Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:27

Həbs edilmiş fəallar yenidən «Evin» zindanına aparılıb


Səid Mətinpurun həyat yoldaşı İran hakimiyyətini ifşa edən məktub yazıb
Səid Mətinpurun həyat yoldaşı İran hakimiyyətini ifşa edən məktub yazıb

İran Azərbaycanının aylardan bəri məhkəməsiz həbs edilən iki tanınmış hüquq müdafiəçi və jurnalisti Səid Mətinpur və Cəlil Qənilunun yenidən Zəncan həbsxanasından Tehranın «Evin» zindana köçürüldüyü bildirilir.


Hər iki fəal 6 ay bundan əvvəl Zəncanda həbs edildikdən sonra da dərhal Tehranın «Evin» zindanına aparılmışdılar. Lakin, iki ay bundan əvvəl onlar yenidən Zəncanın ETTELAAT təcridxanasına qaytarılmışdılar.


Fəalların bir daha «Evin» zindanına aparılması xəbərini ilk dəfə Səid Mətinpurun həyat yoldaşı xanım Ətiyyə Mətinpur (Tahiri) internet saytlarına çatdırıb. O, qeyd edib ki, başqa məhbusların ailə üzvləri ilə birlikdə həbsxanaya görüş icazəsi almaq üçün Zəncan prokurorluğuna müraciət etdiyi vaxt, Səid Mətinpur və Cəlil Qənilunun dekabrın 4-dən Tehranın «Evin» zindanına aparıldıqları və orada ETTELAAT nəzarətində olan 209-cu korpusa köçürdüklərini öyrənib.


Səid Mətinpur daha sonra həbsxanasından həyat yoldaşına etdiyi telefonla «Evin» zindanında olduğunu təsdiqləyib.


Ətiyyə Mətinpur 6 aydır məhkəməsiz həbs edilən həyat yoldaşının vətəndaş hüququnun pozulduğu haqda dəfələrlə məhkəmə idarələri və azərbaycanlı millət vəkillərinə müraciət edib.


Dekabrın 8-i və 10-da isə xanım Mətinpur iki açıq məktubla dövlət orqanlarına kəskin sözlərlə müraciət edib.


O, ilk məktubunda qeyd edir ki, İran İslam Respublikasının konstitusiyasına əsasən heç bir vətəndaşa qarşı rəsmi ittiham irəli sürülmədən bir gündən artıq həbsdə saxlamaq olmaz.


«Buna baxmayaraq, mənim həyat yoldaşım, Səid Mətinpur, 200 gündür ki, biradamlıq kamerada işgəncə dalğalarına məruz qalır...»


Ətiyyə Mətinpur açıq məktubunda İranın islahat tərəfdarını «haqsızlıqlar qarşısında susmaqla insan haqlarını tapdayanların dəyirmanına su tökməkdə» ittiham edir. O, eyni zamanda həyat yoldaşı və başqa Azərbaycan fəallarının işgəncə altında «televiziya etiraflarına» boyun əyməyəcəyini bildirir.



XS
SM
MD
LG