Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:31

Avropa Birliyinin komissarlığı Azərbaycandakı son hadisələrdən narahatdır


Ştefan Füle
Ştefan Füle
Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarlıq Azərbaycanda sərbəst toplaşma və ifadə azadlığı ilə bağlı son hadisələrdən narahatlığını ifadə edib.

Aprelin 18-də yayılan bəyanatda komissar Ştefan Füle İctimai Palatanın 17 aprel aksiyasına toxunub:

«Dinc nümayişə cavab olaraq hökumət daha bir neçə nəfəri həbs edib. Bəzi etirazçılar inzibati məsuliyyətə cəlb edilib, o cümlədən təşkilatçılara qarşı cinayət işi açılıb. Bu hadisələr jurnalistlər, gənclər və siyasi fəallar, o cümlədən insan haqları məsələləri ilə məşğul olan beynəlxalq QHT-ə artan təzyiq kontekstində baş verib».

Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarlıq Azərbaycan rəsmilərini münasib yerlərdə dinc nümayişlər keçirməyə icazə verməyə, demokratiya və insan haqları sahəsində öhdəliklərinə hörmət etməyə çağırır.

Bəyanatın sonunda deyilir: «Biz bütün tərəflərlə dialoqa açığıq və Azərbaycan rəhbərliyinin bu sahədə cəhdlərini konstruktiv şəkildə dəstəkləməyə hazırıq».
XS
SM
MD
LG