Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:25

«Həbs olunan şəxsin müxbirin döyülməsi ilə heç bir bağlılığı yoxdur»


Aqil Xəlil fevralın 22-də «Zeytun Bağları» adlanan ərazidə döyülüb
Aqil Xəlil fevralın 22-də «Zeytun Bağları» adlanan ərazidə döyülüb

Aqil Xəlilin döyülməsi ilə bağlı qaldırılan cinayət işi üzrə bir nəfər həbs olunub. Bu, «Zeytun Bağları» Kəndli Fermer Təsərrüfatı Birliyinin rəhbəri Natiq İsa oğlu Allahverdiyevdir. Bu barədə Baş prokuror Zakir Qaralov aprelin 1-də jurnalistlərə açıqlamasında bildirib.


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil fevralın 22-də peşə borcunu yerinə yetirərkən «Zeytun Bağları» adlanan ərazidə döyülüb.


Hazırda həbs edilən N.Allahverdiyev jurnalisti döyənlərdən biri Milli Təhlükəsizlik Nazirliyinin zabiti olduğu bildirilən Dağbəyi Allahverdiyevin qardaşıdır.


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov deyir ki, N.Allahverdiyevin həbsinin müxbirin döyülməsi ilə heç bir bağlılığı yoxdur: «Dəfələrlə təkid etməyimizə, əlimizdə video görüntülər olmasına baxmayaraq, hüquq-mühafizə orqanları əməkdaşımızı döyənlərdən heç birini istintaqa cəlb etməyib».


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil «Zeytun Bağları» adlanan ərazidə döyüldükdən sonra martın 13-də isə naməlum şəxslər tərəfindən ürək nahiyəsindən bıçaqlanıb.


XS
SM
MD
LG