz de­yir­sən. Mi­li­so­ner gə­tir­miş­di. Sən har­dan gör­dün onu? Uşaq idin axı.
- Biz uşaq­lar­la ida­rə­nin hə­yə­tin­də di­rə­döy­mə oy­na­yır­dıq. O qır­mı­zı qı­zın uça-uça gəl­di­yi­ni gö­rüb oyun ya­dı­mız­dan çıx­dı.
- Ya­dı­nız­dan çı­xar­dı... Əl­bət ki, çı­xar­dı. Kən­di­miz o qız gə­lən­də ağ-qa­ra ki­no idi. O qız kən­də gə­lən an­dan ol­du rəng­li ki­no.
- Nə gö­zəl de­din, Qə­fər əmi?!
Qə­fər ki­şi şü­şə­bən­di gös­tər­di. İçə­ri keç­di­lər. Sto­lun üs­tü­nə su, li­mo­nad, bir araq, bir də ça­xır qo­yul­muş­du. So­yuq ye­mək­lər dü­zül­müş­dü. Dörd adam­lıq çən­gəl, bı­çaq, boş­qab sə­li­qə ilə dü­zül­müş­dü. On­la­rı gö­rüb stol ar­xa­sın­da­kı­lar aya­ğa qalx­dı.
- A ki­şi­lər, gə­lin da... Si­zi göz­lə­mək­dən so­yuq ye­mək­lər üşü­dü.
Bu­nu de­yən arıq, uzun, pa­na­ma­lı bir ki­şi idi.
- Ta­nış olun. Sol­tan müəl­lim­di. Uzun il­lər ra­yon­lar­da üçün­cü ka­tib, ikin­ci ka­tib, bi­rin­ci ka­tib iş­lə­yib. Bu və­zi­fə­lər­dən ona ba­şın­da­kı pa­na­ma­dan baş­qa heç nə qal­ma­yıb. İn­di tə­qaü­dü də ona gö­rə az­dır ki, hö­ku­mət iş­çi­si ol­ma­yıb. Bu da Hə­zi müəl­lim­di, 81 ya­şı var, hə­lə də aka­de­mi­ya­da ki­çik el­mi iş­çi sa­yı­lır.
Hə­zi müəl­lim aşı­lan­mış köh­nə fo­to­ ne­qa­ti­vi­nə ox­şa­yır­dı. Bığ ağ, qaş­lar ağ, saç ağ, sir-si­fət qap­qa­ra. Gü­lüb Əş­rə­fə bax­dı.
- Bu o de­mək­di ki, mən gənc ki­çik el­mi iş­çi­yəm. Əş­rəf müəl­lim bu imiş? Ya­zı­la­rı­na gö­rə mən saq­qa­lı, bı­ğı ağar­mış, öyüd-nə­si­hət ve­rən bir qo­ca göz­lə­yir­dim. Əy­lə­şin.
- Sol­tan müəl­li­min bir sö­zü var. De­yir, stol­da so­yuq qəl­ya­nal­tı­lar ada­mı üşüt­mə­sin de­yə, gə­rək bir şey­lə qız­dı­ra­san. Çay­la, ça­xır­la, yox­sa qa­çay­la, - de­yib Qə­fər ki­şi gül­dü.
- Qə­fər əmi, qa­ça nə­di?
- Qo­ca ki­şi­lə­rik, çay de­yə bi­li­rik, ça­xır da de­mək olur, am­ma araq de­yən ki­mi ha­mı ya­şı­mı­za, ba­şı­mı­za ba­xır.
Əş­rəf bu­ra gəl­diyi­nə ar­tıq peş­man ol­muş­du. Ona elə gəl­di ki, əlif­ba­sı­nı ta­nı­ma­dı­ğı ka­ğız­lar sax­la­nan köh­nə bir ar­xiv­də idi. İn­di han­sı bə­ha­nə ilə bu­ra­dan can qur­ta­ra­ca­ğı­nı fi­kir­lə­şir­di. Sol­tan müəl­lim xid­mət­çi oğ­la­na əl elə­di.
- Gə­tir ye­mək­lə­ri, - de­di. Özü­nü stul­da ra­hat­la­dı, ba­şın­dan pa­na­ma­nı çı­xart­dı, - qoy ara­mız­da ör­tü­lü heç nə qal­ma­sın, - əli­ni daz ba­şı­na çək­di, - qar­da­şoğ­lu, bu şlya­pa­nı nə kef­dən qo­yu­ram, nə də zi­ya­lı­lı­ğı­mı gös­tər­mək üçün. Ke­çə­li­mi gör­mə­sin­lər de­yə qo­yu­ram. Biz, bə­zən, göz yaş­la­rı­mı­zı giz­lət­mək üçün gü­lü­rük. Gö­zü­nə dön­dü­yüm so­vet qu­ru­lu­şu bi­zi sıx­dı, şi­rə­mi­zi çək­di, hə­rə­mi­zə bir-iki ma­nat tə­qaüd kə­sib bi­zi sil­di ora­sı­na, at­dı ya­na.
Qə­fər ki­şi na­ra­zı­lıq­la ba­şı­nı bu­la­dı.
- Eh... Sol­tan müəl­lim, sən Al­lah, yax­şı, qoy gö­rək.
- Bu­nun ha­ra­sı­dı yax­şı. Düz otuz il­di hər il bu ay­da, bu yer­də gö­rü­şü­rük, din­cə­li­rik. Əs­lin­də, bu bir oyun­du. Tək­lik­dən, kim­sə­siz­lik­dən bo­ğu­lub öl­mə­mək üçün bi­zim qur­du­ğu­muz bir oyun­du. Bur­dan ge­dən­dən son­ra on bir ay bu bir ay üçün, bu gö­rüş üçün ha­zır­la­şı­rıq, pul yı­ğı­rıq. Bu­ra gəl­mək üçün ya­şa­yı­rıq. Bur­da da baş­layı­rıq "mən bi­rin­ci ka­tib olan­da be­lə elə­dim, he­lə elə­dim". Hə­zi müəl­lim de­yir ki, "el­mi kəş­fim var­dı, de­di­lər öz adı­nın yu­xa­rı­sın­dan bi­zim adı­mı­zı yaz­san ke­çər, yaz­ma­dım, keç­mə­di". Qə­fər müəl­lim de­yir, mən ta­rix dər­si de­yən­də otaq­da mil­çək uç­sa sə­si eşi­di­lər­di.
- He­lə­di, mən tə­lə­bə­si­yəm, təs­diq eli­yi­rəm, he­lə­di.
- Mən o dərs­lə­ri­mə gö­rə sən­dən üzr is­tə­yi­rəm. Mən si­zə o adam­la­rın ki­tab­la­rı əsa­sın­da dərs de­mi­şəm ki, in­di gö­rü­rəm bu mil­lə­tin ən qa­tı düş­mə­ni on­lar imiş.
Xid­mət­çi ka­bab­la­rı gə­tir­di.
- Gəl da, gəl çıx da, bu baş­qa mə­sə­lə.
Hə­zi ki­şi gü­lüm­sün­dü, ağır-ağır dil­lən­di:
- Sol­ta­nın qə­zəb­li söh­bə­ti qar­nı­nın ac­lı­ğın­dan­dı. Ka­ba­bı gö­rən ki­mi üzü gül­dü, - Hə­zi da­nı­şan­da ada­ma elə gə­lir­di onun yu­xu­su gə­lir və ya­xud yu­xu­da da­nı­şır. Sözara­sı ha­va­da­ca ka­bab­dan bir ti­kə gö­tü­rüb di­şi­nə çək­di. Onun bur­nu da, iri qa­ra do­daq­la­rı da sü­mük­süz qa­ra ka­bab ti­kə­si­nə ox­şa­yır­dı. Əş­rəf bo­ka­lı­na su tök­dü, bir qur­tum iç­di. Sol­tan müəl­li­min üzü­nə bax­dı.
- Mən­nən gö­rüş­mək də, yə­qin, si­zin oyu­nun bir his­sə­si­di.
- Ay Əş­rəf, o nə söz­dü? Sən Qə­fər əmi haq­qın­da be­lə fi­kir­də­sən?
- Sol­tan müəl­li­min sö­zün­dən he­lə çıx­dı.
Hə­zi yu­xu­dan ayı­lıb ud­qun­du.
- Yooox, - de­di, növ­bə­ti ti­kə­ni çey­nə­mə­yə baş­la­dı.
Sol­tan özü­nə araq süz­dü.
- Mən əl­li vu­ra­cam. Əziz Əş­rəf, elə he­sab elə ki, bu oyu­nun bir his­sə­si­sən. Axı, adam işi ca­van­lı­ğın­da gö­rür, son­ra gör­dü­yü iş­lər­dən da­nı­şır. Sə­nin bö­yük is­te­da­dın var. Mə­qa­lə­lər, rəy­lər, hət­ta lap bu gün üçün prob­le­ma­tik mə­sə­lə­lə­rin araş­dı­rıl­ma­sı­na yö­nə­lən ma­te­rial­lar cid­di ya­ra­dı­cı­lıq de­yil. İs­te­dad əsə­ri de­yil. Nə qə­dər ki ca­van­san, otur bə­dii əsər yaz.
- Har­da otu­rum? Bir az­dan qırx ya­şım ola­caq, hə­lə evim yox­du. Ki­ra­yə­də ya­şa­yı­ram. Yaz­maq o ya­na, heç ev­lə­nə bil­mi­rəm. "Otur, yaz" de­mək asan­dı, har­da otu­rum?
- Adam ya­zan­da har­da ol­sa otu­rub ya­zır. Ya­zır, ad-san qa­za­nır. Özü­nü sü­but elə­yir. Son­ra evi də olur. Ev­lə­nir də. Bax da bi­zə, bi­zim öm­rü­müz kü­lə­yə ve­ril­miş kü­ləş ki­mi, sa­man ki­mi sov­ru­lub ge­dib.
- Sol­tan müəl­lim, - Əş­rəf ona ba­xıb gü­lüm­sün­dü, - de­yə­sən siz be­lə şey­lər­lə məş­ğul ol­mu­su­nuz.
- Nə giz­lə­dim, ça­lış­mı­şam ya­zım, alın­ma­yıb. Ge­cə­lər­lə yat­ma­mı­şam, yaz­mı­şam, sə­hər oxu­yub gör­mü­şəm adam di­li de­yil. Cüm­lə­lər do­la­şıq. De­mək is­tə­di­yi­mi ya­zı ilə ifa­də elə­yin­cə ge­dib o dün­ya­nı gö­rüb gə­lir­dim.
Əş­rəf gü­lüb ona bax­dı.
- Ba­ğış­la­yın, o dün­ya ne­cə­di?
Sol­tan elə bil bu sua­lı göz­lə­yir­miş, gü­lüm­sün­dü.
- Ey­niy­nən bur­da­kı ki­mi, ağ­la­ma­ya­na mə­mə yox­du. Or­da da yal­taq­la­rın, yal­ma­nan­la­rın işi xod ge­dir. Kim ki, Al­la­hın ətə­yin­dən ya­pı­şıb, ona tə­rif de­yir, ge­cə-gün­düz ona yal­va­rır, yal­taq­la­nır, yal­ma­nır, Al­lah da ba­ğış­la­yan­dı. Bun­lar ki­mi bic de­yil axı.
Qon­şu stol­da otu­ran bir nə­fər əl çal­dı.
- Ha­lal ol­sun sə­nə, ağ­saq­qal. Lap Qu­ran ayə­si ki­mi düz söz de­yir­sən.
- Sağ ol, ba­la, - de­di. Sus­du, diq­qət­lə Əş­rə­fə bax­dı. Bir az da ona tə­rəf əyi­lib , as­ta səs­lə dil­lən­di - hər yer­də, hə­mi­şə bir qu­laq asan ta­pı­lır, - sə­si­ni ye­ni­dən qal­dır­dı, - sən də ba­la­ca ba­la de­yil­sən. Söz az­dır­ma­ğı yax­şı ba­ca­rır­san. Onu de­yir­dim axı. Əsər yaz­maq çox ağır iş­di. Sə­nin ya­zı­la­rın­da rə­van dil var. İd­dia­sız, azad, sər­bəst ya­zı üs­lu­bun var. Bu, Al­lah pa­yı­dı. Qo­ca­lan­da bu hü­nər, bu güc qal­ma­ya­caq, in­di yaz. Sən özün üçün oyun qur­mu­san, özü­nə kə­lək gə­lir­sən. "Evim yox­du, ev ki­rə­si üçün ya­zıb pul qa­zan­ma­lı­yam". Çün­ki bun­la­rı yaz­maq asan­dı. Əsər yaz­ma­ğa otur­maq, zəh­mət çək­mək, hər çə­tin­li­yə qat­laş­maq la­zım­dı. İn­di mən­dən in­ci­yir­sən.
