Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59

Jurnalist prokurorluğa çağırılıb


«Sol ayağımı yerə basa bilmirəm. Başım sanki vakkum içərisindədir»
«Sol ayağımı yerə basa bilmirəm. Başım sanki vakkum içərisindədir»

Şərur Rayon Prokurorluğu «Yeni Müsavat» qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyevin müraciətinə cavab verib. Ötən həftənin sonunda sahə müvəkkili müxbirin evinə gələrək onun Rayon Prokurorluğuna çağrıldığını bildirib.


«Mən bizim əraziyə yeni təyin edilmiş Loğman adlı həmin sahə müvəkkilinə bildirdim ki, hərəkət edə bilmirəm, əgər prokurorluq məndən izahat almaq istəyirsə, buyursun, evdə mənimlə danışsınlar», - bunu «Media forum» saytının müxbiri ilə söhbətində H.Mehdiyev deyib. Bölgə müxbiri onu da əlavə edib ki, sonrakı günlər ona heç kəs müraciət etməyib.


O, ağrılarının günbəgün artdığını deyib: «Sol ayağımı yerə basa bilmirəm. Başım sanki vakkum içərisindədir, qulqlarımdan uğultu çəkilmir. Bu gün yenə də rayon xəstəxanasına getdim. Mənə beynimin fəaliyyəti ilə bağlı dəva-dərman yazdılar. Lakin son qalmaqalı bildiklərinə görə, bu yardım formal xarakter daşıyır, xəstəliyimilə bağlı heç bir qeydiyyat aparılmır».


H.Mehdiyev oktyabrın 3-də Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova və Şərur Rayon prokuroru Kamil Şükürova məktubla müraciət edib. Müraciətində H.Mehdiyev 1993-cü ildən üzləşdiyi təzyiqlərdən, eyni zamanda, bu il sentyabrın 23-də baş vermiş hadisədən söz açıb.
H.Mehdiyevi sentyabrın 23-də günorta saatlarında Şərur rayonunun Cəlilkənd kəndində rayon polisi və Milli Təhlükəsizlik Nazirliyinin işciləri saxlayıb. Sentyabrın 24-də səhər azadlığa buraxılsa da, həmin gün axşam yenidən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi ilə (polis işçisinin qanuni tələbinə tabe olmama) təqsirli bilinərək məhkəmənin qərarı ilə ona 15 sutka həbs verilib. Sentyabrın 27-də H.Mehdiyev azadlığa buraxılıb.


XS
SM
MD
LG