Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:41

Ermənistanın fövqəladə günləri...


Hakim klan öz cəmiyyətinin dəstəyini itirəndən sonra fəaliyyət göstərə bilməyəcək
Hakim klan öz cəmiyyətinin dəstəyini itirəndən sonra fəaliyyət göstərə bilməyəcək

Seçkidən sonra Ermənistanda vəziyyət gərgin və mürəkkəb olaraq qalır. Prezident Robert Koçaryan ölkədə fövqəladə vəziyyətin müddətinin qısaltmayacağını bəyan edir, eks-prezident Levon Ter-Petrosyan isə fövqəladə vəziyyət götürüldükdən sonra kütləvi etirazlara başlanılacağını deyir. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər isə hakimiyyəti və müxalifəti konstruktiv dialoqa səsləyir.


Bəs dialoq üçün zəmin varmı? Ermənistanda hakimiyyətlə müxalifət bir araya gələ bilərmi? Seçki sonra parçalanmış Ermənistan cəmiyyətini yenidən birləşdirmək mümkündürmü? Hakim siyasi klan buna nail ola biləcəkmi?


Əksər müşahidəçilərin rəyi budur ki, Ermənistanda hakimiyyətlə müxalifət arasındakı ixtilaf o qədər dərinləşib ki, onları ortaq məxrəcə gətirmək qeyri-mümkündür. Hətta Ermənistan cəmiyyətinin aparıcı institutları olan diaspora və kilsə belə bu missiyanı həyata keçirməkdə acizdir. Məsələ bundadır ki, hakim siyasi elita ilə cəmiyyət arasındakı münasibətlər əvvəllər də gərgin idi. Ermənistanın mərkəzi hissəsini təmsil edən elita hakim klana həmişə əyalətin bir hissəsi kimi baxırdı və bu münasibətlər gec-tez açıq qarşıdurmaya gətirib çıxarmalı idi.


Prezident seçkisi Ermənistan cəmiyyətindəki ziddiyyətlərin nə qədər dərin olduğunu göstərdi. Robert Koçaryan – Serj Sarkisyan cütlüyü indi ancaq zor hesabına hakimiyyətdə qala bilər.

Bəs dialoq üçün zəmin varmı? Ermənistanda hakimiyyətlə müxalifət bir araya gələ bilərmi? Seçki sonra parçalanmış Ermənistan cəmiyyətini yenidən birləşdirmək mümkündürmü? Hakim siyasi klan buna nail ola biləcəkmi?
Amma ölkəni zor gücünə idarə etmək üçün zəruri resurslar çox azdır. Ermənistan hakimiyyəti xaricdəki donor təşkilatların və dövlətlərin hesabına yaşayır. Ölkənin xarici dəstək almasında diasporanın rolu böyükdür. Daxildə və xaricdə bütün dayaqlarını itirən hakimiyyətin bir dayağı qalır ki, bu da Rusiyadır.


Amma Rusiyanın da mövqeyi ziddiyyətlidir. Rusiya rəhbərliyi Ermənistanın yeni prezidentini tanıdığını bəyan edərək onu öz ölkəsinə səfərə dəvət etsə də, hələ də gözləmə mövqeyi tutub. Hiss olunur ki, Rusiya Ermənistan cəmiyyətinin rəğbətini itirmək istəmir. Üstəlik, Rusiyanın eks-prezident Levon Ter- Petrosyana da münasibəti pis deyil. Bu tendensiya qarşılıqlı xarakter daşıyır. Ermənistan da Rusiyanı itirmək istəmir. Təsadüfi deyil ki, seçki dövründə və ondan sonra mitinqlərdə, çıxışlarda Rusiya əleyhinə hər hansı fikir səslənmədi. Amma Ermənistanın mövqeyində bir narazılıq notları da var. Ermənistan Rusiyadan artıq kifayət qədər yararlanıb. Cənubi Qafqazda sadəcə «forpost» rolu Ermənistanı daha bir o qədər də qane etmir. Buna səbəb də müqayisələrdir. Ermənistan özünü Cənubi Qafqazın digər respublikaları ilə müqayisə edərək həm də Qərblə münasibətlər qurmaq arzusundadır. Hakimiyyətdə olan siyasi klan isə bu missiya üçün yaramır.


Ermənistandakı hadisələrin bölgədəki proseslərə də təsir göstərəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Artıq bir neçə gündür ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanla həmsərhəd bölgələrdə və münaqişə zonasına yaxın yerlərdə atəşkəs rejimini pozur. Ermənistan prezidenti payıza qədər Dağlıq Qarabağla bağlı danışıqların dondurulacağını bildirir. Bütün bunlar irəlicədən görünürdü. Bəs məqsəd nədir? Ermənistanın hansısa yeni planı varmı? Məqsəd sadəcə diqqəti Ermənistanın öz içindəki proseslərdən yayındırmaqdır.


Dünya birliyi Qarabağla bağlı danışıqlara çox həssas yanaşır. Diplomatik təmaslarda istər-istəməz bu məsələ önə keçir. Amma bu cür davranış ancaq yaxın müddət üçün nəticə verə bilər. Seçkinin saxtalaşdırılması, etirazların yasaq edilməsi, etiraz edən insanların təqib olunması-bütün bunlar Ermənistanın indiki hakimiyyətinin heç bir perspektivinin olmadığını deməyə əsas verir. Ermənistan onsuz da təcrid olnunmuş şəraitdə yaşayırdı. Hakim klan öz cəmiyyətinin də dəstəyini itirəndən, diaspora ilə münasibətləri korlayandan sonra daha fəaliyyət göstərə bilməyəcək. İki çıxış yolu qalacaq. Ermənistandakı hakim siyasi qüvvə ya hakimiyyətdən getməlidir, ya da ölkəni hərbi-polis rejimində idarə etməlidir. Müşahidəçilərin qənaətinə görə, üçüncü yol yoxdur. Üçüncü yol dialoq yolu ola bilərdi, amma bunun üçün artıq bütün imkanlar tükənib.



XS
SM
MD
LG