Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:28

«Day after day» mahnısı «Eurovision» üçün yazılmayıbmış


«Eurovision»da Azərbaycanı təmsil etmiş Elnur və Samir xaricdən təklif alıblar
«Eurovision»da Azərbaycanı təmsil etmiş Elnur və Samir xaricdən təklif alıblar

«Day after day» mahnısı heç bu müsabiqə üçün yazılmamışdı. Yalnız sonradan mahnını «Eurovision»a təqdim etməyə qərar verilib». Bunun «Can Bakı» verilişinin qonağı olan mahnının bəstəkarı Gövhər Həsənzadə deyib.


O, xaricilərin aranjemanının bəyənilmədiyini bildirib. Belə olanda Yaşar Baxışın aranjemanı qəbul edilib. «Elnurun partiyası isə 15 dəqiqəyə bəstələnib. Mahnını köçürən zaman studiyada işıqlar söndü və şairə Zəhra Bədəlbəyli sözləri mobil telefonların işıqlarında köçürdü».


Bəstəkar deyir ki, «Eurovision»da Azərbaycanı təmsil etmiş Elnur və Samir xaricdən təklif alıblar. Onlara Almaniya, İsveçrə və Avstriyadan 3 illik müqavilə bağlamaq təklif edilib.


Gövhər Həsənzadə «Day after day» mahnısının artıq Azərbaycan dilində variantının hazırlandığını deyib.


Azərbaycan təmsilçiləri Belqradda keçirilən «Eurovision-2008» mahnı müsabiqəsində 8-ci yerə çıxıblar.


Buna da bax:

XS
SM
MD
LG