- Yox, yox, qə­tiy­yən in­ci­mi­rəm.
- İn­ci­yir­sən. Am­ma mə­nim bu de­dik­lə­rim sə­ni köl­gən ki­mi iz­lə­yə­cək. Qu­la­ğın­da, bey­nin­də səs­lə­nə­cək. Bur­dan du­rub qa­ça bi­lər­sən, özün­dən ha­ra qa­ça­caq­san?
- İca­zə­niz­lə, Qə­fər müəl­lim, mən də bir az içim. Heç ol­ma­sa bir qə­dəh, bu söh­bət bo­ğa­zım­dan araq­sız keç­mir.
- Axı­rı ki, mət­ləb üs­tü­nə gəl­dik. Hə­rə­yə bir az sü­zün. İyir­mi il­di araq iç­mi­rəm, am­ma in­di içə­cəm. Sə­nin şə­rə­fi­nə, qar­da­şoğ­lu.
- Qə­fər əmi, ica­zə ve­rin, si­zin ki­mi dos­tun sağ­lı­ğı­na içim. Mə­nə qal­sa, in­san­la­rı ya­şa gö­rə yox, ru­hu­nun qo­ca­lı­ğı­na gö­rə tə­qaü­də çı­xa­rar­dım. Kim ax­ta­rıb ta­pa bi­lir­sə, o da ca­van­dı. Siz mə­ni tap­mı­sı­nız, siz mən­dən ca­van­sı­nız. Si­zin şə­rə­fi­ni­zə.
Az son­ra on­la­rın ara­sın­da yaş fər­qi gö­tü­rül­müş­dü. Za­ra­fat­lar, lə­ti­fə­lər işə düş­müş­dü. Ara­da Əş­rəf:
- Qə­fər müəl­lim, o qız kən­də gə­lən­də siz də ida­rə­nin qa­ba­ğın­da idi­niz?
- Hə, biz hər ax­şam or­da olur­duq.
- Elim dox­dur mi­li­so­ne­ri yo­la sa­lan­da pul ver­di Ma­nat Mus­ta­fa­ya, Mus­ta­fa da onun qu­la­ğı­na nə­sə pı­çıl­da­dı. Dox­du­run gö­zü bə­rə­lə qal­dı. Nə de­miş­di?
- De­yi­rəm da... Hə­zi, bu, bir əl­cə uşaq idi. İda­rə­nin hə­yə­tin­də uşaq­lar­la oy­na­yır­dı. Gör nə­yi mü­şa­hi­də elə­yib və ya­dın­da bu gü­nə ki­mi sax­la­yıb. İs­te­dad bu­du, heç kə­sin əhə­miy­yət ver­mə­di­yi­ni, heç kə­sin gör­mə­di­yi­ni gö­rə­sən. Gör­dün, Sol­tan ki­şi?
- Çi­na­rı bir yar­pa­ğın­dan da ta­nı­maq olur. Ha­va­yı ye­rə onun hiss­lə­ri­ni cır­maq­la­mır­dım. Bax­ma, bu lə­lə­şin də ha­va­yı ye­rə par­ti­ya mək­tə­bi keç­mə­yib ki?
- Qə­fər əmi, mi­li­so­ner nə de­miş­di? Bil­miş olar­sız.
- Mən bil­mə­yə­nə qurd duşər. Bi­li­rəm. Bir ar­xa­yın vaxt­da bu söh­bə­ti da­vam eli­yə­rik.
- On­da kən­də qa­yıt­maz­dan əv­vəl bir də gö­rü­şək.
- Bəl­kə, sən kən­də gə­lə­sən. Mək­təb­də gö­rüş ke­çi­rək.
- Mən ney­lə­mi­şəm ki, gö­rüş də ke­çi­rək.
- Elə­mi­sən. Am­ma da­ha çox şey elə­yə bi­lər­sən. Əsas odur ki, uşaq­lar öz­lə­ri­nə ina­na­caq. Bi­lə­cək­lər ki, bu kənd­də do­ğu­lub, bu mək­təb­də oxu­yub, ge­dib Ba­kı­da qə­zet­də ça­lış­maq, əsər yaz­maq, te­le­vi­zi­ya­da çı­xış elə­mək olar. Uşaq­la­rın özü­nə ina­mı ar­tar.
- Gə­lə­rəm.
- Sən gəl, gör sə­nin ya­ra­dı­cı­lı­ğı­nı ne­cə bi­lir­lər. Həm də o mə­sə­lə­lə­ri da­nı­şa­rıq. Çox ma­raq­lı ma­te­rial var. Ağa­səf mə­nim da­yım oğ­lu idi. O qı­zın eş­qin­dən də­li ol­du. Bu mə­sə­lə­də mə­nim də gü­na­hım var.
A­ğa­səf­dən ya­dım­da qa­lan onun ge­cə-gün­düz oxu­ma­sı idi. Oxu­du­ğu da yal­nız bu idi:
- Sü­sən, sün­bül bi­tir­mi­şəm,
Mən ya­rı­mı itir­mi­şəm,
A ba­lam, itir­mi­şəm.
- Qə­fər əmi, müt­ləq gə­lə­rəm.

* * *

Bu gö­rüş­dən ne­çə gün keç­di­yi­ni də­qiq de­yə bil­mə­rəm. Əş­rəf re­dak­si­ya­da köh­nə iş re­ji­mi­nə tə­zə qa­yı­dır­dı. O gö­rüş Əş­rə­fin için­də hər şe­yi alt-üst elə­miş­di. Bir ne­çə gün re­dak­si­ya­da özü­nü üs­yan­kar gənc şa­ir ki­mi apar­dı, da­laş­dı, de­yin­di. Mü­ba­hi­sə­lər elə­di, yo­rul­du, sa­kit­ləş­di. Hər qə­ze­tin mət­buat alə­min­də öz mər­tə­bə­si var. Əş­rəf də, nə­ha­yət, iş­lə­di­yi qə­ze­tin mər­tə­bə­si­nə qa­yıt­dı. Öz ye­rin­də otur­du. İti zən­cir­də çox sax­la­yan­da açan ki­mi baş gö­tü­rüb qa­çır. Məq­səd­siz, mət­ləb­siz, yö­nü ha­ra düş­dü, ora qa­çır, qa­çır, yo­ru­lur. Axır­da qa­yı­dır bağ­lan­dı­ğı ye­rə. Hər bir ya­ra­dı­cı in­sa­nın için­də he­lə bir zən­ci­ri var. Ya onu za­man-za­man açıb bu­rax­maq la­zım­dır, ya da ara­da zən­ci­ri­ni qı­rıb qaç­ma­lı­dır. Ha­va­sı alı­nın­ca atı­lıb-düş­mə­li, ta­ley­lə gü­ləş­mə­li­dir. Yox­sa ru­hu zən­cir­də ha­va­sız­lıq­dan bo­ğu­lar, ölər. Yə­ni, son­ra zən­ci­ri­ni açan­da da qaç­maz. Bu da son de­mək­di.
Əş­rə­fi ca­van­lar yaş­lı sa­yır­dı, yaş­lı­lar - ca­van. Öm­rün ve­yil də­rə­sin­də idi. Ona gö­rə özü­nün son vaxt­lar ha­va­sız­lıq­dan bo­ğul­du­ğu­nu da hiss et­mir­miş. Bu gün­lər ər­zin­də elə bil gö­zü açıl­mış­dı. Bey­ni yu­yul­muş­du. Yün­gül­ləş­miş­di. Al­lah, Al­lah, nə qə­dər gö­zəl qız­lar var­mış bu şə­hər­də?! Qız­lar ne­cə gö­zəl­lə­şib! Yol yan­la­rın­da, bağ­lar­da, xi­ya­ban­lar­da nə qə­dər gül-çi­çək var­mış. Mu­si­qi­li, mu­si­qi­siz fəv­va­rə­lər, yol­lar, kör­pü­lər, işıq­lar... Bu gün­lər Əş­rəf elə bil ta­nı­ma­dı­ğı, gör­mə­di­yi bir gö­zəl şə­hə­rə gəl­miş­di. Çox­dan oxu­du­ğu bir şei­ri ürə­yin­də tez-tez tək­rar edir­di:
­Ax­şam bü­tün yol­lar bi­zim evə ge­dir,
Sə­hər, bi­zim ida­rə­yə.
Düş­mü­şəm be­lə bir dai­rə­yə,
ya­şa­yı­ram.
Öm­rü­mü yük­lə­mi­şəm av­to­bus­la­ra,
Sə­hər ida­rə­yə, ax­şam evə da­şı­yı­ram.
Bir gün göz yu­mub za­ma­na,
bu­ru­la­ram ya­na-ya­na.
Ba­şım üs­tə ma­vi sə­ma,
Si­nə­min üs­tə bir to­pa çi­çək,
Ar­xa­da ye­tim qal­mış xa­ti­rə­lər...
Xa­tır­la­yar­lar...
de­yər­lər...
Əş­rəf­də be­lə şey­lər olur. Bir də gö­rür­sən bir mah­nı­dan bir bənd ürə­yin­də, bey­nin­də ili­şib öz-özü­nə səs­lə­nir. Xü­su­si­lə, bir xalq mah­nı­sın­dan bu his­sə:
Mən gəl­mi­şəm sə­nə qo­naq,
Cey­ran, mə­nə bax, bax.
Mə­nə bi­şir bir qay­ğa­naq,
Cey­ran, mə­nə bax, bax.
Qay­ğa­naq mə­sə­lə­sin­də onu gül­mək tu­tur­du. Mah­nı­nı ürə­yin­də oxu­du­ğun­dan adam ara­sın­da yer­siz gü­lü­şü­nə bə­ha­nə tap­ma­yıb hər­dən özü gü­lünc və­ziy­yə­tə dü­şür­dü. "Mə­həb­bə­tin bu ya­nıq­lı ye­rin­də qay­ğa­naq har­dan çıx­dı or­ta­ya? Xalq ya­ra­dı­cı­lı­ğın­da tə­fək­kür tər­zi göz­lə­nil­məz və sürp­riz­lər­lə do­lu­dur. Nə­nəm de­yər­di, dır­na­ğı­nı kəs­din, ye­rə bas­dır. Yox­sa şey­tan ta­par, dır­na­ğın­dan özü­nə qı­lınc dü­zəl­dər. Bü­tün pis­lik­lə­ri şey­ta­nın boy­nu­na atan xalq gör şey­ta­nı nə qə­dər ki­çik bir şey tə­səv­vür edir". Qa­pı­nın dö­yül­mə­si Əş­rə­fi fi­kir­dən ayır­dı.
- Gə­lin, bu­yu­run, - de­di.
Qa­pı ara­lan­dı. Gir­də bu­run, bur­nu­nun al­tın­da ya­nıb qa­ral­mış iki ka­bab ti­kə­si­nə ox­şa­yan do­daq­lar, ağ bığ­lar, ağ qaş­lar, ağ saç­lar, pa­rıl­da­yan qa­ra göz­lər ona ba­xır­dı. Elə bil qa­pı­nın ara­sın­dan yox, su­dan çı­xıb ba­xır­dı. Əş­rəf gü­lüm­sü­nüb aya­ğa qalx­dı. Onu içə­ri də­vət elə­di.
- Ma­ne ol­mu­ram ki?
- O nə söz­dü, xoş gəl­mi­siz, əy­lə­şin. Nə yax­şı be­lə?
Hə­zi ki­şi stul­da otu­rub sa­ğa-so­la yır­ğa­la­nıb ye­ri­ni ra­hat­la­dı.
- De­dim get­mə­miş­dən sə­nə də­yim.
- Yax­şı elə­mi­siz. Çay gə­tir­sin­lər?
