Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:25

Üzeyir bəy Hacıbəyli. İbrət kitabı


Belә rәvayәt edirlәr ki, Dövlәt dumasının buraxılması müsәlman vәkillәrinә çox artıq tәsir edibdir. Belә ki, duma buraxılandan sonra, onlar bir yerә cәm olub bikef vә bidamaq oturubmuşlar. Bir qәdәr sükutdan sonra bunların birisi başını qalxızıb sairәlәrinә deyibdir:

-- Allahın altında, adam gәlәcәyi bilәydi!

O b i r i s i: -- Necә?

Әvvәlki: -- Әşi, necә! ... heç olmasa, onda dumanın bu tez zamanda buraxılacağını bilib, ürәyimizdә olanı danışardıq.

B i r i s i: -- Әşi, vallah, mәn bilsәydim ki, duma bağlanacaqdır, danışmaqda fitil-fitil әsәrdim, heç kәsә macal vermәzdim, lap Aladini dә ötәrdim!...

B i r d i g ә r i: -- Adә! Mәn bilsәydim ki, duma bağlanacaqdır, mәgәr qoyardım ki, Petrosyan müsәlmanlar haqqında ... söylәnsin??.. Sәn nә fikir edirsәn, әgәr mәn bilsәydim ki, duma buraxılacaqdır ... daha nә deyim, "hamı tayfadan mәzlum biz müsәlmanıq": -- deyib Tavriçeski dvoresә bir qışqırıq salardım ki, gәl tamaşa elә!!.. Amma iә qayırım ki, dumanın bu tezliklә bağlanacağını bilmirdim....

B i r a y r ı s ı: -- Sözün doğrusu, mәn çox bir utancaq adamam. Nә qayırım, valideynim mәnә belә tәrbiyә veriblәr ki, utandığımdan ürәyimdә olan sözü dә açıb deyә bilmirәm, amma bainhәmә, hәrgah dumanın bu tezliklә bağlanacağı mәnә әvvәlcә mәlum olsaydı, mәrd-mәrdanә deyirәm ki, utancaqlığı-zadı kәnara tollayıb, o ki var danışardım, әhalimizin bütün ehtiyacını lap ... naxalnım obrazom söylәrdim. Mәn qorxaq deyilәm, ancaq mәnim ağzımı yuman bu yerә batmış utancaqlığım oldu ... nә qayırım!

B u n l a r ı n b a ş ç ı s ı ki, onun әylәşdiyi kreslonun nömrәsi başçının zirәkliyinә görә, hamıya mәlum olmuşdu, dedi ki:

-- Әşi, bu danışıqlar nәyә lazımdır, canım?! Dumada atılıb düşmәklә iş görmәk olmazdı. Çox oyan-buyan edәrdin, allah göstәrmәsin, axırda tutub qazamata soxardılar! İnsan gәrәk elә dolansın ki, nә şişi yandırsın, nә dә kababı. Bir dә mәn sizә söz deyim, durub hökumәtin ziddinә danışardın, hökumәt sәndәn inciyәrdi, durub Petrosyanın filanın iftiralarına rәdd cavab-deyәrdin, ermәnilәr sәndәn narazı olardı. Doğrudur, danışmayanda da müsәlmanlar narazı olurlar, amma iş buradadır ki, qoy sәndәn tәki müsәlman narazı olsun, nәinki hökumәt vә ya ermәni tayfası! Onun da sәbәbini siz özünüz bilirsiniz.... Qәrәz, insan gәrәk bu cürә politikaları әldәn buraxmasın, yoxsa, axırda peşiman olar. Vallah, budur sizә açıq-açığına deyirәm ki, mәn bu saat min-min şükürlәr elәyirәm ki, nә yaxşı, durub dumada ağır sözlәr danışmamışam!...

Belә danışırlar ki, başçının bu nә "nәsihәtamiz" sözlәri sairәlәrinin dә ağlına batıb, onlar üçün böyük bir tәsәlli olubdur...

* * * * *

Bәs bizim tәsәllimiz nәdir? Bizim dә tәsәllimiz odur ki, Dövlәt duması biz üçün bir ibrәt "kitabı" idi ki, açılıb bir para mühüm dәrslәri bizә öyrәtdi vә indi dә o "kitab" yumulub, bizә fürsәt verdi ki, öyrәndiyimiz dәrsi yaxşıca әzbәr edәk ki, yadımızdan çıxmasın.

Görәk bizdә o şüur olacaqdır ki, aldığımız dәrsi yadımızda saxlayıb, ondan nәfibәrdar olaq!...
XS
SM
MD
LG