Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:45

Hüseyn Arabul 5 il şərti cəza aldı


Hüseyn Arabul prosesin hələ bitmədiyini deyir
Hüseyn Arabul prosesin hələ bitmədiyini deyir

Sentyabrın 24-də məhkəmə «Barmek» prezidenti Hüseyn Arabula 5 il şərti cəza verib. İş üzrə təqsirləndirilən digər şəxslərin isə cəza müddətləri başa çatdığından azadlığa buraxılıblar. Məhkəmədən sonra Hüseyn Arabul «Azadlıq» radiosuna bildirib ki, proses hələ bitməyib, məsələ hüquq müstəvisində davam etdiriləcək.


Dövlət ittihamçısı «Barmek» prezidentinə 8 il iş istəmişdi.


Proses Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmədə gedib.


Hüseyn Arabul və «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC-nin altı əməkdaşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilir.


«Barmek» 2001-ci ilin noyabrında Azərbaycana gəlib. Şirkət Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürüb. 2006-cı ildə isə hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb.



XS
SM
MD
LG