Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:21

Mirzə Ələkbər Sabir. "Füyuzat" jurnalında "Dəli şair" imzalı şairə















"Səmadan bir mələk heyrətlə deyir: insanlar, insanlar!
Nədir bu ruye-ərzi qaplayır al-qanlar, insanlar, insanlar"
mətləli şerə nəzireyi-təməsxüranə



Səradən bir dəli şeytan deyir: insanlar, insanlar!
Nədir dünyanı tutmuş elmlər, irfanlar, insanlar!?

Qanan kim, qandıran kim, nəşri-irfan eyləyən kimdir?
Sizi irşad edir görmürsünüz fəttanlar, insanlar!?

Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas,
Düşər şənü şərəfdən mollalar, işanlar, insanlar!

Sevərmi əhli-istibdad millət huşyar olsun?
Buna razı olurmu bir neçə vicdanlar, insanlar!?

Ayılmış rəncbərlər, almaq istər həqqi-məşruin,
Nə yerdə qalmısız bəylər, ağalar, xanlar, insanlar!?

Mühərrirlər, müfəttinlər usanmazlar, utanmazlar,
Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar!

Şararətdən çəkib əl, xeyrə mail olmayın bir dəm,
Kəsin başlar, alın canlar, tökün min qanlar, insanlar!

Bəşərsiz, sizdə qan tökmək təbiidir, cibillidir,
Bu fitrətdən uzaqdır, şübhəsiz, şeytanlar, insanlar!

Deyilmi heyf dillərdən qübari-cəhl məhv olsun?
Neçin hər gündə qandan qopmasın tufanlar, insanlar!?

Dəmadəm nəfsi-əmmarə deməkdə "üqtülül-ixvan",
Neçin salim qala başlar, bədənlər, canlar, isanlar?

Cəhalət pərdəsin çak etməyin, onda görərsiz kim,
Səradir cismlər, həm nəfslər, şeytanlar, insanlar!....
XS
SM
MD
LG