Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:21

Üzeyir bəy Hacıbəyli. Xeyirxahlar


Kәrbәlayı Әsәd Mәşәdi Hüseyni görüb, xeyirxahanә surәtdә deyir:

-- Mәşәdi, sәnә bir söz deyim, ancaq bunu bil ki, sәni istәyib deyirәm ha! İstәmәsәm, demәnәm. Sәn gәl, Mәşәdi Zülfüqarla durub oturma, çünki camaat arasında onun adı pis çәkilibdir, o, sәni dә pis elәyәr.

Bu halda Mәşәdi Zülfüqar gәlir. Kәrbәlayı onu görәn kimi: "Pah! Ya allah, axşamın xeyir, Mәşәdi. Bu saat sәni arzu elәyirdim.... Bir bәri dur"--deyib, Mәşәdi Zülfüqarı bir tәrәfә çәkir vә qulağına deyir ki:

-- Elә indicә Mәşәdi Hüseynә sәni tәrif, edirdim. Deyirdim Mәşәdi lazımlı adamdır, bu gün, mәsәlәn, lazım

olan yerdә әl tutandır. Bәri gәl, bir az gәzәk.... Mәşәdi Hüseyn, xudahafiz....

* * * * *

Kәrbәlayı Yunus Mәşәdi Quluya deyir:

-- Mәşәdi, Rusiyәt ilә meyvә alış-verişi elәyim, nә deyirsәn? Bu işә girişim, yoxsa girişmәyim?

Mәşәdi Qulu әvvәlcә soruşur ki, nә tövr alver elәmәk istәyirsәn: meyvәni haradan alacaqsan, hansı şәhәrә göndәrәcәksәn, mal kimin üstünә göndәrilәcәk? Vә bunların hamısına cavab alandan sonra deyir:

-- Heç mәslәhәt görmürәm, bu cürә alver iki günlük şeydir, meyidini görüm yalan deyirәmsә.

Kәrbәlayı Yunus razılıq elәyib deyir:

-- Allah atana rәhmәt elәsin, elә isә özgә iş başlaram.

....Altı aydan sonra Kәrbәlayı Yunus eşidir ki, Mәşәdi Cәfәr Rusiyәt ilә meyvә alış-verişi elәyir vә özünün dә işi xoddur.
XS
SM
MD
LG