- Yox, yox, sağ ol! İç­mi­rəm.
- Sol­tan müəl­lim, Qə­fər əmi ne­cə­di? On­lar ni­yə gəl­mə­di?
- On­lar gəl­di­yi­mi bil­mir. Qə­fər sə­ni öz ba­la­sı ki­mi is­tə­yir. O qə­dər sən­dən da­nı­şır ki, Sol­tan da, Hə­zi də sə­ni öz ba­la­sı sa­yır.
- Çox sağ olun. Hə­zi siz de­yil­siz? - de­yib gü­lüm­sün­dü.
- Mə­nəm. Am­ma, bə­zən, özü­mü də bir az özüm­dən kə­nar­da, ara­lı­da gö­rü­rəm. Bə­zən, Hə­zi­nin çox hə­rə­kət­lə­ri xo­şu­ma gəl­mir. Mə­nim ra­zı ol­ma­dı­ğım şey­lər eli­yir. Elə bu gə­li­şim də elə bir iş­di. Ona gö­rə özüm­dən kə­nar bir adam ki­mi da­nı­şı­ram.
- Özü­nü­zə qar­şı qəd­dar ol­ma­yın.
- Özü­mə yox, qo­ca­lı­ğa qar­şı qəd­da­ram.
- Mən gu­ya ca­van sa­yı­lı­ram. Mə­nim də ix­ti­yar­sız hə­rə­kət­lə­rim, söz­lə­rim olur. O gün çox gö­zəl gö­rüş ol­du. Əla gö­rüş idi. Yaş fər­qi­miz heç bi­lin­mir­di.
- Sol­tan o gün əv­vəl bir az əsə­bi da­nı­şır­dı, içi ağ­rı­yır­dı. O ağ­rı­nı giz­lə­də bi­lən adam de­yil.
- Nə ol­muş­du?
- Bi­zim dör­dün­cü yol­da­şı­mız bu il gəl­mə­di. Yə­ni, baş­la­dı "nəs­li­mi­zin yar­paq tö­kü­mü". Al­lah Na­zim Hik­mə­tə rəh­mət elə­sin, yax­şı de­yib. Dos­tu­muz Ha­cı bu il gəl­mə­di. Sə­ni onun ye­rin­də oturt­muş­duq. Sol­tan da sə­nin­lə yox, çox vaxt üzü­nü Ha­cı­ya tu­tub qə­zəb­lə­nir­di, da­nı­şır­dı. "Ni­yə bu il gəl­mə­din?" - de­yir­di. Sö­zün bu ye­rin­də Hə­zi ki­şi­nin göz­lə­ri dol­du. Gö­zü­nü sil­di. Də­rin bir nə­fəs alıb tox­ta­dı, - ba­ğış­la, ba­la. Bu, qo­ca­lıq əla­mə­ti­di. Ki­şi­lər tez-tez köv­rəl­mə­yə, gö­zü ya­şar­ma­ğa baş­la­yan­da fil qə­bi­ris­tan­lı­ğı­na ge­dən fil­lə­rə bən­zə­yir­lər.
- Al­lah elə­mə­sin, Hə­zi da­yı. Ma­şal­lah, yüz ca­va­na də­yər­siz.
- Məş­di­bad de­miş, sən­nən da­nış­maq asan­dı. Baş­qa­sı de­yər ki, fil ni­yə qə­biris­ta­na ge­dir. İn­di gəl bu­na na­ğıl da­nış.
- Fil­lər ölü­mü­nü hiss edir­lər, öl­mək üçün fil qə­bi­ris­ta­nı­na ge­dir­lər...
- He­lə­di. Mə­nim də axır vaxt­lar ürə­yim lap köv­rək olub. Ən adi is­ti söz­dən köv­rə­li­rəm, gö­züm ya­şa­rır. Gəl­dim sən­dən bir xa­hiş edim.
- Bu­yur, Hə­zi da­yı.
- Mən bir kəşf elə­miş­dim, adi şey­di. Am­ma bu adi ən bö­yük kəşf­lə­rin aça­rı­dı. Gə­lə­cə­yin ener­ji mən­bə­yi­di, dai­mi mü­hər­rik­di. Hər bir can­lı­nın için­də onun müs­tə­qil ya­şa­ma­sı üçün dai­mi mü­hər­ri­ki ça­lı­şır. Ürək mü­hər­rik­di, qan onun dai­mi ya­na­ca­ğı. Gü­nəş­dən is­ti­ni alıb ener­ji­yə çe­vi­ri­rik. Ener­ji­ni ye­ni­dən is­ti­yə çe­vi­rib qı­zı­nı­rıq. İn­san bə­də­nin­də da­im 36%-dən ar­tıq is­ti­lik var. Ni­yə saa­ta ba­ta­re­ya əvə­zi­nə bə­də­nim­dən al­dı­ğı is­ti­ni ener­ji­yə çe­vi­rən ele­ment qoy­ma­yaq? Sa­at da mən sağ olan qə­dər qo­lum­da ça­lı­şa­caq. Ni­yə əl fa­na­rı əli­min is­ti­sin­dən ener­ji­ni alıb yan­ma­sın? Bu­nu son­su­za qə­dər sa­da­la­maq olar. Bu tü­kən­məz bir ener­ji mən­bə­yi­di. Xü­la­sə, mən bun­la­rı, he­sab­la­rı­mı bir dəf­tə­rə yaz­mı­şam. Ge­dən ki­mi sə­nin ün­va­nı­na gön­də­rə­cəm. Bir xa­hi­şim də var.
- Bu­yur.
- Bu­ra gəl­di­yi­mi, bu söh­bə­ti elə­di­yi­mi dost­la­rı­ma de­mə. Mə­nə sa­ta­şa­caq­lar. On­lar mə­nim işi­mi cid­di­yə al­mır­lar. Am­ma mən bu­nun için­də bir sağ­lam to­xum gö­rü­rəm. Bu­nu cü­cərt­mə­yə ca­van alim ağ­lı, yo­rul­maz, dön­məz alim ça­lış­qan­lı­ğı la­zım­dır. El­mi ta­mam ye­ni bir yo­la yö­nəlt­mək olar. Yox­sa el­mi ener­ji sa­hə­si hə­ya­tın əley­hi­nə iş­lə­yir. Çay­la­rın yo­lu­nu kə­sib dər­ya­ça­lar ya­ra­dır­lar. Su can­lı­dır. O, hə­rə­kət edən­də di­ri­dir. Göl­lər­də, bataqlıq­lar­da ölüm­dən qur­tar­maq üçün ça­lı­şır, bənd­lə­ri part­la­dır. Yer də, tə­biət də can­lı­dır. Bu tu­fan­lar, zəl­zə­lə­lər, tə­biət fə­la­kət­lə­ri in­san­la­rın mü­da­xi­lə­si­nə ca­vab­dı.
- Val­lah, nə de­yim. Mən bu sa­hə­ni bil­mi­rəm. Ma­raq­lı fər­ziy­yə­dir. Bun­la­rı mə­nə ni­yə de­yir­siz? Dəf­tə­ri mə­nə ni­yə gön­də­rir­siz?
- Heç, elə-be­lə. Bu­nun­la əla­qə­dar heç bir mə­su­liy­yət his­si ke­çir­mə. Ca­van­san, göz qa­ba­ğın­da­san. İn­şal­lah, çox ya­şa­ya­caq­san, hör­mə­tin də ar­ta­caq. "Sax­la sa­ma­nı, gə­lər za­ma­nı" mə­sə­lə­si­dir.
- Gəl­mə­sə?
- Heç gəl­mə­sin. Nə iti­ri­rik? Mən ge­dim. Dur­ma!
- Si­zi yo­la sa­lar­dım. Am­ma işim çox­du. Si­zi gör­mə­yi­mə şad ol­dum. Gə­lən il bu vaxt gö­rü­şə­rik.
- Tə­ki gö­rü­şək, qis­mət ol­sun. On­la­ra de­mə. Mən­siz da­rı­xar­lar, - qa­pı­ya ça­tan­da dö­nüb Əş­rə­fə bax­dı, gü­lüm­sün­dü. Si­fə­ti gö­zəl­ləş­di, do­daq­la­rı na­zil­di, - elə mən­nən də bir yer­də olan­da da­rı­xır­lar, - de­yib qa­pı­dan çıx­dı.

* * *

Ye­mək­xa­na­dan çı­xan­da Sü­zen as­ta­ca pı­çıl­da­dı:
- Ye­mək­dən son­ra hə­rə­kət elə­mək yax­şı­dı. Bir az hə­yət­də gə­zin­sək pis ol­maz.
- Nə de­yi­rəm, - Fat­ma hiss elə­yir­di ki, ha­mı­nın diq­qət mər­kə­zin­də­di. Bi­lir­di ki, Sü­ze­nə gö­rə ona ya­naş­mır­lar. Sü­zen də yax­şı bi­lir­di qo­ca ar­vad­la­rın, elə ki­şi­lə­rin də ürə­yi­ni söz de­şir. Tək­li­yə dü­şən ki­mi ya­zıq Fat­ma­nın ba­şı­na sual­lar ya­ğa­caq. Hə­rə öz məs­lə­hə­ti­ni ve­rə­cək. De­yə­cək­dir­lər, axı sən na­zir müa­vi­ni­nin ana­sı­san. Sü­zen ki­mi adam­la otu­rub-dur­maq, hət­ta bir otaq­da qal­maq sə­nə heç ya­raş­maz. Yax­şı, mü­dir səhv elə­yib sə­ni Sü­zen­lə bir ota­ğa sa­lıb. İn­di səh­vi­ni dü­zəl­dib. Sə­nə baş­qa otaq tək­lif elə­yir, baş­qa ye­mək sto­lu gös­tə­rir. "Yox, bu­ra yax­şı­dı". Sü­zen yax­şı bi­lir­di, bir ba­la­ca ara­lan­sa, Fat­ma­nı ara­ya ala­caq­lar. Bi­ri de­yə­cək sə­nin ad-sa­nı­na ya­raş­maz. Mü­dir özü sə­nin üs­tü­nə qa­çır, ba­şı­na do­la­nır, qul­luq gös­tə­rir. Sən ya­pış­mı­san Sü­ze­nin ətə­yin­dən. De­yə­cək­lər "Sü­zen er­mə­ni­di", "Sü­zen cu­hud­du", "Sü­zen rus­du", "Sü­zen də­li­di".
- Gör nə hün­dür­lük­də ha­sar çə­kib­lər. Ada­mın ürə­yi da­rı­xır. Nə olub axı? Bi­zi in­san­lar­dan qo­ru­yur­lar, yox­sa in­san­la­rı biz­dən qo­ru­yur­lar?
- Bu qa­la­nın kö­kü in­san­la­rın bey­nin­də­di ba­cı, ba­cı ha... İlk də­fə­di ki­mə­sə ba­cı de­yi­rəm. Ba­ğış­la.
- Ba­ğış­la nə­di. Çox yax­şı. Ba­cı sö­zü­nün nə­yi pis­di?
- Ba­cı sö­zü yax­şı­dı, mən yax­şı de­yi­ləm. Sə­nə de­yə­cək­lər, Sü­zen er­mə­ni­di, rus­du, cu­hud­du, mol­ta­nı­dı... Yox, tə­miz mü­səl­ma­nam.
- Lap er­mə­ni də ol­san fər­qi yox­du. Mə­nim üçün yax­şı in­san var, pis adam var.
- Mən ilk də­fə­di hiss eli­yi­rəm, ki­min­sə xo­şu­na gəl­mək is­tə­yi­rəm. Bi­li­rəm, mən ara­la­nan ki­mi nə­lər de­yə­cək­lər.
- Nə de­yir­lər-de­sin­lər, qu­laq asa­cam, son­ra da de­yə­cəm: yax­şı ta­nı­yı­ram, köh­nə rə­fi­qəm­di.
- Ha-ha-ha - Sü­zen bərk­dən gül­dü. Ye­mək­xa­na­dan çı­xan­lar gü­lüş sə­si gə­lən tə­rə­fə bax­dı­lar. Gü­lə­nin Sü­zen ol­du­ğu­nu gö­rüb məət­təl qal­dı­lar. - Öm­rüm­də tür­mə­dən son­ra heç be­lə gül­mə­miş­dim.
