Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:41

'Qartalın başını kəsmək': Türkiyə Silahlı Qüvvələrinin sonu gəlib?


R.T.Erdoğan İraqla sərhəddə - 2010
R.T.Erdoğan İraqla sərhəddə - 2010

2011-ci ildə Türk Hərbi Hava Qüvvələrinin dördulduzlu generalı Bilgin Balanlı-nın baş qərargah rəisi olacağı gözlənilirdi. Amma o da yüzlərlə başqa general, admiral və yüksəkrütbəli məmurlarla birgə həbs edildi. Balanlı hansı cinayətdə suçlanmışdı? Rəsmi versiyaya görə, ozamankı baş nazir Recep Tayyip Erdoğan və onun AKP hökumətini devirməyə cəhddə. Bir qədər sonra həbs olunan zabitlərin sayı 700-ə çatdı.

GERÇƏK ODUR Kİ…

Üç il sonra - 2014-cü ildə Balanlı və yüzlərlə başqa zabit həbsdən buraxıldı. Onların hökumətə qarşı hansısa «plan»a qatılmalarına dair heç bir inandırıcı dəlil ortaya çıxarılmadı. Bu ilin aprelində isə Türkiyənin Ali Apellyasiya Məhkəməsi zabitlərə ittihamların saxta iddialara dayandığını və hökumətə qarşı hər hansı «plan»ın mövcud olmadığını bildirdi.

Belə bir plan olsa da-olmasa da, gerçək odur ki, Türk Silahlı Qüvvələrinin - NATO-nun 2-ci ən böyük ordusunun qaymaqları təmizlənib və bir çox yüksəkrütbəli zabit Fethullah Gülen-in tərəfdarlarıyla əvəzlənib.

2003-cü ildə baş nazir olan Erdoğan Gülen və onun gizli hərəkatını dəstəklədi. Ən çox da sıralarını aramsız şəkildə islamçılardan təmizləyən, tam dünyəvi olan ordu və məhkəmə sistemini özünə təhlükə saydığına görə. Gerçəkdən, 2008-ci ildə ordu Erdoğan hökumətindən narazı idi. Konstitusiya Məhkəməsi də AKP-nin aparıcı simalarının siyasətlə məşğul olmalarını yasaqlamağı düşünürdü.

Buna da bax - Gülen hərəkatı və Türkiyə dövləti: toqquşmanın səbəbi nədir?

«CƏMAAT»IN XEYİR-DUASI OLMADAN…

Ancaq Erdoğan-ın hakimiyyətdə olduğu bir neçə ildən sonra mühüm hökumət postlarını, yaxud yaxşı biznes sövdələşməsini «cəmaat»ın xeyir-duası olmadan əldə etmək mümkün deyildi. Gülen tərəfdarları artıq ordu və məhkəmə sistemində, təhsil və mediada kök salmışdı. Yeni dixotomiya – ikiləşmə, şaxələşməyaranmışdı: Gülən-çilər ənənəvi olaraq dünyəviliyə tapınan ordu və məhkəmə sisteminə «hopmuşdular». Erdoğan hökumətində də çox saydaGülen-çi vardı.

Məhz bu şəraitdə - 5 il öncə Gülen-çi prokuror və hakimlər ordu və məhkəmə sisteminin aparıcı üzvlərinə hücum başladaraq, onların Erdoğan hökumətini devirməyi planlaşdırdığını iddia etdilər. Əslində isə bu hücum Türkiyənin ənənəvi dünyəvi və qərbyönlü qurumlarını dağıtmağı hədəf götürmüşdü.

Buna da bax - Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

«BU ÇİRKİN SSENARİNİN MƏQSƏDİ QARTALIN BAŞINI KƏSMƏKDİR»

General Balanlı 2011-ci ildə öz məhkəməsində belə demişdi: «Bu çirkin ssenarinin (onun çevrilişə qatıldığına dair ittihamların) məqsədi qartalın başını kəsməkdir». «Qartal» deyərkən, general Türkiyə Silahlı Qüvvələrini nəzərdə tuturdu. Ötən həftə - 15 iyul olaylarından bir ay sonra, Balanlı yenidən susqunluğunu pozub və «Hürriyet» qəzetinə müsahibəsində belə deyib: «Çevriliş cəhdindən sonra - indi qartal artıq qanadlarını və quyruğunu itirib. Onun 2011-ci ildən əvvəlki gücünü qaytara bilməsinə, azı, 10 il vaxt lazım gələcək».

