Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:50

Kadırov çeçenləri vətənlərinə çağırır


Kadırov soydaşlarının geri qayıtması üçün şərait yaradılacağını deyir
Kadırov soydaşlarının geri qayıtması üçün şərait yaradılacağını deyir

Rusiya Federasiyasının Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov xaricdə yaşayan soydaşlarını öz tarixi vətənlərinə qayıtmağa çağırıb.


«Rusnovosti.ru» saytının məlumatına görə, respublika prezidentinin mətbuat xidmətinin yaydığı müraciətdə deyilir ki, Rusiya Federasiyasının və Çeçenistan Respublikasının rəhbərliyi bunun üçün müvafiq şərait yaratmaq məqsədilə əlindən gələni edir.


Kadırovun müraciəti Çeçenistan prezidentinin bütün nümayəndəliklərinə, çeçen diasporlarına, Rusiyanın və xarici ölkələrin mədəniyyət mərkəzlərinə göndərilib.


«Novosti-Azerbaydjan» xəbər verir ki, Kadırovun müraciəti artıq Azərbaycanda fəaliyyət göstərən çeçen icmasına çatdırılıb.


Tanınmamış İçkeriya Respublikasının Azərbaycandakı insan haqları üzrə müvəkkili İsa Əhyədov «Azadlıq» radiosuna bildirib ki, onlara Rusiya səfirliyi tərəfindən nə yazılı, nə də şifahi müraciət olmayıb.


«Əgər Rusiya hökuməti, başda prezidenti olmaqla, çeçenlərə qarşı hər hansı müraciəti olacaqsa, bu məsələyə daha qaçqınlar deyil, İçkeriyanın Daxili İşlər Nazirliyi baxmalıdır».


İsa Əhyədov çeçenlərin Azərbaycanda olması beynəlxalq hüquq prinsiplərinə əsaslanır. «Biz bu ölkədə qaçqınıq və beynəlxalq hüququ rəhbər tuturuq. Biz Rusiya imperiyası ilə hərbi münaqişənin qurbanlarıyıq».


XS
SM
MD
LG