- Boooy, ba­cı, sən tür­mə­də də ol­mu­san? Or­da ney­nir­din?
- Heç, eks­kur­si­ya­ya apar­mış­dı­lar.
- Do­la­ma mə­ni.
- Yox, ca­van­lıq­da bir qə­lət elə­miş­dim. İn­di də peş­man dö­yü­ləm. Dörd il iş ver­miş­di­lər. Gül­mə­li də ol­sa, öm­rü­mün xoş­bəxt il­lə­ri or­da ke­çib.
- Can ba­cı, - Fat­ma onu qu­caq­la­dı - ürə­yi­mi qa­na dön­dər­din.
- Am­ma onu bur­da bi­lən yox­du, heç mü­dir də bil­mir. Bu söh­bət ara­mız­da qal­sın.
- Ar­xa­yın ol, elə bil qu­yu­ya daş at­mı­san.
Sü­zen söh­bə­ti də­yiş­di.
- Fat­ma, bu di­var, bu qa­la ki var, əs­lin­də, in­san­la­rın için­də­ki eqoiz­min hey­kə­li­di. "Bu əra­zi mə­nim­di" de­mək onun hik­kə­si­ni so­yut­mur, onu təs­diq elə­yən sə­nəd­lər gö­zü­nü do­yur­mur, qa­la çə­kir, əra­zi­ni ha­sa­ra alır. Bu­ra mə­nim­di hik­kə­si­ni da­şa dön­də­rir. Axı bu tor­paq tək­cə bi­zim de­yil, qa­rış­qa­la­rın, at­la­rın, bö­cək­lə­rin, in­cil ağac­la­rı­nın, dam­da­kı gö­yər­çin­lə­rin də, bu tor­pa­ğın üs­tün­də, al­tın­da gö­rüb-gör­mə­di­yi­miz can­lı­la­rın da bi­zim qə­dər hü­qu­qu var. Bu qa­la­nı çə­kən­də on­lar­dan so­ruş­mu­şuq? Bu sər­həd­lə­ri çə­kən­də yer üzü­nü ya­ra­dan Al­lah­dan so­ruş­mu­şuq? Baş­dan-aya­ğa hik­kə­yik. Mən ge­dim bir az otaq­da uza­nım. Bu ürə­yi­ni söz de­şən­lər gi­rə­və tap­sın sə­nə ya­xın­laş­ma­ğa. Sə­nə səbr, dö­züm ar­zu­su ilə...
- Sü­zen, sən mə­nə tür­mə­dən da­nı­şa­caq­dın. Bəs nə ol­du?
- Da­nı­şa­ram da... ha­ra tə­lə­si­rik. Elə bu­ra da tür­mə­di. Ömür­lük tür­mə. Da­nış­ma­ğa vax­tı­mız ola­caq.
Sü­zen alt­dan-alt­dan fi­kir ve­rir­di, o, uzaq­laş­dıq­ca ət­raf­da­kı­lar Fat­ma­ya ya­xın­la­şır­dı. "Ya­zıq Fat­ma in­di o qə­dər sə­feh sual­lar, çü­rük öyüd-nə­si­hət­lər eşi­də­cək ki. Fat­ma da o qə­dər ya­zıq de­yil. Hər sö­zə - bo­oy, - de­yib on­la­rı ürə­yin­də do­la­ya­caq".

* * *

Ax­şam Elim evə gə­lən­də Naz­lı­nın qaş-qa­ba­ğı yer sü­pü­rür­dü. Elim Naz­lı­nı qon­şu ra­yon­dan bir ilə ya­xın idi gö­tü­rüb qaç­mış­dı. Hə­lə Naz­lı­nın ai­lə­si­gi­lə ba­rı­şı­ğa get­mə­miş­di­lər. Əhd elə­miş­di­lər: "qu­ca­ğı­mız­da bir uşaq ge­də­rik". Nə­ha­yət, Naz­lı üç ay idi ha­mi­lə idi. Naz­lı ara­dabir xəl­vət ana­sı ilə te­le­fon­la da­nı­şır­dı. Ana­sı­na bu şad xə­bə­ri de­yən­dən, bur­da Naz­lı, or­da da ana­sı gün­lə­ri, ay­la­rı sa­yır­dı­lar. Vaxt da qur­ba­ğa ud­muş ilan ki­mi sü­rü­nüb ke­çib get­mək bil­mir­di. Naz­lı qəs­dən da­ba­nı­nı dö­şə­mə­yə dö­yə-dö­yə ye­ri­yir­di ki, Elim onun çox hirs­li ol­du­ğu­nu ba­şa düş­sün.
- Naz­ka, xe­yir ola. Ha­van adam yı­xır. Nə olub?
- Nə zəh­mət­di çə­kib evə gəl­mi­sən. Elə ya­tıb qa­lay­dın o qı­zın ya­nın­da.
- Bu bəd­bəx­tin qı­zı dörd-beş saat­dı kən­də gə­lib, bü­tün kənd ada­mı də­yib bir-bi­ri­nə. Ney­nə­yim? Mə­nə baş hə­kim iş­çi gön­də­rib. Ona ev tap­ma­lı idim. Gə­tir­dim Ağa­sə­fin boş qal­mış evi­nə. O iki evin ara­sın­da uşaq qa­lıb tək.
- Hə... Əl­bət ki, həm də sə­nə ya­xın olar.
- Naz­ka, bu he­lə adam dö­yül.
- Əl­bət ki, elə adam de­yil, de­yir tu­ma­nı­nın qır­mı­zı­sı göz de­şir.
- Tu­man de­yil, don­du.
- Ay gö­züm ay­dın.
- Naz­ka, bəs­di. Mə­ni höv­sə­lə­dən çı­xar­ma, naz­lı, naz­lı, bu qə­dər də naz­lı yox da... Acam, ye­mək gə­tir gö­rüm.
- Ye­mək ver­mə­di?
- De­dim ki, bu elə adam­lar­dan de­yil. Ba­şa düş.
- Nə­di? Prin­se­sa­dı?
- Ay qız, bu baş­qa adam­dı.
- Bu baş­qa ada­mı sə­nin ya­nı­na ni­yə gön­də­rib­lər? Ra­yon­da qırx kənd var, hə­rə­sin­də də bir hə­kim mən­tə­qə­si.
- Baş hə­kim mə­nim xət­ri­mi çox is­tə­yir. Mi­lis rəi­si ilə məs­lə­hət­lə­şib­lər. Mə­ni məs­lə­hət bi­lib­lər.
- Mi­li­sin nə dəx­li var?
- De­dim da, bu elə adam­lar­dan de­yil, - sə­si­ni aşa­ğı sa­lıb az qa­la pı­çıl­tı ilə, əsə­bi dil­lən­di, - tür­mə­dən çı­xıb, dörd il iş ve­rib­lər, iki­si­ni tür­mə­də çə­kib. Özü­nü yax­şı apar­dı­ğı­na gö­rə iki ili­ni məc­bu­ri əmək­lə əvəz elə­yib­lər. Am­ma gə­rək kənd­də iş­lə­sin. Şə­hə­rə get­mə­yə ix­ti­ya­rı yox­du.
- Vax­sey, qı­za... bu ney­le­yib he­lə?
- Bu sir­di ha... da­nış­maq ol­maz.
- Mən lal. Mum­la­dım. Ney­nə­yib axı?
- Naz­ka, qa­zın yat­dı.
- Hə, Eliş, ney­lə­yib, ürə­yim part­la­dı, de gö­rüm ney­lə­yib? De... mə­nə da­rıx­maq ol­maz, - əli­ni qar­nı­na vu­rub, - bu­na gö­rə hə­yə­can ke­çi­rə bil­mə­rəm.
- Yax­şı Naz­ka, bax ha... qu­la­ğı­nı bu­ra gə­tir...
- Ev­də kim var ki, eşit­sin, da­nış.
- Uşa­ğı­mız eşi­dər.
Naz­lı gü­lüb onun boy­nu­nu qu­caq­la­dı, qu­la­ğı­nı Eli­min ağ­zı­na ya­xın­laş­dır­dı. Elim pı­çıl­da­dıq­ca Naz­lı hə­yə­can­la "Yox aaa! Vay! Vay! Vax­sey!... vay... vay".
- Bəs ona ney­lə­yib­lər?
- Heç nə, mi­lis­dən qo­vub­lar. Par­ti­ya­dan çı­xa­rıb­lar. Tıs­ba­ğa­nı ya öl­dür­dün, ya da ar­xa­sı üs­tə çe­vir­din, nə fər­qi var. Mə­nə ye­mək ver. Ya­zıq­dı, o qı­za da bir şey apar ye­sin, yə­qin, bü­tün gü­nü ac­dı.
- Adı nə­di?
- Sü­sən, Sü­sən xa­nım de. Qoy şel­lən­sin. Bax ha, tür­mə­dən-zad­dan söz sal­ma.
- He­lə şey olar?
- Qorx­maz­san ki?
- Ni­yə qor­xu­ram, mə­nim nə­yi­mi kə­sə­cək...
- Hi-hi-hi. Ay sə­ni Naz­ka, aləm­sən, val­lah...
Naz­lı çö­rək, qa­tıq, pen­dir, so­yut­ma yu­mur­ta gö­tü­rüb qon­şu hə­yə­tə keç­di. Naz­lı son vaxt­lar heç hind ki­no­su­na da be­lə bö­yük hə­vəs­lə get­mə­miş­di. İşıq yal­nız Sü­sə­nə ve­ril­miş mən­zil­də ya­nır­dı. Dü­şün­dü ki, "Ağa­səf, yə­qin, ya­tıb", qa­pı­nı döy­mək heç ağ­lı­na da gəl­mə­di, içə­ri keç­di. Ağa­səf qa­pı­nın ya­nın­da otu­rub Sü­sə­nə gö­zü­nü zil­lə­miş­di. Naz­lı­nı gö­rüb aya­ğa qalx­dı.
- Gə­lin­ba­cı, xoş gəl­mi­sən.
- Sağ ol. Siz də xoş gəl­mi­siz, Sü­sən xa­nım. - Əlin­də­ki si­ni­ni sto­lun üs­tü­nə qoy­du. Üs­tün­dən ör­tü­yü gö­tür­dü. Ye­mə­yi gö­rüb Sü­sə­nin göz­lə­ri par­la­dı. - Ədə, nə ağ­zı­nı ayı­rıb qı­za ta­ma­şa eli­yir­sən, get sa­mo­va­ra od sal. Qu­ru çay ya­dım­dan çı­xıb. Get biz­dən çay gə­tir.
- İn­di, bu sa­at, sa­mo­va­rı çöl­də qo­yum?
- Əl­bət ki, ev­də bi­zi tüs­tü­də bo­ğar­san. Qaç.
Bu uca­boy­lu, en­li­kü­rək, nə­həng oğ­lan uşaq hə­rə­kə­ti ilə çö­lə qaç­dı.
Sü­sən onun ar­xa­sın­ca ba­xıb gü­lüm­sün­dü.
- Qə­ri­bə oğ­lan­dı, ba­yaq­dan gə­lib otu­rub qa­pı­nın ağ­zın­da, göz­lə­ri­ni dö­yə-dö­yə mə­nə ba­xır.
- Ay qız, oğ­lan nə­di? Ağa­səf uşaq­dı, bo­yu çıx­dı­ğı­na bax­ma, 17 ya­şı gə­lən Nov­ruz bay­ra­mın­da ola­caq. Su­lu ye­rin qa­mı­şı ki­mi vızz elə­yib çı­xıb gö­yə, Al­la­ha pay apa­rır. Ba­xır­san, ma­şal­lah, ye­kə ki­şi­di. Am­ma ağ­lı uşaq­dı hə­lə.
- 17 ya­şı var? Ma­şal­lah, de­yi­rəm axı, ba­xı­şı dum­du­ru­du. Yax­şı ki, gəl­din, yox­sa du­rub get­mək heç ağ­lı­na da gəl­mir­di. Bur­da lam­pa da yox idi, get­di öz evin­də­ki­ni çı­xar­dıb gə­tir­di. Lov­ğa­lan­dı, "mən qa­ran­lıq­da ya­tı­ram, qorx­mu­ram", - de­di. Elə bəl­kə uşaq qor­xur­muş, ona gö­rə du­rub get­mir­miş?
- Sə­ni gö­rüb mən ar­vad­lı­ğım­la sə­nə vu­rul­mu­şam. Çö­rə­yə də­vət elə­mək ya­dım­dan çı­xıb. Ya­xın otur. Bu sə­nin pa­yın­dı. Mə­nə bax­ma, ye! Adım Naz­lı­dı, Eli­min ar­va­dı­yam, Eli­min.
- Hə?... Çox yax­şı. Ta­nış ol­ma­ğı­mı­za şa­dam.
- Mən də. Tibb ba­cı­sı­sız?
- Yox, əs­lin­də, dər­zi­lik üz­rə pe­şə mək­tə­bi­ni bi­tir­mi­şəm. Son­ra hə­kim ya­nın­da ça­lış­dım. Ya­ra sa­rı­maq, nə bi­lim, be­lə şey­lər. İki il iş­lə­dim. İn­di bə­zi şey­lə­ri bi­li­rəm. Gön­dər­di­lər bur­da Elim dok­to­run ya­nı­na.
- Elim yax­şı hə­kim­dir, kənd­də ha­mı onun ba­şı­na and içir. Hör­mə­ti­ni sax­la­yır.
- Bəs siz ye­mir­siz? - Sü­sən sto­la ya­naş­dı, tən­dir çö­rə­yi­ni gö­tü­rüb qox­la­dı, - ox­qay, nə gö­zəl ət­ri var.
- Sən ye, biz, - de­yib əli­ni qar­nı­na çək­di, - bun­dan bir az əv­vəl ye­mi­şik.
- Xə­bər var?
- Hə. Üç ay­lıq­dı.
- Sağ-sağ­lam ol­sun, sa­la­mat qur­tar, təb­rik edi­rəm. Ya­man ac­mı­şam. Gö­zəl pen­dir­di. Çox sağ ol, Naz­lı ba­cı. Nə giz­lə­dim, sə­hər­dən acam.
- Biz lap ya­xın­da­yıq. Nə sö­zün, nə çə­tin­li­yin ol­sa, gəl. Hər şey yax­şı ola­caq. De­yir­sən, dər­zi­sən?
- Hə, am­ma çox­dan­dı məş­ğul ol­ma­mı­şam.
- Boş vax­tın­da bi­zə don ti­kər­sən.
- Ti­kiş ma­şı­nım yox­du.
- Eliş mə­nə alıb. Zin­ger­di. Köh­nə­di, am­ma de­yir­lər yax­şı ma­şın­dı.
- Hə, o məş­hur fir­ma­dı. Par­ça alar­san, gö­rək nə çı­xır.
- Əla, bəx­ti­miz gə­tir­di, - ye­nə əli­ni qar­nı­na çək­di, - əsas bu­na gö­rə de­yi­rəm, çox­lu pal-pal­tar la­zım ola­caq. Sə­ni Al­lah mə­nim üçün gön­də­rib. Qal­dı Ağa­sə­fə, tər­bi­yə­li uşaq­dı, avam­dı, nə tap­şır­san onu da eli­yə­cək. Yat­maq vax­tın­da ona de ki, get yat, ge­dib ya­ta­caq.
- İn­di siz de­yən­də ba­şa düş­dü. Yox­sa ba­xır­san, ma­şal­lah, ye­kə ki­şi­di. Otu­rub qa­lıb ya­nım­da. Qa­tıq da ləz­zət­li­di. Get­mir, get de­mə­yə də adam qıy­mır.
- Öz ca­mı­şı­mı­zın qa­tı­ğı­dı. Çö­rə­yi də özüm bi­şir­mi­şəm.
- Əlin-qo­lun var ol­sun. Naz­lı, çə­ti­ni bu­ra ki­mi idi. Qa­la­nı­nı özüm ida­rə edə­rəm. Sən də o qar­nın­da­kı ca­van oğ­la­nı apar ya­tız­dır.
- Al­lah ağ­zın­dan eşit­sin. Oğ­lan ol­sun. Sə­nə yax­şı bir hə­diy­yə mən­dən.
A­ğa­səf əlin­də çay, qənd ota­ğa gir­di. Töv­şü­yə-töv­şü­yə on­la­rı sto­lun üs­tü­nə qoy­du. Sü­sə­nin çö­rək ye­di­yi­ni gö­rüb təəc­cüb­lə bax­dı.
- Hə, Ağa­səf, nə ol­du?
- Heç-heç, - Ağa­səf elə bil sək­sən­di, - gü­lüm­sü­nüb pı­çıl­tı ilə, - çö­rək ye­yir, - de­di.
- Yox­sa elə bi­lir­sən qə­şəng qız­lar çö­rək ye­mir?
- Yox, gə­lin­ba­cı. Bi­li­rəm, ye­yir, - Ağa­səf çaş­dı, - bi­li­rəm ye­yir. Sa­ma­var in­di qay­na­yar. Gə­ti­rim?
- Hə, Ağa­səf, sa­ma­va­rı gə­tir, çay dəm­lə.
- Özüm dəm­lə­yə­rəm, - Sü­sən ud­qu­na-ud­qu­na de­di.
- Ağa­səf, stə­kan­la­rı da gə­tir, özün də çay iç, çö­rək ye.
- Ye­mi­şəm.
- Lap yax­şı. Çay da iç, son­ra get öz ota­ğı­na yat. Qız yo­ru­lub, qoy ye­yib-içib din­cəl­sin. Yax­şı?
- Hə, yax­şı, gə­lin­ba­cı. Ge­dim stə­kan­la­rı gə­ti­rim, - otaq­dan çıx­dı. Sü­sən Naz­lı­ya ba­xıb gü­lüm­sün­dü.
- Çox sağ ol, Naz­lı ba­cı, dərs cəd­və­li­ni ver­din. Lap acın­dan ölü­rəm­miş.
- Yax­şı, ge­cən xey­rə qal­sın.
- Xey­rə qar­şı gəl, - Sü­sən ağ­zın­da­kı lox­ma­nı çey­nə­yib udub bu söz­lə­ri de­yin­cə Naz­lı ar­tıq qa­pı­dan çıx­mış­dı.
Er­tə­si gün kən­din bü­tün qa­dın­la­rı xəs­tə­lən­miş­di. Tibb mən­tə­qə­si­nə gə­lən­lər, bi­ri çol­pa, bi­ri to­yuq, o bi­ri beş yu­mur­ta, bi­ri xo­ruz, xü­la­sə, ki­min nə­yə gü­cü ça­tır­dı, onu gə­ti­rib gəl­miş­di. Əs­lin­də, qı­zın haq­qın­da hər ev­də bir əf­sa­nə da­nı­şıl­mış­dı. Am­ma bir şe­yi ha­mı de­yir­di, qız gö­zəl­di, kim­sə­siz­di, mi­lis nə­za­rə­ti al­tın­da­dı. Pay­la­rın ço­xu ona gö­rə idi. On­suz da kənd­də hə­ki­mə əli­boş get­mək la­yiq­siz iş sa­yı­lır­dı. Kən­də mi­lis­lə gə­lən si­nə­si açıq, qır­mı­zı don gey­miş o qı­zı hər kəs öz gö­zü ilə gör­mək, da­nış­dır­maq is­tə­yir­di.
Xəs­tə­lik bir ge­cə­də bü­tün qa­dın­la­ra yo­lux­muş­du. Elim dok­tor da on­la­rın xəs­tə­li­yi­ni yax­şı bi­lir­di. Elə ona gö­rə otaq­dan çıx­dı, qa­pı­nı açıq qoy­du.
- Ba­hoo, nə çox xəs­tə­miz var. Xoş gəl­mi­siz.
Gül­dəs­tə ar­vad özü­nü qa­ba­ğa ver­di.
- Elim dox­dur, mə­nim dər­dim sə­nə de­yi­lə­si de­yil, ar­vad xəs­tə­li­yi­di. O tə­zə gə­lən dox­du­ra de­mək is­tə­yi­rəm.
- Gül­dəs­tə xa­la, bu gün nə çox adam xəs­tə­lə­nib.
- Ədə, ha­va­la­rın də­yi­şən vax­tı­dı day­na. Ar­vad xey­la­ğı ha­va­dan nəm çə­kən şey­di.
- Bi­li­rəm ey, Gül­dəs­tə xa­la, bi­li­rəm. On­suz da mə­nim bu gün işim çox­du, şə­hə­rə ge­di­rəm. Am­ma siz də bur­da qar­ğa ba­za­rı aç­ma­yın. Tə­zə adam­dı. Hür­küt­mə­yin.
Gül­dəs­tə sə­si­ni pı­çıl­tı­ya dön­dər­di:
- De­yir­lər, hür­kən ba­la de­yil.
E­lim də ey­ni pı­çıl­tı ilə:
- Yax­şı, yax­şı, qə­rib adam­dı.
Son­ra sə­si­ni qal­dır­dı:
- Sü­sən dok­tor.
- Bə­li, hə­kim, - de­yib qız ey­va­na çıx­dı. Ha­mı sus­du. Gül­dəs­tə­nin da­lın­ca gəl­miş top­lan it də ba­xıb əv­vəl quy­ru­ğu­nu bu­la­dı, bir ağız hü­rüb gö­zü­nü qı­za zil­lə­di. Gül­dəs­tə elə bil yu­xu­dan ayıl­dı:
- Sus, qu­duz dəy­sin sə­nə, nə­di, dox­dur gör­mə­mi­sən?
- Sü­sən dox­dur, mə­nim bu gün işim çox­du. Bun­lar sə­nin xəs­tə­lə­rin­di. Bir-bir qə­bul elə. Gə­tir­dik­lə­ri pay­la­rı da gö­tür. Xə­tir­lə­ri­nə dəy­mə. O göy dəf­tə­rə qeyd elə.
- To­yuq-cücəni?
- Yox, xəs­tə­lə­rin ad­la­rı­nı. Mən get­dim.

* * *

Ax­şam iş­dən gə­lən­də Eli­min dar­va­za­sı­nın qa­ba­ğın­da Sü­sən Naz­lı ilə qar­şı­laş­dı. Sü­sə­nin əlin­də içi ər­zaq­la do­lu bağ­la­ma var­dı. Ağa­sə­fin qu­ca­ğın­da ayaq­la­rı bir-bi­ri­nə bağ­lan­mış to­yuq, çol­pa, xo­ruz. Ağa­sə­fin xoş­bəxt göz­lə­rin­dən qı­ğıl­cım ya­ğır­dı. Naz­lı Ağa­sə­fə mü­ra­ciət elə­di:
- Har­dan be­lə, ay Ağa­səf. Nə çox to­yuq-cü­cən var?
- Gə­lin­ba­cı, uşaq­la­ra qo­şu­lub mal qa­ba­ğı­na çıx­mış­dım. Qa­yı­dan­da tə­sa­dü­fən ida­rə­nin ya­nın­dan gəl­dim, gör­düm Sü­sən dox­dur mə­ni ça­ğır­dı. De­di gəl kö­mək elə.
- To­yuq­la­rı sa­tın al­dız?
- Yox, pay ve­rib­lər. Sü­sən dox­du­ra ve­rib­lər.
- Ax­şa­mın xe­yir, Naz­lı ba­cı, - Sü­sən qəs­dən növ­bə­ti sua­lın qar­şı­sı­nı al­dı.
- Xoş gör­dük. Qoy gö­rək, ay qız, mən bu­nu da­nış­dır­maq­dan ləz­zət alı­ram. Ağa­sə­fin uta­nıb qı­zar­dı­ğı­nı ha­va­nın ala­to­ra­nı da giz­lə­də bil­mə­di, ba­şı­nı aşa­ğı dik­di. Sü­sən Ağa­sə­fə diq­qət­lə bax­dı, oğ­la­nın bu ha­lı ürə­yi­ni ağ­rıt­dı.
- Uşa­ğı utan­dır­ma, - de­di. "Uşaq" sö­zü Ağa­sə­fi da­ha pis və­ziy­yə­tə qoy­du.
Naz­lı ərk­lə:
- Ədə, nə du­rub bur­da ar­vad­la­rın sö­zü­nə qu­laq asır­san. Ma­şal­lah, ye­kə ki­şi­sən. Get hə­yə­tə to­yuq-cü­cə­ni hi­nə sal. Sa­mo­va­rı qay­nat.
