Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:41

Hüseyn Abdullayev buraxıldı


Hüseyn Abdullayev həbsxananı tərk edib. 18 may 2007
Hüseyn Abdullayev həbsxananı tərk edib. 18 may 2007

Səbail Rayon Məhkəməsi Hüseyn Abdullayev barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı həbs-qətimkan tədbiri qərarını 2 il şərti cəza ilə əvəz edib və sərbəst buraxıb.


Bu haqda «Azadlıq» radiosuna Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov məlumat verib. Deputat məhkəmənin qərarına hələlik münasibət bildirməyib.


Vəkilin sözlərinə görə, Hüseyn Abdullayev həbsdən çıxdıqdan sonra əsas diqqəti müalicəsinə yönəldəcək. O, yaxınlarda əməliyyat olunmağa hazırlaşır. Kamandar Nəsibov deyir ki, deputatın yaxın günlərdə parlamentin iclaslarında iştirak edib-etməyəcəyi də sual altındadır.


Hüseyn Abdullayev bu il martın 16-da deputat Fəzail Ağamalı ilə aralarında baş verən münaqişədən sonra həbs olunub. O, Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə ittiham olunur.



XS
SM
MD
LG