Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:48

«Postsovet ölkələrində jurnalistlərin təqibi «dəbə» çevrilib»


«Azərbaycanda jurnalistlər uydurma ittihamlarla həbs olunur»
«Azərbaycanda jurnalistlər uydurma ittihamlarla həbs olunur»

Parisin Avropa Evində KİV-in inkişafı üzrə Birinci Avrasiya Forumunun keçirilməsi göstərir ki, Avropanın qapıları bağlanmır, o, inkişaf edir. Forum iştirakçılarını salamlayan Avropa Evinin prezidenti Katrin Lyalümyer belə deyib.


Parisdə açılmış üçgünlük Forumda 100-ə yaxın jurnalist, ekspert və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Forum müstəqil KİV-in inkişafında ən mühüm problemləri müzakirə etmək və mətbuatın keyfiyyətinin və effektivliyinin artırılmasına yeni yanaşmalar işləyib hazırlamağı planlaşdırır.


90-cı illərdə Avropa Şurasının baş katibi olmuş Lyalümyer KİV-in vətəndaş cəmiyyətinin inkişafında mühüm rolu olduğunu qeyd edib və mətbuata təzyiqlərin artmasına diqqət çəkərək, bunun totalitar rejimlər üçün ənənə halı aldığını bildirib.



Belə şəraitdə KİV-in daha böyük dəstəyə ehtiyacı var, deyə Forumun Avropa Şurasının İnsan Hüquqları üzrə Direktoratından başqa bir qonağı Covanni Palmyeri qeyd edib. O, qeyri-kommersiya media təşkilatlarını insan hüquqları probleminə diqqəti artırmağa çağıraraq, bu işin istənilən şəkildə dəstəklənməli olduğunu qeyd edib.


Növbəti natiq, medianın inkişafı üzrə Qlobal forumun direktoru Bettina Piters də onunla həmrəy olub. Onun fikrincə, medianın inkişafı sektoru əvvəllər olduğundan daha böyük yardım almalıdır. «Biz sərbəst işləyəcək mətbuatlar yaratmağa cəhd etməliyik», - deyə Piters bildirib.


Haraşti teleradioyayımın inhisarlaşdırılmasını söz azadlığı üçün böyük təhlükə adlandırıb. «Bu proses beynəlxalq demokratiya standartlarına ziddir və bütün beynəlxalq təşkilatlar öz sözünü deməlidir»
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Avrasiya məkanında KİV sahəsində vəziyyəti «qeyri-kafi» adlandırıb. Haraştinin fikrincə, ATƏT-in yaradılması demokratiyanın inkişafı sahəsində böyük bir sıçrayış olub. Helsinki prosesi sayəsində insan hüquqlarının müdafiəsi sahəsində çox şeyə nail olmaq mümkün olub, deyə o bildirib.


Eyni zamanda, Haraşti ümumi riskləri qeyd edib. Bir çox demokratiyalarda senzura nöqteyi-nəzərdən təhlükə yaranır və QHT və mətbuatın vəzifəsi müstəqillik uğrunda mübarizə aparmaq və demokratiyanın dəyərlərini, onun infrastrukturunu müdafiə etməkdir. Postsovet məkanında xüsusi təhlükələr yaranır, burada söhbət demokratiyanın keyfiyyətindən və jurnalistlər üçün yaranan təhlükədən gedir. Bir çox postsovet ölkələrində jurnalistlərin təqibi «dəbə» çevrilib. İlk baxışdan zorakılıq kortəbii görünür, amma əslində bu zorakılığın kökləri hökumətlərin jurnalistlərə qarşı münasibətinə gedib çıxır. Xalq düşmənlərinin və xoşagəlməz ünsürlərin damğaları sonunculara vurulur. «Biz hesab edirik ki, jurnalistlərə qarşı bu və digər hərəkətlər ayrı-seçkilik xarakteri daşıyır», - deyə ATƏT-in xüsusi nümayəndəsi bildirib.


Haraşti teleradioyayımın inhisarlaşdırılmasını söz azadlığı üçün böyük təhlükə adlandırıb. «Bu proses beynəlxalq demokratiya standartlarına ziddir və bütün beynəlxalq təşkilatlar öz sözünü deməlidir».


Yeni demokratiyalarda plüralizmi müdafiə edən orqan yoxdur və informasiya mənbələrinə təhdidlər, jurnalistlərin guya professional fəaliyyətləri ilə əlaqədar olmayan həbsi kimi «səciyyəvi» təhlükələr var. Misal kimi ATƏT-in xüsusi nümayəndəsi Azərbaycanı göstərib, burada hakimiyyət «sovet üsullarından» istifadə edərək, arzuolunmaz jurnalistləri narkotik saxlanması, terrorla hədələmə və xuliqanlıq kimi uydurma ittihamlarla həbs edir.


Haraştinin sözlərinə görə, ikinci liberallaşma dalğasından, «rəngli inqilablardan» sonra bir çox postsovet ölkələrində Helsinki deklarasiyasının dəyərləri qəbul olunmur və «bizim demokratiya», «kontr-demokratiya» adlı yeni nəzəriyyələr yaranır ki, bu da ölkələri xaosa aparıb çıxarır. Demokratiyanın universal dəyərləri başqa cür şərh olunur. Bu, demokratiya zaminləri - ATƏT, Avropa Şurası, dövlətlərin beynəlxalq qurumlar qarşısında öhdəlikləri üçün təhlükə yaradır.


Bununla belə, Haraşti vətəndaş cəmiyyətini və jurnalistləri universal hüquqları dəstəkləməyə çağırıb. Əks halda, demokratiya müxtəlif şəkillərdə şərh olunacaq. Bu mənada mətbuatın özünütənzimləməsinin inkişafı mühümdür ki, bu, mütləq cəmiyyətin dəstəyinə gətirib çıxaracaq. «Müstəqillik uğrunda mübarizədə ictimai etibardan yaxşı dəstək yoxdur», - deyə Mikloş Haraşti çıxışına yekun vurub.(Turan)


XS
SM
MD
LG