2011-ci ildə 700-dək zabitini, o cümlədən general və admiralını itirən Türkiyə Silahlı Qüvvələri «başından məhrum edilmişdisə», 15 iyul çevriliş cəhdi ona daha dərin yaralar vurdu. Halbuki, ordunun əsas məqsədi Atatürk-ün miras qoyduğu «dünyəvi və demokratik respublika»nı qorumaqdır.

Beş il öncə - Gülen hərəkatı silahlı qüvvələrə qarşı çıxanda, Erdoğan və hökuməti oturub tamaşa etdilər. Onlar hərbçilərdən çəkinir və qorxurdular ki, dünyəvi hakimiyyət tərəfdarları hakimiyyətlərinə son verə bilər. Bu üzdən, Gülen tərəfdarlarının belə çirkin işi onların işinə yarayırdı. Hücumlar barədə sual veriləndə, Erdoğan və nazirləri yalnız onu deyəcəkdilər ki, Türkiyədə ədalət sistemi «tərəfsiz»dir və heç kəs onların işinə qarışa bilməz.

Buna da bax - Erdoğan-ın sevimli sualı: 'Sən kimsən axı?..'

Dİ GƏL…

Di gəl, 2013-cü ildə elə həmin Gülen-çi prokuror və hakimlər Erdoğan-ın özünə, ailə üzvlərinə və yaxın çevrəsinə qarşı kampaniya başlatdılar. Erdoğan və uşaqlarının korrupsiya və mənimsəmədə əli olduğunu göstərən audioyazıları məhz onların ortaya çıxardığı iddia edilir. Ancaq bu iddiaların heç biri məhkəmədə sübuta yetirilmədi.

Bu dəfə isə Erdoğan sakit durmadı və olub-bitənlərdən az sonra hökumət idarələrində, polis, məhkəmə sistemi və silahlı qüvvələrdə, media və Gülen hərəkatına aid təhsil müəssisələrində təmizlik işlərinə başladı. Çevriliş cəhdinin Gülen-çilərin işi olduğu ehtimalı doğrudursa, onlar Erdoğan və AKP tərəfindən tamamilə yox edilməkdən qorxaraq belə bir qərar vermiş ola bilərlər.

Baş tutmayan çevriliş cəhdi məhz bunu etmək üçün Erdoğan-a gözəl bəhanə verdi. İndi o, Gülen-çilərin izlərini yox edəcək. Türkiyə daxili işlər naziri Efkan Alan-ın sözlərinə görə, çevriliş cəhdindən sonra hökumətin 76 minədək məmuru Gülen hərəkatı ilə bağlantılarda suçlanaraq saxlanıb: «Onlardan 3 min 83-ü polis zabiti, 7 min 248-i hərbçi, 2 min 288-i hakim və prokuror, 199-u yerli məmur, 4 min 161-i isə mülki şəxslərdir». Buraya 150 general və admiral, eləcə də ölkə döyüş pilotlarının yarısı da daxildir.

BAŞ VERƏNLƏRİN TÜRKİYƏ ORDUSUNA ÇOX AĞIR NƏTİCƏLƏRİ OLA BİLƏR

General, yaxud admiral olmaq 20 ilədək zaman alır. Döyüş pilotları da həyatlarının 8-10 ilini bu işə verirlər. Üstəlik, Erdoğan hökuməti Türkiyə Silahlı Qüvvələrinin mərkəzsizləşdirilməsi istiqamətində də dəyişikliklərə gedib. İndən belə quru, hava və dəniz qüvvələrinin komandanları artıq baş qərargah rəisinə yox, mülki hökumətdəki müdafiə nazirinə hesabat verəcəklər. Baş Qərargah rəisi isə bundan sonra Erdoğan-ın özünə tabe olacaq.

Bəzi müşahidəçilərin fikrincə, bütün bunlar cəmiyyəti demokratikləşdirə bilər. Ancaq bu yeni dəyişikliklərin buvaxtadək Türkiyə Silahlı Qüvvələrində hökm sürən meritokratiyaya - bilik və bacarığına görə vəzifəyə gətirilməyə son qoyacağından da ehtiyat edilir. Özəlliklə yeni iyerarxiyanın təpə nöqtəsində prezidentin, onun irəliyə çəkdiyi baş nazirin və bir neçə sadiq nazir qərarlaşdığını gözə alanda, belə düşüncələr heç də əsassız görünmür.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG