Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:35

Nizami Gəncəvi. Leyli və Məcnun (13)


əvvəli

ÖLƏN QOHUMLARIMDAN XATİRƏLƏR


Saqi, harda qaldın? Mən meypərəstəm!
Doldur piyaləni, onsuz da məstəm!
O, göz yaşım kimi saf olan şərab
Aşiq məzhəbində sayılır səvab!
Onu bu umudla içirəm ki, mən,
Qurtara könlümü dərddən, ələmdən.
Yolumun üstündə duran şirə bax,
O şir-qəm şiridir, onu azdıraq.
Əzəllər həmdəmim olardı şadlıq,
O adam deyiləm, deyiləm artıq.
Bu gün də əlimdən çıxsa o dildar,
Daha da pis günlər qismətim olar.
Saqi, ver şərabı, dərdimə bir qal!
Söz mənim oduma nal atmışdır, nal62!
Ver o şərabı ki, açardır, işə,
Ruh ilə ruh kimi girir sazişə!

davamı
XS
SM
MD
LG