- Yax­şı, gə­lin­ba­cı, yax­şı. - Təq­sir­kar uşaq ki­mi ba­şı­nı qal­dır­ma­dan hə­yə­tə yol­lan­dı.
- Sən də tə­sa­dü­fən yo­la çıx­mı­san? - Sü­sən Naz­lı­ya de­di.
- Yox, ya­lan de­mi­yə­cə­yəm. Bu qar­nım­da­kı oğ­lan de­di ge­dək Sü­sən xa­la­nı qar­şı­lı­yaq. Gö­rək iş gü­nü ne­cə ke­çib. Elim de­di, val­lah, kən­din bü­tün ar­vad­la­rı bir­dən azar­la­yıb. Ha­mı­sı bax­dır­ma­ğa, bax­ma­ğa gəl­miş­di. Mən də ma­ne ol­ma­dım.
- Hə, qə­ri­bə adam­lar­dı. Ya­lan da tap­mır­lar da­nış­ma­ğa, dağ­dan, bağ­dan da­nı­şır­lar.
- Eh, Elim mə­ni qa­çır­dan­da bu­gün­kü ki­mi ye­nə ha­mı­sı azar­la­dı, am­ma heç kəs hə­kim mən­tə­qə­si­nə get­mə­di, ha­mı ba­sıl­dı hə­yə­tə. "Ay dox­dur, fi­lan­dı, ay dox­tur, beş­mə­kan­dı". Axır­da Elim döz­mə­di, qış­qır­dı, Naz­lı, çıx çö­lə. Qoy sə­ni gör­sün­lən, yox­sa bun­lar sa­ğa­lan de­yil!
- Am­ma bu gün xəs­tə­lər­dən bi­ri de­di ki, eşit­mi­şəm yax­şı dər­zi­sən.
Naz­lı bir an tu­tul­du. Özü­nü o ye­rə qoy­ma­dı.
- Ay qız, sən bu ca­maa­tı yax­şı ta­nı­mır­san. Mən ev­də yor­ğa­nı ba­şı­ma çə­kib xo­rul­du­yu­ram. On­lar kən­din o ba­şın­da eşi­dir. Ha­va­yı ye­rə de­mir­lər ki, ye­rin də qu­la­ğı var.
- Var, var, ba­cı, - Sü­sə­nin təs­diq elə­mək­dən baş­qa ça­rə­si qal­ma­mış­dı. - Mən ge­dim bir az din­cə­lim.
- Sən ara­da Ağa­sə­fi gön­dər gə­lib "zin­ge­ri" apar­sın.
Gö­rüş Naz­lı­nın is­tə­di­yi, göz­lə­di­yi ki­mi alın­ma­mış­dı. Elə bi­lir­di, Sü­sən ona qı­rın-qır­tıq, dil-ağız edə­cək. Çün­ki o, Elim dox­tu­run ar­va­dı idi. Yə­ni, Sü­sə­nin mü­di­ri­nin. Həm də dü­nən ona xe­yir­xah­lıq elə­miş­di. "İn­sa­na yax­şı­lıq yox­du" dü­şün­dü.
- Ge­dək, oğul, ge­dək, - de­yib hə­yə­tə gir­di.
Sü­sən gə­lən­də Ağa­səf ar­tıq hə­yə­tin or­ta­sın­da ocaq qa­la­mış­dı. Ocaq­dan dü­şən köz­lər­dən sa­mo­va­ra atır­dı. Sa­mo­var elə bil han­sı­sa qə­dim bir mah­nı­nı mı­zıl­da­yır­dı. Oca­ğın ba­şın­da çöm­bəlt­mə otu­ran Ağa­səf elə bil in­di­cə o qə­dim na­ğıl­lar­dan çı­xıb gəl­miş­di. En­li kü­rək­li, uzun güc­lü qol­la­rı köy­nə­yə sığ­mır­dı. Qıv­rım qa­ra saç­la­rı, çat­ma qaş­la­rı, iri qa­ra göz­lə­ri, çi­yə­lək ki­mi qır­mı­zı do­daq­la­rı­nın üs­tün­də ye­ni çıx­mış, hə­lə qa­ral­ma­mış bığ­la­rı ona xü­su­si ya­ra­şıq ve­rir­di. Hə­lə uşaq­lı­ğı­nı qo­ru­yub sax­la­mış gir­də ya­naq­la­rı oca­ğın şö­lə­si düş­dük­cə elə bil ya­nır­dı. Sü­sən bu ax­şa­mı, bu hə­yə­ti, bu oca­ğı, bu oğ­lan oyun­ca­ğı ötüb ke­çən bü­tün hə­ya­tı­na də­yiş­məz­di. Sa­mo­va­ra bax­maq bə­ha­nə­si ilə Ağa­sə­fə ya­xın­laş­dı, bu za­man bur­nu­na nə­yin­sə qıc­qır­mış iyi, tər iyi, kir­li pal­tar iyi gəl­di. Özü­nün də baş aç­ma­dı­ğı bir ərk­lə:
- Ay Ağa­səf, sən heç çim­mir­sən.
A­ğa­səf sua­lı çox tə­bii qar­şı­la­dı.
- Çi­mi­rəm ey, - is­tə­di “müəl­lim” de­sin, özü­nü sax­la­dı, - çi­mi­rəm, Sü­sən dox­dur.
- Har­da?
- Yay­da çay­da çi­mi­rəm uşaq­lar­nan.
- Vəs­sa­lam?
- Hə də...
- Ar­vad­lar da çay­da çi­mir?
- Yox.
- Bəs har­da çi­mil­lər?
- Nə bi­lim, bil­mi­rəm.
- Xə­bə­rin var ki, sən­dən qıc­qır­mış iyi gə­lir? Ye­kə oğ­lan­san, özü­nə fi­kir ver. Çim, ba­şa düş­dün?
- Bə­li, - Ağa­səf sa­kit­cə aya­ğa qalx­dı, hə­yət­dən çıx­dı. Sü­sən onun ar­xa­sın­ca bax­dı: "ba­xan­da pəh­lə­van ki­mi nə­həng adam­dı. Da­nış­dı­rır­san olur bi­rin­ci si­nif uşa­ğı. Qoy ağ­lı ba­şı­na gəl­sin!". Sü­sən çay dəm­lə­di, sa­mo­va­rı apar­dı evə. Ağa­sə­fə də çay süz­dü. Ça­yı­nı iç­di, şi­rin çay elə­yib pen­dir­lə çö­rək ye­di, qu­la­ğı səs­də, gö­zü qa­pı­da idi. Am­ma Ağa­səf gə­lib çıx­ma­dı. "Yə­qin, xət­ri­nə də­yib, kü­süb. Ol­sun, da­ha da yax­şı, ayı­lar, bəl­kə, ça­ğı­rım, ye­diz­di­rim, ba­şa sa­lım. Yox, be­lə yax­şı­dı. Sə­hər kön­lü­nü ala­ram". İşı­ğı sön­dü­rüb çar­pa­yı­ya uzan­dı. Sə­hər xo­ru­zun sə­si­nə oyan­dı. Ağa­səf hə­yət­də yox idi. Ey­va­na çıx­dı, gər­nəş­di.
Mir­zə Hü­seyn bəy hə­yə­tin­də üz­bəüz iki ev tik­miş­di. Bi­ri in­di Sü­sə­nin qal­dı­ğı üç otaq­lı hün­dür kür­sü­lü qo­naq evi idi. İkin­ci onun­la üz­bəüz olan iki otaq­lı, yer­dən bir daş yu­xa­rı olan öz­lə­ri­nin qal­dı­ğı ev idi. Ağa­səf o ev­də qa­lır­dı. Sü­sən gə­lin­cə qo­naq evi­nin qa­pı­sı cəf­tə­si ke­çi­rik­li idi. Nəin­ki evə gi­rən, heç ey­va­nı­na da çı­xan yox idi. Ağa­səf özü də o evə gir­mir­di. Ona elə gə­lir­di ki, o ev ta­mam baş­qa bir in­sa­na aid­dir. Nə za­man­sa o in­san gə­lib qa­pı­nı aça­caq, işı­ğı yan­dı­ra­caq. Ağa­səf elə bi­lir­di o evin sa­hi­bi gə­lib, evin işı­ğı ya­nıb. Ağa­sə­fin özü­nə də ay­dın ol­ma­yan ar­zu­la­rı, ümid­lə­ri ca­na gə­lir­di, real­la­şır­dı. Sü­sən "çim" de­yən­dən son­ra hə­yət­dən çıx­dı, bir də gör­dü ça­yın ba­şın­da­dı. Qa­ya­nın üs­tün­də qa­ya­dan ça­ya dar cı­ğır enir­di. Ça­ya bö­yürt­kən kol­la­rı­nın ara­sın­dan bu­ru­la-bu­ru­la dü­şən cı­ğır, çay, ça­yın sə­si ona çox va­hi­mə­li gö­rü­nür­dü. O qor­xu­nu aya­ğı­nın al­tı­na yı­xıb, tap­da­la­ya-tap­da­la­ya cı­ğır­la en­di. Sü­sən ona çim de­miş­di. O da çim­mə­li idi. Ça­yın qı­ra­ğın­da, daş­lıq­da pal­ta­rı­nı so­yun­du. Ən va­hi­mə­li­si ça­yın sə­si idi. Də­li ça­yın sə­si qa­ya­la­ra də­yib qa­yı­dıb ça­ya tö­kü­lür­dü. İki­qat güc­lə­nir­di. Su so­yuq idi. Ağa­səf gör­dü su­ya ya­vaş-ya­vaş gi­rə bil­mə­yə­cək. Bir ça­rə var­dı; su­ya atıl­maq. Atıl­dı. Nə­fə­si bir an için­də bo­ğul­du. Son­ra su­ya cum­du. Elə bil su isin­di. İn­di də su­dan çı­xan­da so­yuq olur­du. Əli ilə ba­şı­nı, bə­də­ni­ni sürt­dü. Bir­dən ona elə gəl­di ki, yad səs eşit­di, hə­nir duy­du. İr­tin­di, tez sa­hi­lə çıx­dı. Tə­lə­sik ge­yin­mə­yə baş­la­dı. Cı­ğır­la qa­çıb qa­ya­nın üs­tü­nə qalx­dı. Elə bil­di ayaq səs­lə­ri gə­lir. Ar­xa­ya bax­ma­dan evə qaç­dı. Ayaq səs­lə­ri­ni lap ya­xın­da, son­ra boy­nu­nun da­lın­da, hə­yə­tə gi­rən­də lap bo­ğa­zın­da, ağ­zı­nın için­də eşit­di. Da­yan­dı, o yan-bu ya­na boy­lan­dı, sa­kit­lik idi. Bir­dən ba­şa düş­dü ki, bu ayaq səs­lə­ri de­yil, öz ürə­yi­nin dö­yün­tü­sü imiş. O səs­lər bo­ğa­zın­dan si­nə­si­nə en­di. Əli­ni si­nə­si­nə qo­yub gü­lüm­sün­dü. Bərk üşü­dü, evə qaç­dı. Elə pal­tar­lı-pal­tar­lı yor­ğa­na bü­rün­dü. Nə vaxt yat­dı­ğı­nı özü də bil­mə­di.
- Ağa­səf, ay Ağa­səf, - Sü­sən onu ça­ğır­dı. Ağa­səf Sü­sə­nin sə­si­ni eşit­di, ca­vab ver­mək is­tə­di, ağ­zı­nı aça bil­mə­di, diş­lə­ri diş­lə­ri­nə sı­xıl­mış­dı. Tit­rə­yib, bir-bi­ri­nə də­yib şaq­qıl­da­yır­dı. Qalx­maq is­tə­di. Ba­car­ma­dı, bə­də­ni ya­ra ki­mi idi. Sü­mük­lə­ri göy­nə­yir­di. Qa­pı ara­lan­dı. Sü­sən içə­ri boy­lan­dı. Ağa­səf tax­tın üs­tün­də uzan­mış­dı. Bü­tün bə­də­ni tit­rə­yir­di. Sü­sən cəld hə­rə­kət­lə ona ya­naş­dı.
- Nə olub sə­nə?..
- Bi..­bi, bil­mi­rəm, üşü­düm.
