Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:47

«Məni yalan ifadə verməyə məcbur etdilər»


«İstintaq birtərəfli, qərəzli və hədə-qorxu ilə aparılır»
«İstintaq birtərəfli, qərəzli və hədə-qorxu ilə aparılır»

«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyevin hərəkətlərindən Baş prokuror Zakir Qaralova şikayət ünvanlayıb. Şikayətdə 22 fevral döyülmə və 13 mart bıçaqlanma faktları ilə bağlı məlumat verəndən sonra A.Xəlil aprelin 3-də və 4-də baş verənlərə aydınlıq gətirib:


«Aprelin 3-də axşam saat 18.30 radələrində məni Kürdəmir rayon prokurorluğuna çağırdılar. Prokurorluğa getdim. Orada istintaqı aparan müstəntiq Əli Quliyev və Elman adlı prokuror məni otağa salaraq təhqir etməyə, mənə və yaxınlarıma qarşı təxribat həyata keçirmək hədəsi ilə şantaj etməyə başladılar. Mənə videoyazı nümayiş etdirdilər. Həmin yazıda tanımadığım bir şəxs rus dilində nə isə danışırdı. Məndən tələb etdilər ki, həmin şəxsi tanıdığımı deyim və onun adını yadımda saxlayım. Dəfələrlə bildirdilər ki, onun adı Sergey Strekalindir. Bu məqsədlə mənim üstümə qışqırmağa və hədə-qorxu gəlməyə başladılar. Həmin yazının televiziyada nümayiş etdirəcəklərini dedilər. Məndən tələb etdilər ki, onun adını və telefon nömrəsini yadımda saxlayım, sabah üzləşdirmədə həmin nömrənin Sergeyə məxsus olduğunu, Sergeyi tanıdığımı deyim. Aprelin 4-də səhər tezdən məni öz maşınlarına mindirib Bakıya gətirdilər. Yolda tələb etdilər ki, mənə hədə-qorxu gəlindiyini heç kimə, hətta, nümayəndəmə də deməyim. Saat 14.39-da nümayəndəm gəldi. Dindirmə başladı. Dindirmədə mən məcbur qalıb müstəntiq Əli Quliyevin və prokuror Elmanın dediyi kimi ifadə verdim. Sonra bir homoseksualla üzləşmə oldu. Onu ilk dəfə görmüşdüm. Daha sonra isə birinci dəfə müstəntiqin Kürdəmir prokurorluğunda nümayiş etdirdiyi videolentdəki Snrgey adlı şəxslə üzləşmə keçirildi.


Mən müstəntiqin və Elman adlı şəxsin hədə-qorxularından çəkinərək Sergeyi tanıdığımı dedim. Lakin siz cənab prokurorun diqqətinə çatdırıram ki, mən Sergeyi tanımıram, onu heç vaxt görməmişəm. İstintaq birtərəfli, qərəzli və hədə-qorxu ilə aparılır. Onlar hədə-qorxu gəlməklə 22 fevral 2008-ci il tarixdə məni döyənləri məsuliyyətdən azad etmək istəyir. Sizdən xahiş edirəm ki, mənə hədə-qorxu gələn müstəntiq və Elman adlı şəxs barəsində ciddi tədbir görəsiniz. Prokurorluq bu işi qərəzli və hədə-qorxu taktikasında apardığı üçün işin istintaqını prokurorluqdan alaraq Bakı Şəhər Baş Polis İdarəsinə verəsiniz. 22 fevral 2008-ci ildə məni döyən Dağbəyi Allahverdiyev və Akif Çovdarovun məsuliyyətə cəlb edilməsi üçün göstəriş verəsiniz».


Aqil Xəlilin işi ilə bağlı Baş Prokurorluq məlumat yayıb. Məlumatda deyilir ki, jurnalistlə bağlı hadisə «peşə fəaliyyəti ilə deyil, əxlaq normalarına sığmayan hərəkətlərindən irəli gələn münasibətlər zəmnində baş verdiyi müəyyən edilib».


Prokurorluq deyir ki, Aqil Xəlilə Sergey Strekalin xəsarət yetirib: «Sergey Strekalin istintaqa verdiyi ifadələrini Aqil Xəlilovla üzləşmə zamanı, həmçinin hal şahidlərinin iştirakı ilə ifadəsi yerində yoxlanılarkən bir daha təsdiq etmiş, Aqil Xəlilova xəsarət yetirdiyi maşının dayandığı və bıçağı atdığı yeri, hadisənin necə baş verdiyini təfsilatı ilə göstərmişdir».


Aqil Xəlilin vəkili Elçin Sadıqov isə deyir ki, müdafiə etdiyi şəxs aprelin 7-də istintaqla bağlı baş prokurora müraciət edəcək: «Ondan zorla homoseksualları tanıması haqda ifadə alınıb».


XS
SM
MD
LG