Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:26

Elnur Məcidliyə qarşı cinayət işi açılıb


Elnur Məcidli
Elnur Məcidli
Sosial şəbəkələrdə «11 mart-Böyük Xalq Günü» və «2 Aprel-Böyük Qəzəb Günü» aksiyalarının təşkilatçılarından biri Elnur Məcidliyə qarşı cinayət işi açılıb.

Bu barədə onun özü AzadlıqRadiosuna məlumat verib:

«Aprelin 1-də atamı prokurorluğa çağırıb deyiblər ki, oğlun haqqında Ağır Cinayətlərə dair Dövlət İstintaq İdarəsində cinayət işi açılıb. Hakimiyyəti çevrilişə çağırış maddəsi ilə. Atama protokol veriblər, imzalamayıb. Rayonda da qohumlarımızı, yaxınlarımızı polisə çağırıblar. Çox kinayəli vəziyyət yaranıb ki, qohumlarım mənə görə hesabat vermək məcburiyyətində buraxılıb».

Hazırda Fransada yaşayan E. Məcidli bu ittihamları özünə qarşı «mənəvi terror» adlandırır:

« Hakimiyyətin bu cür yollara əl atması artıq kinayəli bir gülüş hissi doğurur».
XS
SM
MD
LG