Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:55

«Azadlıq» radiosunun müxbirinin həbsi bizi çox məyus edib»


«Azərbaycan media sahəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir»
«Azərbaycan media sahəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir»

«Azadlıq» radiosunun müxbirinin həbsi bizi çox məyus edib və bu həbs Azərbaycanda media sahəsində vəziyyətin pisləşməsinin əyani təzahürüdür». Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders dekabrın 9-da bəyan edib.


Səfir bildirib ki, onlar dəfələrlə Azərbaycan rəsmiləri ilə bu cur həbslərlə bağlı müzakirə aparıb və həbsdə olan media nümayəndələrinin istintaqının araşdırılmasına çağırıblar.


«Biz qeyd etmişik ki, Azərbaycan media sahəsində üzərinə müəyyən öhdəliklər götürüb və bunlara əməl olunmalıdır».


Səfir onu da bildirib ki, Naxçıvandakı hadisələri araşdırmaq üçün səfirlik əməkdaşı yaxın günlərdə ora səfər edəcək.


«Hazırda bizim əlimizdə başqa narahatedici məlumatlar da var. Belə ki, məhkəmənin müvafiq proseduru pozulub. Bu səbəbə görə məsələ ilə bağlı çox ciddi istintaq aparmağa çağırırıq».


Səfir ümid etdiyini bildirib ki, bilavasitə məhkəmə prosedurları çərçivəsində bu problem həll olunacaq.


«Azadlıq» radiosunun müxbiri İlqar Nəsibov dekabrın 6-da Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə üç aylığa həbs olunub.


XS
SM
MD
LG