- Od için­də ya­nır­san. Har­da be­lə özü­nü so­yu­ğa ver­din?
- Çim­dim.
- Har­da?
- Çay­da.
- Ge­cə?
- Hə.
- Ge­cə, so­yuq­da, çay­da?! Ni­yə!
- De­din çim! Çim­dim da!
- Qorx­ma­dın!?
- Qorx­dum, bir az!
- Can... pal­ta­rın da su­du... da­yan, in­di gə­li­rəm, - hə­yə­tə düş­dü. Özü­nün ye­tim ikən qorx­du­ğu ge­cə­lər ya­dı­na düş­dü, - can... di­lim qu­ru­sun mə­nim, di­lim qu­ru­sun! Boy-bu­xu­nu­na ni­yə al­da­nır­san, gör­mür­sən uşaq­dı, - Sü­sə­nin için­də­ki il­lər­lə is­ti gör­mə­yən buz­lar bir­dən-bi­rə əri­di, göz­lə­rin­dən ax­dı. Ça­lış­dı göz­lə­ri­ni si­lib, özü­nü tox­da­yıb Elim­gi­li kö­mə­yə ça­ğır­sın. Göz yaş­la­rı sö­zü­nə bax­mır­dı. Axı­rı təs­lim ol­du, - caaan... - de­yib hıç­qı­ra-hıç­qı­ra ağ­la­dı. Son­ra qə­fil sə­si­ni kəs­di. Göz­lə­ri­ni sil­di, Elim­gi­lə qaç­dı.

* * *

Əş­rəf Qə­fər ki­şi­dən mək­tub al­dı, aç­dı.
“Çox hör­mət­li Əş­rəf müəl­lim, sa­lam! Mə­ni tə­ci­li kən­də ça­ğır­dı­lar. Qa­rım şa­lax­lı­yıb. Öy­rən­mi­şəm ki, Sü­sən kən­də gə­lin­cə 14 ¹-li sə­nət mək­tə­bin­də oxu­yub, dər­zi­lik­də. So­ya­dı Yol­çu­ye­va olub. Sən­dən xa­hiş edi­rəm onu öy­rən. Tür­mə­yə or­da oxu­yan­da dü­şüb. Ya­za­sı ol­ma­san da, yaz­san da, bu öz işin­di. Heç ol­ma­sa mə­nim üçün öy­rən. Qar­da­şoğ­lu, bi­li­rəm, işi­nin çox vax­tın­da sə­nə zəh­mət ve­ri­rəm. Bir də xa­hiş edi­rəm, onu öy­rən. Mən məş­ğul olar­dım. Am­ma bu işi mən sə­nin ki­mi ba­car­ma­ram. Həm də sən qə­zet iş­çi­si­sən, məş­hur ya­zar­san. Mən ki­məm? Ərk et­di­yi­mə gö­rə ba­ğış­la.
Hör­mət­lə, Qə­fər.”
Mək­tu­bu oxu­yub uzun müd­dət ka­ğı­za bax­dı. Bu iş­siz qo­ca­la­rın əlin­də qal­ma­dım? İn­di gəl 14 ¹-li pe­şə mək­tə­bi­ni tap, ar­xi­vi­ni aç­dır. Qə­fər ki­şi mə­nə qaç­ma­ğa da yol qoy­ma­yıb. Ağ­zı­mı da­ğa di­rə­yib. Mək­tə­bi tap­sam, bəl­kə, or­da köh­nə müəl­lim­lər­dən qal­mış ola. Mə­lu­mat bü­ro­sun­dan mək­tə­bin ün­va­nı­nı, di­rek­to­run te­le­fon nöm­rə­si­ni öy­rən­di. Ka­ti­bə: - Mək­tə­bin di­rek­to­ru Də­mir müəl­lim­dir - de­di. On­la­rı ca­laş­dır­dı. Də­mir müəl­li­mə: - Mən Əş­rəf Sa­rı­qa­ya­lı­yam, "İrə­li" qə­ze­ti­nin şö­bə mü­di­ri­yəm. Si­zin mək­təb çox qə­dim və şan-şöh­rət­li mək­təb­dir. Bir ge­niş ma­te­rial yaz­maq is­tə­yi­rəm. Mək­tə­bin keç­mi­şi və bu­gü­nü mə­ni ma­raq­lan­dı­rır.
Də­mir müəl­lim bö­yük hə­vəs­lə ra­zı­laş­dı, de­di ki, iki nə­fər köh­nə müəl­lim­lər­dən də var. Yaş­la­rı çox­du, am­ma yad­daş­la­rı sa­at ki­mi iş­lə­yir. Gö­rüş­mək üçün və­də­ləş­di­lər.
...Əş­rə­fi Də­mir müəl­lim özü qar­şı­la­dı. Öz ka­bi­ne­ti­nə apar­dı. Çay gə­tir­di­lər. Də­mir müəl­lim qa­ra­ya­nız, arıq, qırx-qırx beş yaş­la­rın­da çe­vik bir in­san idi.
Əş­rə­fə da­nış­ma­ğa ma­cal ver­mə­di.
- Çay için.
- Sağ olun. Gö­zəl bi­na­nız var.
- Bi­na köh­nə­di, əl­li ilin bi­na­sı­dı. Çö­lü qa­şı­nıb, in­di be­lə elə­yir­lər, içi­nə də əl gəz­dir­mi­şik. Ca­van­la­şıb. İn­di be­lə­di pla­nı­mız, uşaq­lar da siz­nən gö­rüş­mək is­tə­yir, müəl­lim­lər də, mən də axır­da siz­nən, ya­xın­da bir yax­şı res­to­ran var, or­da gö­rüş­mək is­tə­yi­rəm. Ne­cə­di?
- Nə?
- Pla­nı­mız. İs­tə­yir­sən ten­der ke­çi­rək, ən yax­şı pla­nı se­çək, - gül­dü, - in­di dəb­di axı.
- Çox sağ olun. İca­zə olar­sa, - Əş­rəf gül­dü. - Mən də ten­der­də öz pla­nım­la iş­ti­rak edim.
- Bu­yur, bir şərt­lə, res­to­ran­da­kı gö­rüş mü­za­ki­rə olun­ma­ya­caq.
- Düz­dü, mə­nim in­san haq­la­rım po­zu­lur. Ol­sun, o da ol­ma­sa biz biz ol­ma­rıq... Əv­vəl müəl­lim­lər­lə elə si­zin ka­bi­net­də gö­rü­şək. Söh­bət­lə­şək. Əl­bət ki, bur­da çox­dan ça­lı­şan, yaş­lı adam­la­ra zəh­mət ve­rib çox sax­la­ma­yaq. Son­ra gənc­lər­lə gö­rü­şüb on­la­rı din­lə­yə­rik. Son­ra da mən sə­nin res­to­ran la­yi­hə­ni qeyd­siz-şərt­siz qə­bul edi­rəm.
- İn­di, qar­daş, sən mə­nə dü­zü­nü de. Bu mək­təb har­dan ya­dı­na dü­şüb? Əsl məq­sə­din nə­dir?
- Gö­zü qorx­muş ada­ma ox­şu­yur­san.
- Eh qar­daş, val­lah, müx­bir­lə­rin əlin­dən qa­çıb giz­lə­ni­rəm. Müx­bir zəng elə­yən ki­mi, bir ya­zı­çı dos­tum var, ona zəng edi­rəm, so­ru­şu­ram, fi­lan qə­zet mü­xa­li­fət qə­ze­ti­di, yox­sa yox. Son­ra müx­bi­rin adı­nı de­yi­rəm, so­ru­şu­ram, ne­cə in­san­dı. Re­ket de­yil ki, xət­ri­nə dəy­mə­sin, val­lah, müx­bir­lər in­di re­ket­lik elə­yir. Sə­ni so­ruş­dum. De­di, cid­di in­san­dı. De­di, o he­lə yer­lə­rə ge­dən in­san de­yil. Gö­rü­nür, nə isə cid­di bir şey dü­şü­nür.
- Cid­di de­yən­də, za­man də­yi­şib. Gənc­lə­rə bi­rin­ci növ­bə­də pe­şə la­zım­dı. Yox­sa ha­mı ins­ti­tu­ta qa­çır. İns­ti­tu­tu pul­la qur­ta­rır. Yu­xu­sun­da da pul gö­rür. Ya­rım­çıq bi­lik­li yüz hə­kim bir xəs­tə­ni sa­ğal­da bil­məz, öl­dü­rər. Am­ma yüz xəs­tə­ni bir yax­şı hə­kim sa­ğal­da bi­lər. On­dan­sa pul qo­yub bir yax­şı hə­ki­mi xa­ric­dən gə­tir­mək olar. Əs­lin­də, biz bu­nu eli­yi­rik. Yax­şı fut­bol­çu­nu mil­yon­lar ve­rib ko­man­da­mı­za də­vət edi­rik. Yə­ni, ca­nı­mı­zın bir fut­bol mat­çı qə­dər də­yə­ri yox­dur. Yax­şı pe­şə­kar, sə­nət­kar ya­rım­çıq alim­dən, ya­lan­çı aka­de­mik­dən ev­də də, çöl­də də min də­fə qiy­mət­li, gə­rək­li, həm də hör­mət­li­dir.
- Sağ ol, val­lah! Biz­də bu dü­şün­cə hökm­ran ol­ma­yın­ca dəl­lək ola­sı adam cər­rah ola­caq, cər­rah ola­sı adam dəl­lək. Sə­nin ki­mi­si­ni gö­rən­də adam ina­nır ki, hə­yat yax­şı­ya doğ­ru də­yi­şir, - düy­mə­ni bas­dı, - müəl­lim­lə­rə de bu­ra gəl­sin­lər - in­di gə­lər­lər.
Əş­rəf üçün ən çə­ti­ni söh­bə­ti o il­lə­rə apar­maq, bir qı­zın həb­sə alın­ma­sı­na gə­ti­rib çı­xart­maq idi. Bu­nu ne­cə baş­la­ya­san? Müəl­lim­lər gə­lib əy­ləş­di­lər. Də­mir on­la­rı Əş­rə­fə, Əş­rə­fi on­la­ra təq­dim elə­di.
- Də­mir müəl­lim, si­zin mək­təb­də han­sı sə­nət­lər üz­rə si­nif­lər var?
- Ti­kin­ti, xar­rat, çi­lin­gər, mont­yor, də­mir yo­lun­da pa­ro­voz sü­rü­cü­lə­ri, sər­ni­şin qa­ta­rın­da va­qon bə­ləd­çi­lə­ri.
- Bəs dər­zi, pa­paq­çı, dəl­lək?
- Yox, on­lar yox­du.
- Bun­lar da çox va­cib sa­hə­lər­di.
- Va­cib­di. Biz tə­zə­cə müs­tə­qil ol­mu­şuq. Bəl­kə, gə­lə­cək­də açıl­dı.
Künc­də otu­ran yaş­lı qa­dın mək­təb­li ki­mi əli­ni qal­dır­dı.
- Bu­yu­run, Mə­lək xa­nım. Bu­yu­run.
- Əş­rəf müəl­lim, ve­te­ran müəl­lim­lər­dən iki­cə nə­fər qa­lıb, bi­ri Da­daş müəl­lim­di. De­di­lər xəs­tə­di, bu gün gəl­mə­yib. Bir də Mə­lək müəl­li­mə­di. Mə­lək xa­nım, bu­yu­run.
- Var idi. Son­ra­dan bağ­lan­dı.
- Nə var idi? - Də­mir so­ruş­du.
- Dər­zi­lik si­n­fi var idi. Tə­zə gə­lən mü­dir bağ­lat­dı.
- Də­mir müəl­lim? - Əş­rəf təəc­cüb­lə so­ruş­du.
- Yox, Də­mir lap tə­zə­di. O vaxt - otuz il bun­dan əv­vəl tə­zə gə­lən mü­dir.
- Ni­yə? Yə­qin, bir sə­bəb olub da...
- Hə. O si­nif­dən bir qız tu­tul­du. Mü­dir qı­zı mü­da­fiə elə­di. Qız gü­nah­sız idi.
- Qız ney­lə­miş­di?
