Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:38

Bayden: ‘ABŞ-ın ən uzun müharibəsi’ avqustun 31-də başa çatacaq


Prezident Co Bayden bəyan edib ki, ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-də başa çatacaq.

O əlavə edib ki, çıxışın mümkün qədər tez baş verməsi təhlükəsizlik baxımından məqsədəuyğundur.

Bayden bunu da xatırladıb ki, Birləşmiş Ştatlar Əfqanıstanda Talibanın hərbi uğurları ilə mümkün vətəndaş müharibəsi təhlükəsinin artmasına baxmayaraq bu ölkədəki 20 illik missiyasını başa çatdırmağa çalışır.

Bayden iyulun 8-də Ağ Evdə etdiyi nitqdə deyib:

“Biz Əfqanıstana ölkə qurmağa getməmişdik. Ona görə də Amerikanın ən uzun müharibəsinə son qoyuruq”.

Qoşunların çıxarılmasına daha müfəssəl izahat verməsi üçün ona göstərilən təzyiqlərə baxmayaraq Bayden deyib ki, öz ölkələrini necə idarə etmək məsələsi yalnız əfqanların haqqıdır:

“Əfqan liderlər bir araya gəlməli və gələcəyə doğru hərəkət etməlidirlər. Öz gələcyi barədə qərar qəbul etmək haqqı yalnız əfqan xalqının hüququ və məsuliyyətidir”.

ABŞ-a kömək etmiş əfqanlar darda qoyulmayacaq

ABŞ prezidenti bəyan edib ki, ABŞ-ın Əfqanıstan hökumətinə və təhlükəsizlik xidmətlərinə dəstəyi bundan sonra davam edəcək.

Onun sözlərinə görə bu missiya zamanı ABŞ qüvvələri üçün işlədiklərinə görə indi Taliban təhlükəsi ilə üzləşən minlərlə tərcüməçiyə isə Birləşmiş Ştatlarda sığınacaq veriləcək.

Bayden deyib ki, o, yanvar ayında Ağ Evə gələndən bəri 2500 əfqana xüsusi miqrasiya vizaları verilib. O həmin şəxslərə müraciətlə deyib:

"Əgər istəsəniz, sizin Birləşmiş Ştatlarda eviniz var. Siz bizim yanımızda olduğunuz kimi, biz də sizin yanınızda olacağıq”.

ABŞ prezidenti əlavə edib ki, xüsusi vizası olanlar üçün Əfqanıstandan Amerikaya evakuasiya reyslərinə bu ay başlanacaq.

Ağ Ev bildirib ki, administrasiya vizaları hazırlanmaq prosesində olan əfqanların müvəqqəti sığınması üçün ABŞ-dan kənardakı üçüncü ölkələrdə hazırlıq görüb.

Pentaqon bildirib ki, Baqram hərbi-hava bazasının ötən həftə təhvil verilməsindən sonra Amerika qüvvələrinin Əfqanıstandan çıxarılması 90 faiz başa çatıb.

ABŞ koalisiyasına daxil başqa ölkələr də Əfqanıstandakı qoşunlarını nizamlı bir şəkildə çıxarıblar.

Əfqanıstanda nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Bayden Əfqanıstan qoşunlarına inanır

Əfqanıstandan qoşunların çıxarılması ötən il keçmiş prezident Donald Trampın administrasiyası tərəfindən əldə olunmuş razılaşma əsasında icra edilir.

Bu da xəbər verilir ki, Vaşinqton ABŞ səfirliyinin mühafizəsi üçün Əfqanıstanda 650 hərbçi saxlayacaq.

ABŞ qoşunlarının Əfqanıstandan sentyabrın 11-ə, 2001-ci il terror hücumlarının 20-ci ildönümünədək çıxarılması barədə Baydenin bu ilin aprelində verdiyi bəyanat Əfqanıstanda Talibanın hərbi uğurlar əldə etməsi ilə eyni vaxta təsadüf edib.

Taliban hakimiyyəti 2001-ci ildə, ABŞ koalisiyasının Əfqanıstana müdaxiləsi ilə devrilmişdi.

Əfqanıstandakı ABŞ qoşunlarının komandanı Ostin Miller ötən həftə demişdi ki, ola bilsin, ölkə vətəndaş müharibəsinə sürüklənir.

Talibanın ölkə ərazisinin böyük hissələrini ələ keçirməsinə baxmayaraq, Bayden ümid etdiyini deyib ki, o Əfqanıstan hökumət qüvvələrinin hücumları dəf edə biləcəyindən əmindir:

"Mən Talibana etibar etmirəm, amma mən Əfqanıstan hərbçilərinin qüdrətinə inanıram”.

"Talibanın qələbəsi qaçılmazdırmı" sualına Bayden “yox” cavabı verib.

XS
SM
MD
LG