Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Gözəl Bayramlı: «Düşünməsinlər ki, məni sındırdılar»


Həbsdən çıxan Gözəl Bayramlı. Foto: @nemnum
Həbsdən çıxan Gözəl Bayramlı. Foto: @nemnum
İctimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlı azadlığa çıxıb.

VİDEOYA BURDAN BAXA BİLƏRSİNİZ

- Gözəl xanım, haqqınızda çıxarılan 5 sutka həbs cəzasını necə qiymətləndirirsiz?


- Təbii ki, bu həbs Azərbaycan hakimiyyətinin mənəvi dəyərlərə, milli-əxlaqi dəyərlərə verdiyi qiymətin göstəricisi idi. Təbii, mən onsuz da bu həbsə hazırıydım. Polis idarəsinə gətiriləndə artıq həbs olunacağım, hətta həbsin müddətinin 5 sutka olacağı haqda məlumatım vardı. Hakim də bu sifarişi yerinə yetirdi. Yəni halımdan məmnunam. Mübarizəmin məhbusanə mərhələsini keçdim. Bunlar məni mübarizədən çəkindirə bilməz. Mübarizəm davam edir. Mənim mübarizəm avtoritar rejimə qarşıdır, demokratiya uğrundadır, son damla qanıma qədər də davam edəcəm. Heç kim düşünməsin ki, Gözəl Bayramlını sındırdıq, çəkindirdik. Əksinə nəvbəti mitinqdə daha böyük coşqu ilə lap öndə gedənlərdən olacam.

- Növbəti dəfə həbs olunmaqdan çəkinmirsiz?

- Xeyr! Növbəti dəfə həbsə də, haqqımda cinayət işi açılmasına da hazıram.

- Bəs sizə işgəncə verildimi və ya fiziki zorakılıqla üzləşdinizmi?

- Həbs olunanda polis tərəfindən işgəncəyə məruz qalmışdım. İki qolumu polis burmuşdu. Polislərin biri arxadan boynumu, o biri də ağzımı tutmuşdu. Məni maşına oturdanda boynumdan zərblə vurmuşdular. Başımda, qolumda ağrılar oldu. Məntəqəyə gələndə təcili yardım çağrıldı. İynə vuruldu, nisbətən rahatlandım. Amma qolumda ağrılar qalır, xüsusən sol qolumu arxaya aparmaqda çətinlik çəkirəm. İki dəfə həkim çağırıblar. Indi yaxşıyam.

«ANAMIN ƏLİNDƏN ÖPÜB HALALLIQ İSTƏYƏCƏM»

- İndi hara gedirsiz?

Gözəl Bayramlı etiraz aksiyası zamanı
- İndi evə gedib anamın əllərindən öpəcəm. Anama bu ağrı-acını yaşatdığım üçün halallıq istəyəcəm. Amma anam da bilir ki, bu haqq mübarizəsidir. Onlar özləri məni belə böyüdüblər, bu ruhda tərbiyə ediblər. Mən başqa cür ola bilmərəm.

- Bir də sazınız var, onu çalacaqsızmı?

- Təbii. Sazımı da çalacam. «Yol ver Türkün bayrağına» çalacam, sazımı götürən kimi. Burda birinci ürəyimdən o keçdi.

«BİR QADIN ÜÇÜN HƏBSXANA HƏYATI YAŞAMAQ XOŞ DEYİL»


- Bir qadın üçün həbsxana həyatı (sualı yarıda qoyur)...

- Bir Azərbaycan qadını, ümumiyyətlə, xanım üçün həbsxana həyatı yaşamaq xoş deyil. Mən o qədər də narahatlıq keçirmədim. Mübarizədə bunu da gözümün qabağına almışdım. Ölümə qədər gözə almışdım... Bu mərhələni də keçdim. Məmnunam ki, mərdi-mərdanə keçdim. Amma heç bir xanıma məhbus həyatı arzulamazdım.

- Həbsdə sizə nə güc verirdi?

- Mənə mübarizəm güc verirdi. Dostlar üçün darıxdım. Anam üçün darıxdım, xüsusi. Anam haqqında oxuyanda AzadlıqRadiosunun yazdıqlarını oxuyanda duyğulandım. Anama görə narahatlıq keçirdim. Halallıq istəyəcəm ondan. Yaşatdıqlarıma görə. Anam məni çox güman başa düşər.

- İctimai Palatanın Qadınlar Şurasının sədrisiz artıq...

- Qürur duydum bu təyinatla... Demək istəyirəm ki, avtoritar rejimin üstünə nəhəng qadın hərəkatı gəlir. Hazır olsunlar!
XS
SM
MD
LG