- Uças­ko­vu, mi­li­si, o vaxt mi­lis de­yir­di­lər, sa­hə mü­vək­ki­li­ni bı­çaq­la­mış­dı. Özü də pis ye­rin­dən. Ye­tim qız idi. Mi­lis öl­mə­li kö­pə­yoğ­lu idi.
- Al­çaq so­vet dö­nə­mi­nin ey­bə­cər­li­yi! - Də­mir qə­zəb­lən­di.
- So­ve­tin bur­da nə gü­na­hı var? Al­çaq elə in­di də al­çaq­dı.
Əş­rəf ipin ucu­nu əl­dən ver­mək is­tə­mə­di:
- Da­ha si­n­fi ni­yə bağ­la­yır­lar? Qı­zı mü­da­fiə edə bil­mə­diz?
- Ay oğul, dər­zi­lik­də qız­lar oxu­yur­du. Ara­sın­da çox gö­zəl­lə­ri olur. Elə o qı­zı da xa­lıq qüd­rə­tin­dən ya­rat­mış­dı. Mü­da­fiə elə­dik. Mi­li­si par­ti­ya­dan, sis­tem­dən çı­xart­dı­lar. Am­ma qı­za da dörd il iş ver­di­lər.
- Eh, Əş­rəf müəl­lim, be­lə şey­lər qal­dı keç­miş­də, in­di...
- Elə bu qa­ran­lıq keç­miş­dən da­nı­şan­da mü­qa­yi­sə­də bu gün da­ha işıq­lı, da­ha ma­raq­lı gö­rü­nə­cək. Gör har­dan ha­ra gəl­mi­şik. Bu çox ma­raq­lı olar. O ha­di­sə­dən son­ra, si­zin bu­gün­kü iş­lə­ri­niz da­ha "ba­riz", - bu sö­zü Əş­rəf xü­su­si vur­ğu­la­dı, - gö­zə çar­pa­caq.
- Val­lah, Əş­rəf müəl­lim, bu əh­va­la­tı heç mən də bil­mir­dim. Mə­lək xa­nım, bu­nu heç da­nış­ma­mı­sız.
- Mü­dir, heç da­nış­mı­şıq ki, bu­nu da da­nı­şaq? Əs­lin­də, bu mək­tə­bin şə­rə­fi­ni gös­tə­rən bir ha­di­sə idi. Mü­dir də, tə­lə­bə­lər də qı­zı mü­da­fiə elə­di. Mən də şəx­sən məh­kə­mə­də şa­hid­lik elə­mi­şəm. Mi­lis ley­te­nan­tı qəs­dən bu­ra ava­ra uşaq­la­rı gön­də­rib da­va sal­dı­rır­dı. Son­ra gə­lib çö­kür­dü mü­di­rin bo­ğa­zı­na, ha­mı­sı da qı­za gö­rə. Qız da oğ­lan­gə­rək idi.
- Xa­nım müəl­li­mə mək­tə­bin can­lı ta­ri­xi­dir ki. Mən si­zin te­le­fo­nu­nu­zu gö­tü­rüm.
Də­mir se­vin­cək:
- Əş­rəf müəl­lim düz de­yir, in­di­nin ye­ri de­yil. Onu Əş­rəf müəl­lim ay­rı­ca ya­zar. İn­di gö­rü­şə ge­dək.

* * *

Sü­sə­nin gö­zəl­li­yi ba­şı­na bə­la idi. Da­im özü­nü qo­ru­maq­la məş­ğul idi. Ye­tim­lər evin­də qo­ca bir qa­dın müəl­li­mə­si var­dı. Sü­sə­ni çox is­tə­yir­di, əv­vəl­lər özü çi­miz­di­rər­di, sa­çı­nı da­ra­yar­dı. Sə­nət mək­tə­bi­nə yo­la sa­lan­da Sü­sə­nə de­di ki, "unut­ma, sə­nin heç kə­sin yox­du. Ən ya­xın qo­hu­mun, dos­tun öz ağ­lın­dı. Ən bö­yük düş­mə­nin gö­zəl­li­yin­di. Sa­hib­siz gö­zəl qız yol ya­nın­da sa­hib­siz al­ma ağa­cı­nın bu­da­ğın­da gö­zəl bir al­ma­dır. Bil, bil ki, onu ye­mək hər kə­sin kön­lün­dən ke­çər. Bir də­fə təs­lim ol­san, son­ra öm­rün bo­yu əl­dən-ələ ke­çə­cək­sən. Təs­lim ol­ma, təs­lim ol­ma, təs­lim ol­maq ölüm­dən be­tər­di. Ölüm Al­lah əm­ri­di, təs­lim ol­maq sə­nin əm­rin­di. Gü­nah­kar təs­lim olan­dı". Sü­sə­nin irə­li­də da­ha yo­lu qal­ma­mış­dı. Ya təs­lim ol­ma­lıy­dı, ya da nə? O bü­tün ge­cə­ni "nə"­ni ax­tar­dı, yo­lu ax­tar­dı. Ha­mı bi­lir­di, Si­rac onu iz­lə­yir. Ələ ke­çir­mə­yə, sın­dır­ma­ğa ça­lı­şır. Mü­ba­ri­zə apar­maq­dan mək­tə­bin mü­di­ri də yo­rul­muş­du. Mi­lis ser­jan­tı qı­zı mü­di­rin ota­ğı­na ça­ğırt­dır­dı, qı­zın çan­ta­sın­dan nə­şə çıx­dı. Sü­sən and iç­di, ağ­la­dı ki, mə­nim bun­dan xə­bə­rim yox­du. Mi­lis əl çək­mə­di. Qı­zı apar­dı sa­hə mü­vək­ki­li­nin ya­nı­na. Ak­tı da, nə­şə­ni də qoy­du Si­ra­cın sto­lu­nun üs­tü­nə, çıx­dı çö­lə.
- Al­lah haq­qı, mə­nim xə­bə­rim yox­du, siz də bi­lir­siz yox­du. Özü qo­yub çan­ta­ma. Axı mən­dən nə is­tə­yir­siz?
- Bil­mir­sən, nə is­tə­yi­rəm? Sən­dən sə­ni is­tə­yi­rəm. Akt əlim­də, nə­şə də­lil ki­mi bur­da. Dörd il iş ala­caq­san.
- Mən heç nə­şə nə ol­du­ğu­nu bil­mi­rəm. Mə­nim xə­bə­rim yox­du.
- Əşi, bu­nu mən də bi­li­rəm xə­bə­rin yox­du. Hər yer­də sən­sən, ha­ra ba­xı­ram sə­ni gö­rü­rəm. Yu­xu­da sən­sən. Sa­bah bu vaxt gəl. Sa­ba­ha ki­mi bu işi sax­la­ya­ca­ğam. Ax­şam sa­at yed­di­yə bur­da tək ola­cam. Sən də elə gəl gö­rən ol­ma­sın, ya da bi­ri­si gün dörd il.
- Yax­şı, in­di ki, be­lə is­tə­yir­sən, Al­la­hın əm­riy­nən al mə­ni, ev­lə­nək. Sə­ni is­tə­mi­rəm. Am­ma əla­cım nə­di, ra­zı­yam.
Si­rac uğu­nub get­di.
- Gör ha, mə­nə gə­lər. Su­bay da ol­sam al­maz­dım, yol­dan ta­pıl­mış qız­la mi­lis baş ley­te­nan­tı ev­lə­nər? Mən ev­li­yəm, bir qı­zım da var.
- Bəs qorx­mur­san qı­zı­nın ba­şı­na gə­lər?
- Gic­də­mə, qı­zım bö­yü­yün­cə mən ya şə­hə­rin mi­lis rəi­si ola­cam, ya da da­xi­li iş­lər na­zi­ri. Sa­bah ax­şam sa­at yed­di­də. Gö­rür­sən bu sə­nə­di? Mək­tə­bin di­rek­to­ru da bu­na qol çə­kib. Gə­lər­sən, cı­rıb ata­ram.
Sü­sən bir an yum­şa­lıb qəl­bin­də özü­nü ra­zı sal­maq is­tə­di. Yax­şı, qa­yı­dıb gə­lən­də nə ca­vab ve­rə­cə­yəm. Ni­yə bu­rax­dı­lar de­yə­cəm? Son­ra Si­rac hər də­fə ke­fi is­tə­yən­də hı­rıl­da­ya-hı­rıl­da­ya mək­tə­bə gə­lə­cək. Yox, yox, yox. Bun­dan dörd il yax­şı­dı. Dörd il do­la­nıb ke­çə­cək. Am­ma bu, öm­rü­mün so­nu­na ki­mi keç­mə­yə­cək. Yox! Am­ma nə­şə al­ver­çi­si ki­mi tür­mə­yə gir­mə­yim on­dan da be­tər­di. Yax­şı, Si­rac, gö­rək kim ki­mə! Gə­rək hər şe­yi yax­şı fi­kir­lə­şim. Or­dan çı­xan­da ha­ra qa­çım? Elə ye­nə mi­li­sə, ra­yon mi­lis şö­bə­si­nə. Bir var on­lar mə­ni tu­ta, bir də var özüm on­la­rın üs­tü­nə qa­çam, im­dad is­tə­yəm".
Mi­lis pol­kov­ni­ki Mə­də­tov qı­zın qar­şı­sın­da var-gəl edib da­yan­dı ki, nə­sə so­ruş­sun. Gör­dü qı­zın bü­tün bə­də­ni tir-tir əsir. Qız öz əl­lə­rin­dən qor­xan adam ki­mi öz əl­lə­ri­nə ba­xır. Rə­is qa­pı­nın ya­nın­da da­ya­nan mi­lis qa­dı­na acıq­lan­dı.
- Uşa­ğa su ver da­na. Gör­mür­sən nə gün­də­di?!
- Da­yı, val­lah, ha­mı­sı­nı düz de­yi­rəm, - de­di Sü­sən, ağ­la­dı.
- Ağ­la­ma, ba­la. O oğ­raş şal­va­rın çı­xart­mış­dı, sən onu vu­ran­da. - Qız su gə­tir­di. Sü­sən su­yu içib, ba­şı ilə təs­diq et­di.
- Elə de, qoy bun­lar da eşit­sin. Son­ra bu­nu çox tək­rar edə­cək­sən.
- O mə­nə de­di so­yun. De­dim mən ha­zı­ram, sən so­yun. O da hı­rıl­da­ya-hı­rıl­da­ya so­yun­du. Mən di­van­da otur­muş­dum. Gəl­di mə­nə tə­rəf. De­dim işı­ğı sön­dür, de­di ni­yə? De­dim şə­kil mə­nə ba­xır. Di­var­da Le­ni­nin şək­li­ni gös­tər­dim. Gül­dü, işı­ğı sön­dür­dü. Mən bı­ça­ğı çı­xar­dıb ətə­yi­min al­tın­da giz­lə­dim. De­dim lap ya­xın­laş­sın. Ya­xın­laş­dı. Bı­ça­ğı var gü­cüm­lə ora çək­dim. Əl­lə­rim qan ol­du, - qız ye­ni­dən əl­lə­ri­nə ba­xıb hıç­qır­dı, - qan, qaç­dım.
- Sa­kit ol, ba­la... bir­ba­şa bu­ra gəl­din?
- Bə­li, bəs ha­ra ge­dəy­dim?
- Eşit­diz? - Ya­nın­da­kı mi­lis ma­yo­ru­na, - get o oğ­ra­şın şal­va­rın­da bı­çaq ye­ri ol­ma­dı­ğı­nı rəs­mi­ləş­dir. Son­ra de­yə­cək ki, gəl­di ka­bi­ne­tə, mə­ni bı­çaq­la­dı. Dü­nən ni­yə gə­lib şi­ka­yət elə­mə­din?
- İnan­maz­dız mə­nə. Mək­tə­bin di­rek­to­ru da qol çək­di, ney­nə­sin, çan­tam­dan çı­xıb. Val­lah, xə­bə­rim yox­du. Heç ağ­lı­ma gə­lən şey de­yil.
- De­yir­sən de­di ki, da­xi­li iş­lər na­zi­ri ola­caq?
- Hə!
- Ol­du da! Ol­du. Qı­zı apa­rın. Or­da bir ba­bat yer dü­zəl­din, bu ge­cə­ni qal­sın. Məs­lə­hət­lə­şək, gö­rək ney­ni­rik.

davamı
XS
SM
MD
LG